Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1087/2025 29.10.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, avtomobilin geri qaytarılması və pul” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 2024/00089-01 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan **-YL-*** dövlət qeydiyyat nişanlı, “Kia Ceed” minik markalı (tip: universal, buraxılış ili: 2009, ban nömrəsi: U5YHB811AAL132627, rəngi: qara metallik, mühərrik həcmi: 1396 sm3) nəqliyyat vasitəsinin Cavabdeh alınaraq İddiaçı ASC-yə təhvil verilməsi və Cavabdeh əsas borca görə gecikmə 941.74 manat, faiz borca görə gecikmə 883.80 manat, dəbbə pulu 300 manat, ümumilikdə 2125.54 manat borcun və məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 41.26 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixində 2024/00089-01 saylı daxili lizinq müqaviləsi bağlanmışdır. Daxili lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqavilənin predmeti lizinq verən tərəfindən təsvir edilmiş lizinq obyektinin satıcıdan əldə edilməsi və lizinq alanın istifadəsinə verilməsi, lizinq alan tərəfindən isə bu müqavilədə müəyyənləşdirilmiş ödəmə planı üzrə pul məbləğlərinin ödənilməsidir. Lizinq obyekti minik avtomobili – Kia Ceed minik, tip: Universal, buraxılış ili: 2009, ban nömrəsi: U5YHB811AAL132627, rəngi: qara metallik, mühərrik həcmi: 1396 sm3 nəqliyyat vasitəsidir. Müqavilənin 1.2-ci bəndinə əsasən, bu lizinq müqaviləsinin ümumi məbləği 11000 manat təşkil edir. Müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilənin müddəti 36 (otuz altı) ay müəyyən edilmişdir. Müqavilənin 4.2.5-ci bəndinə əsasən, lizinq alanın vəzifəsi lizinq ödənişlərini gecikdirməməkdir. Belə ki, lizinq alan bu Müqavilənin 1 saylı əlavəsində nəzərdə tutulmuş ödəniş qrafikində göstərilmiş tarixlərdən gec olmayaraq ödənişləri yerinə yetirməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən, lizinq predmetindən istifadə zamanı lizinq verən tərəfə dəymiş ziyan və ya bu müqavilə ilə götürdükləri öhdəliklərini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə, təqsirli tərəf digər tərəfə dəymiş bütün zərəri, eləcə də əldən çıxmış faydanı tam həcmdə ödəməlidir. Müqavilənin 5.2-ci bəndinə əsasən, lizinq ödənişi vaxtında edilməzsə, lizinq alan gecikdirilən hər gün üçün bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş ümumi məbləğin 0.1% məbləğində cərimə ödəməlidir. Qeyd etmək istəyir ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində 2024/0089-01 saylı daxili lizinq müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir. Belə ki, xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, daxili lizinq müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə lizinq üzrə əsas borcu 941.74 manat, faiz borcu 883.80 manat, dəbbə pulu 300 manat, ümumilikdə borcu 2125.54 manat təşkil edir. Tərəfindən qeyd olunan problemin həlli üçün xx.xx.2025-ci il tarixində Cavabdeho ğluna pretenziya məktubu göndərilmişdir. Pretenziya məktubunda yaranmış mübahisənin həlli üçün müvafiq addımların atılması xahiş edilmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin, cavabdeh tərəfindən heç bir addım atılmamış və iddiaçıya dəymiş ziyan ödənilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilmsini və iddianın təmin edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, o məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-cı maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
6. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı “lizinq verən” İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “lizinq alan” Cavabdeh arasında xx.xx.2024-cü il tarixli 2024/00089-01 nömrəli “daxili lizinq” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən “Kia Ceed” minik markalı (tip: universal, buraxılış ili: 2009, ban nömrəsi: U5YHB811AAL132627, rəngi: qara metallik, mühərrik həcmi: 1396 sm3) nəqliyyat vasitəsini satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. 1.2ci bəndinə əsasən lizinq müqaviləsinin ümumi məbləği 11 000 manat təşkil edir. 1.3-cü bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyekti lizinq verənin mülkiyyətində olur və müqavilə üzrə öhdəliklər tam yerinə yetirildikdən sonra lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir. 2.1-ci bəndinə əsasən müqavilənin müddəti 36 ay müəyyən edilir. 2.2-ci bəndinə əsasən müqavilənin müddəti imzalandığı gündən etibarən başlayır və tərəflər öz öhdəliklərini tam yerinə yetirənə qədər qüvvədə olur. 5.2-ci bəndinə əsasən lizinq ödənişi vaxtında edilməszə lizinq alan gecikdiirlən hər gün üçün ödənilməli məbləğin 1 % həcmində cərimə ödəməlidir. Qeyd olunan müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.
7. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 2024/00089-01 nömrəli “daxili lizinq” müqaviləsinin ödəniş qrafikinə əsasən cavabdeh ümumi dəyəri 11000 manat olan lizinq predmentinin dəyərini 36 ay müddətinə, hər ay 467 manat olmaq şərti ilə ödəməyi öhdəsinə götürmüşdür.
8. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 2024/00089-01 nömrəli lizinq müqaviləsinə 2 saylı əlavə olaraq imzalanan, xx.xx.2024-cü il tarixli qəbul protokolundan görünür ki, “lizinq verən” İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən lizinq müqaviləsinin predmentinin təşkil edən 1 ədəd “Kia Ceed” minik markalı (tip: universal, buraxılış ili: 2009, ban nömrəsi: U5YHB811AAL132627, rəngi: qara metallik, mühərrik həcmi: 1396 sm3) nəqliyyat vasitəsi Cavabdeh təhvil verilmiş və həmin protokol tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir.
9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, lizinq predmenti Cavabdeh təhvil verilmiş və həmin akt tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir.
10. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-YL-*** dövlət qeydiyyat nişanlı, “Kia Ceed” minik markalı (tip: universal, buraxılış ili: 2009, ban nömrəsi: U5YHB811AAL132627, rəngi: qara metallik, mühərrik həcmi: 1396 sm3) nəqliyyat vasitəsi İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətindədir.
11. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli borc haqqında arayışından görünür ki, Cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə aralarında bağlanan lizinq müqaviləsi üzrə gecikdirilmiş 941,74 manat əsas, 883,80 manat faiz və 300 manat cərimə borcu olmaqla, cəmi 2125,54 manat borcu vardır.
12. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh qeyd olunan lizinq müqaviləsi üzrə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
V. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 747.1- ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.3-cü maddəsinə əsasən Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-2.5-ci maddəsinə əsasən Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.
Vl. Məhkəmənin mövqeyi:
14. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
15. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir.
16. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə 2024/00089-01 nömrəli iddiaçıya məxsus nəqliyyat vasitəsinin lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə müvafiq olaraq lizinq predmeti olan avtomobil cavabdehə təhvil verilmişdir. Qeyd olunan müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmiş və bununla da cavabdehin iddiaçıya gecikdirilmiş əsas, faiz və cərimə borcu yaranmışdır. Bu hal iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Göstərilən hallar işin mübahisəsiz halıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia əsas və faiz borcunun tələb edilməsi hissəsində əsaslıdır və cavabdehdən xx.xx.2024-cü il tarixdə 2024/00089-01 nömrəli lizinq müqaviləsi üzrə 941,74 manat əsas və 883,80 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
17. Məhkəmə lizinq müqaviləsi üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı qeyd edir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən lizinq ödənişi vaxtında edilməszə lizinq alan gecikdiirlən hər gün üçün ödənilməli məbləğin 1 % həcmində cərimə ödəməlidir.
18. Məhkəmə hesab edir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixdə 2024/00089-01 nömrəli “daxili lizinq” müqaviləsi əsasında 47,08 manat cərimə pulunun tutulması ağlabatan və ədalətlidir.
19. Bundan başqa məhkəmə iddia tələbinin “xx.xx.2024-cü il tarixli, 2024/00089-01 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan **-YL-*** dövlət qeydiyyat nişanlı, “Kia Ceed” minik markalı (tip: universal, buraxılış ili: 2009, ban nömrəsi: U5YHB811AAL132627, rəngi: qara metallik, mühərrik həcmi: 1396 sm3) nəqliyyat vasitəsinin Cavabdeh alınaraq İddiaçı ASC-yə təhvil verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 2024/00089-01 nömrəli lizinq müqaviləsinin 1.3cü bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyekti lizinq verənin mülkiyyətində olur və müqavilə üzrə öhdəliklər tam yerinə yetirildikdən sonra lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi, lizinq alan yəni cavabdeh öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və nəticədə lizinq verənə ödənilməmiş borcu qalmışdır. Lizinq alan müqavilənin şərtlərini pozduğundan lizinq verənin pul borcunu və lizinq obyektini mübahisəsiz geri almaqda, nəticədə lizinq müqaviləsini vaxtından əvvəl ləğv etməkdə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanan xx.xx.2024-cü il tarixli, 2024/00089-01 saylı daxili lizinq müqaviləsi ləğv edilməli, iddiaçının mülkiyyətində olan lizinq predmeti 1 ədəd “Kia Ceed” minik markalı nəqliyyat vasitəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə təhvil verilməlidir.
20. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin edilən hissəsinə münasibətdə ödənilmiş 38,72 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir.
21. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı "xxxx" ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 2024/00089-01 nömrəli daxili lizinq müqaviləsi ləğv edilməli, lizinq obyekti olan “**-YL-***” dövlət qeydiyyat nişanlı, “Kia Ceed” minik markalı (tip: universal, buraxılış ili: 2009, ban nömrəsi: U5YHB811AAL132627, rəngi qara metallik, mühərrik həcmi 1396 sm3) nəqliyyat vasitəsi Cavabdeh alınaraq İddiaçı ASC-yə təhvil verilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə əsasında 941.74 manat əsas borc, 883.80 manat faiz borcu və 47,08 manat dəbbə pulu olmaqla, ümumilikdə cəmi 1872,62 manat borc və ödənilmiş 38,72 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
Vİl. Nəticə:
22. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı "xxxx" ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 2024/00089-01 nömrəli daxili lizinq müqaviləsi ləğv edilsin. Lizinq obyekti olan “**-YL-***” dövlət qeydiyyat nişanlı, “Kia Ceed” minik markalı (tip: universal, buraxılış ili: 2009, ban nömrəsi: U5YHB811AAL132627, rəngi qara metallik, mühərrik həcmi 1396 sm3) nəqliyyat vasitəsi Cavabdeh alınaraq İddiaçı ASC-yə təhvil verilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə əsasında 941.74 manat əsas borc, 883.80 manat faiz borcu və 47,08 manat dəbbə pulu olmaqla, ümumilikdə cəmi 1872,62 manat borc və ödənilmiş 38,72 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova