Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-108/2025 03.04.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Dadaşov Bəşir Mustafa oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borc” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Azərbaycan Respublikasi Kənd Təsərrüfatı Nazirliyi Yaninda Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh xx.xx.2017-ci il tarixli 664-GL/17 nömrəli müqavilə üzrə yaranmış 7948 manat gecikdirilmiş borc və 3411,81 manat cərimə borcunun, xx.xx.2017-ci il tarixli 1003-GL/17 nörməli müqavilə üzrə yaranmış 6027.00 manat gecikdirilmiş borc və 4765,15 manat cərimə borcunun, xx.xx.2015-ci il tarixli 2509-GL/15 nömrəli müqavilə üzrə yaranmış 1966 manat gecikdirilmiş borc və 2916,72 manat cərimə borcunun və xx.xx.2015-ci il tarixli 2566-GL/15 nömrəli müqavilə üzrə yaranmış 960 manat gecikdirilmiş borc və 158,28 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manatın cavabeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsibarədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) iləCavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 664-GL/17 nömrəli, xx.xx.2017-ci il tarixli 1003- GL/17 nörməli, xx.xx.2015-ci il tarixli 2509-GL/15 nömrəli və xx.xx.2015-ci il tarixli 2566- GL/15 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsiniəvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2017-ci il tarixli 664-GL/17 nömrəli müqavilə üzrə 7948.00 (yeddi min doqquz yüz qırx səkkiz manat 00 qəpik) manat gecikdirilmiş borcu və 3411,81 (üç min dörd yüz on bir manat 81 qəpik) manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 1003-GL/17 nörməli müqavilə üzrə 6027.00 (altı min iyirmi yeddi manat 00 qəpik) manat gecikdirilmiş borcu və 4765,15 (dörd min yeddi yüz altmış beş manat 15 qəpik) manat cərimə borcu, xx.xx.2015-ci il tarixli 2509-GL/15 nömrəli müqavilə üzrə 1966.00 (bir min doqquz yüz altmış altı manat 00 qəpik) manat gecikdirilmiş borcu və 2916,72 (iki min doqquz yüz on altı manat 72 qəpik) manat cərimə borcu və xx.xx.2015-ci il tarixli 2566- GL/15 nömrəli müqavilə üzrə 960.00 (doqquz yüz altmış manat 00 qəpik) manatgecikdirilmiş borcu və 158,28 (bir yüzəllisəkkiz manat 28 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki,əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyimüəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Yenə həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir.
3. İddiaçı Azərbaycan Respublikasi Kənd Təsərrüfatı Nazirliyi Yaninda Aqrar Kredit və İnkişaf Agentliyi iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, müqavilə üzrə əsas borcla bağlı 6500, xx.xx.2017-ci il tarixli 1003-GL/17 nömrəli müqavilə üzrə 3000 manat ödəniş aparılmışdır. Bu səbəbdən iddia həcminin azaldılması ilə bağlı ərizə vermək zərurəti yaranmışdır. Qeyd maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2017-ci il tarixli 664- GL/17 nömrəli müqavilə üzrə yaranmış 1448.00 (bir min dörd yüz qırx səkkiz manat 00 qəpik) manat gecikdirilmiş borc və 3411,81 (üç min dörd yüz on bir manat 81 qəpik) manat cərimə borcunun, xx.xx.2017-ci il tarixli 1003-GL/17 nörməli müqavilə üzrə yaranmış 3027.00 (üç min iyirmi yeddi manat 00 qəpik) manat gecikdirilmiş borc və 4765,15 (dörd min yeddi yüz altmış beş manat 15 qəpik) manat cərimə borcunun, xx.xx.2015-ci il tarixli 2509-GL/15 nömrəli müqavilə üzrə yaranmış 1966.00 (bir min doqquz yüz altmış altı manat 00 qəpik) manat gecikdirilmiş borc və 2916,72 (iki min doqquz yüz on altı manat 72 qəpik) manat cərimə borcunun və xx.xx.2015-ci il tarixli 2566-GL/15 nömrəli müqavilə üzrə yaranmış 960.00 (doqquz yüz altmış manat 00 qəpik) manat gecikdirilmiş borc və 158,28 (bir yüz əlli səkkiz manat 28 qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manatın cavabeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, lizinq müqaviləsi üzrə yaranmış əsas borcunu qəbul edir, yaxın zamanda ödəyəcəkdir. Hazırda maddi imkanı zəif olduğuna görə borcunu tam ödəyə bilmir, lakin ödənişlər etmişdir. İddiaçı tərəfindən tələb olunan cərimə borcunun azaldılmasını məhkəmədən xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-cı maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
7. Məhkəmə qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanınından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmiş, ötürülmüşdür.
8. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 664- GL/17 nömrəli, xx.xx.2017-ci il tarixli 1003-GL/17 nörməli, xx.xx.2015-ci il tarixli 2509- GL/15 nömrəli və xx.xx.2015-ci il tarixli 2566-GL/15 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təssərüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilələr bağlanmışdır. Həmin müqavilələrin 1.1-ci bəndinə əsasən lizinq verən kənd təssərüfatı texnikasını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinq verir. 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın tələb edilən məbləğin bir hissəsini əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1.1ci bəndinə əsasən müqavilədə göstərilən texnikanı tam komplektləşdirilmiş və saz vəziyyətdə bütün sənədlərlə birlikdə lizinq alana verir. 2.2.1- ci bəndinə əsasən isə lizinq alan ödənişləri tam həcmdə və vaxtında ödəyir. 4.2-ci bəndinə əsasən isə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Məhkəmə əvvəlcə tərəflər arasında bağlamnmış müqavilələrin həqiqiliyinə qiymət verərək qeyd edir ki, hər iki müqavilə tərəflərin öz imza və möhürləri ilə təsdiqlənmiş, imzalanmış və etibarsız olmamışdır. Tərəflər arasında bağlanmış həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq xx.xx.2015-ci il tarixli, xx.xx.2017-ci il tarixli xx.xx.2017-ci il tarixli və xx.xx.2015-ci il tarixli ödəniş qarfikləri müəyyən edilmişdir. Həmin ödəniş qarfikləri də iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır.
9. Məhkəmə əlavə olaraq qeyd edir ki, tərəflər arasında ilk öncə xx.xx.2015-ci il tarixli 882-L/15 nömrəli, xx.xx.2014-cü il tarixli 1994-L/14 nömrəli, xx.xx.2016-cı il tarixli 1275- L/16, xx.xx.2015-ci il tarixli 1994-L/15 nömrəli nömrəli lizinq müqavilələri bağlanmışdır. Daha sonra qeyd olunan müqavilələr "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 5698/Ü, 1854/Ü, 1968/Ü və 5825/Ü nömrəli əmri ilə ləğv edilmiş və cavabdehlə ona Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın tələblərinə uyğun olaraq güzəşt tədbiq edilməsi məqsədi ilə yeni xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli lizinq müqavilələri bağlanmışdır.
10. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, xx.xx.2016-ci il tarixli, xx.xx.2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli aktlardan görünür ki, "xxxx" ASC müqaviləyə əsasən lizinq predmenti olan texnikanı cavadehə təhvil vermişdir. Akt iddiaçı və cavabdehin imzaları ilə təsdiqlənmişdir. Bununla da iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımınca icra etmişdir.
11. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin maliyyə arayışları və ödəniş qrafiklərindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə xx.xx.2017-ci il tarixli 664- GL/17 nömrəli müqavilə üzrə 1448 manat gecikdirilmiş borc və 3411,81 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 1003-GL/17 nörməli müqavilə üzrə 3027 manat gecikdirilmiş borc və 4765,15 manat cərimə borcu, xx.xx.2015-ci il tarixli 2509-GL/15 nömrəli müqavilə üzrə 1966 manat gecikdirilmiş borc və 2916,72 manat cərimə borcun və xx.xx.2015-ci il tarixli 2566-GL/15 nömrəli müqavilə üzrə 960 manat gecikdirilmiş borc və 158,28 manat cərimə borcu yaranmışdır.
12. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hesabına 9500 manat məbləğində ödəniş edilmişdir.
İV. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 747.1- ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.3-cü maddəsinə əsasən Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
V. Məhkəmənin mövqeyi:
14. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
15. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir.
16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, lizinqverən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 664-GL/17 nömrəli, xx.xx.2017-ci il tarixli 1003-GL/17 nörməli, xx.xx.2015-ci il tarixli 2509-GL/15 nömrəli və xx.xx.2015-ci il tarixli 2566-GL/15 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təssərüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə müvafiq olaraq lizinq predmeti olan kənd təsərrüfatı texnikası cavabdehə təhvil verilmişdir. Qeyd olunan müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmiş və bununla da cavabdehin iddiaçıya gecikdirilmiş əsas borcu yaranmışdır. Bu hal iş materiallarına əlavə edilmiş sübutlarla və cavabdehin məhkəmə iclasında verdiyi izahatında öz təsdiqini tapmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və cavabdehdən xx.xx.2017-ci il tarixli 664- GL/17 nömrəli müqavilə üzrə 1448 manat, xx.xx.2017-ci il tarixli 1003-GL/17 nörməli müqavilə üzrə 3027 manat, xx.xx.2015ci il tarixli 2509-GL/15 nömrəli müqavilə üzrə 1966 manat və xx.xx.2015-ci il tarixli 2566- GL/15 nömrəli müqavilə üzrə 960 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
17. Məhkəmə lizinq müqaviləsi üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı qeyd edir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 %-i həcmində cərimə tələb edə bilər.
18. Məhkəmə hesab edir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir.
19. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin xx.xx.2017-ci il tarixli 664-GL/17 nömrəli müqavilə üzrə 72,4 manat, xx.xx.2017-ci il tarixli 1003-GL/17 nörməli müqavilə üzrə 151,35 manat xx.xx.2015-ci il tarixli 2509-GL/15 nömrəli müqavilə üzrə yaranmış 98,3 manat və xx.xx.2015-ci il tarixli 2566-GL/15 nömrəli müqavilə üzrə yaranmış 48 manat cərimə pulunun tutulması ağlabatan və ədalətlidir.
20. Məhkəmə həmçinin qeyd edir ki, hüquqi yardımla bağlı ödənilmiş 500 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsinə tələb qismən təmin edilməlidir.
21. Belə ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir.
22. Məhkəmə iddiaçının vəkillə müqavilə bağlamasını, vəkilin keçirilmiş məhkəmə iclaslarında iştrak etməməsini, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab edir ki, tələbdə olunduğu kimi 500 manat deyil, 400 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
23. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olduğundan, ödənilməmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 97,71 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
24. Beləliklə, iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməlidir.
Vİ. Nəticə:
25. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixə xx.xx.2017-ci il tarixli 664-GL/17 nömrəli müqavilə üzrə yaranmış 1448.00 manat gecikdirilmiş borc və 72,4 manat cərimə borcu, xx.xx.2017ci il tarixli 1003-GL/17 nörməli müqavilə üzrə yaranmış 3027.00 manat gecikdirilmiş borc və 151,35 manat cərimə borcu, xx.xx.2015-ci il tarixli 2509-GL/15 nömrəli müqavilə üzrə yaranmış 1966.00 manat gecikdirilmiş borc və 98,3 manat manat cərimə borcu və xx.xx.2015-ci il tarixli 2566-GL/15 nömrəli müqavilə üzrə yaranmış 960.00 manat gecikdirilmiş borc və 48 manat cərimə borcu olmaqla cəmi 7771, 05 manat borc və hüquqi yardımla bağlı ödənilmiş 400 manat pul tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 97,71 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova