Məhkəmə qərarları › İş №e-2-2(117)-1086/2023

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1086/2023

25.10.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1086/2023 25.10.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan 817,08 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1104,89 manat, İşsizlikdən Sığorta Fonduna olan 779,13 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri kimi Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AZE ********, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan 817,08 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1104,89 manat, İşsizlikdən Sığorta Fonduna olan 779,13 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri kimi Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AZE ********, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə iddia tələbi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Ərizəçi Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək maraqlı şəxs tərəfindən borc məbləği tam şəkildə ödənildiyindən ərizənin qaytarılmasını xahiş etmişlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, ərizəçi nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmiş, maraqlı şəxs isə dövlət büdcəsinə və müvafiq dövlət fondlarına ödənişlərə dair sənədləri, şəxsi hesab vərəqəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin nümayəndəsinin ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, hazırki vəziyyətdə ərizəçinin tələbdən imtina etməsi qanuna ziddi olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iş materiallarını və ərizəni nəzərdən keçirib hesab edir ki, ərizəçinin nümayəndəsi vergi ödəyicisi tərəfindən vergi və sosial sığorta fondlarına olan borcun ödənildiyini etiraf etdiyindən və tərəflər arasında hazırkı vəziyyətdə artıq mübahisə mövcud olmadığından işə məhkəmə tərəfindən baxılmalı deyil və iş üzrə icraata xitam verilməlidir. Belə ki, əslində maraqlı şəxs tələb edilən borcu tam ödəsə də, ərizəçi ərizənin geri qaytarılmasını tələb edir, lakin mübahisə artıq mövcud deyil, borc tam ödənilmişdir. Ərizənin baxılmamış saxlanması maraqlı şəxsin gələcəkdə hüquqlarının pozulması ilə nəticələnə bilər və ona qarşı eyni tələbin yenidən məhkəmədə irəli sürülməsi ilə nəticələnə bilər. Hazırkı vəziyyətdə tərəflər arasında artıq mübahisə mövcud deyildir. Məhkəmə isə mübahisəyə baxdığından və artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 6-cı maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Belə ki, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Məhkəmə isə mübahisəyə baxdığından və artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməsi qanuni və əsaslıdır. Qeyd edilən halla bağlı qanunvericilikdə norma nəzərdə tutulmadığından məhkəmə qanunun analogiyasını tətbiq etməklə analoji münasibətləri tənzimləyən prosessual normaların tətbiq edilməsini mümkün hesab edir. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan 817,08 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1104,89 manat, İşsizlikdən Sığorta Fonduna olan 779,13 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri kimi Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AZE ********, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar