Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1089/2021 02.11.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı 76812,38 manat borcun, 20000 manat maddi ziyan və əldən çıxmış fayda və 400 manat məbləğində ödənilmiş dövlət rüsumu tələbinə dair iddia ərizəsinə, müvəqqəti təminat tədbiri haqqında ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı 76812,38 manat borcun, 20000 manat maddi ziyan və əldən çıxmış fayda və 400 manat məbləğində ödənilmiş dövlət rüsumu tələbinə dair iddia ərizə, müvəqqəti təminat tədbiri haqqında ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi, və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İlkin olaraq məhkəmə qeyd edir ki, iddia ərizəsi və müvəqqəti təminat tədbiri haqqında ərizə bir icraatda verilə bilməz. Mülki Prosessual Məcəllənin (bundan sonra mətndə MPM): 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 159.1. Müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Belə ki, iddia ərizəsi iddia icraatı, müvəqqəti təminat tədbiri isə ayrıca (Elektron məhkəmə İnformasiya sistemində “MTT” icraatı) icraat qaydasında verilir. Bundan əlavə müvəqqəti təminat tədbiri barədə ayrıca icraat qaydasında müraciət edərkən dövlət rüsumunun ödənilməsi zəruridir. Belə ki, iddia tələbi 76813 manat məbləğində tələblər bağlı olduğundan, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-cü maddəsinə müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 10 faizi (hər bir halda 10 manatdan az olmamaqla) ödənilir. Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. İddiaçının tələbi üzrə dövlət rüsumu 320,45 manat təşkil edir. Həmin rüsumun 10 faizi təxminən 33 manat təşkil edir. İddiaçı isə qeyd edilən müvəqqəti təminat tədbiri üzrə 10 manat dövlət rüsumunu ödəmişdir. İddia ərizəsi üzrə iddiaçı ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə 27.09.2021-ci il tarixli M-2021-01316 nömrəli Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 122, mənil 121 də fəaliyyət göstərən X1 tərəfindən Cavabdeh MMC-nin nümayəndəsinin mediasiya sessiyasında iştirak etməməsi barədə arayış verilmişdir. Məhkəmə qeyd edilən mediasiya sessiyasının Bakı şəhərində keçirilməsi ilə razılaşmır və qeyd edir ki, 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. 3.2-ci maddədinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Mediasiya təşkilatı, eyni zamanda Mediasiya Şurası isə qeyd edilən Qanunun tələblərinə uyğun olaraq qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iş üzrə iddiaçı tərəfindən mediasiya prosessinə əməl edilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmiş, lakin həmin arayış “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, iş üzrə cavabdehin rəsmi qeydiyyat ünvanı Şəki şəhəri olduğundan, mediasiya sessiyasında iştirak edilməməsi barədə iddiaçının təqdim etdiyi arayış verən şəxs Bakı şəhərində fəaliyyət göstərir. Şəki Kommersiya Məhkəməsinin yurisdiksiyasında olan rayonlarda (Şəki, Balakən, Mingəçevir, Ağsu, Ağdaş və Zərdab) fəaliyyət göstərən kifayət qədər mediator olduğu halda Qanunun 28.3-cü maddəsinin tələblərinə zidd olaraq cavabdeh qismində məhkəmə icraatında iştirak edəcək Şəki şəhərində fəaliyyət göstərən hüquqi şəxs üçün olduqca uzaq məsafədə Bakı şəhərində fəaliyyət göstərən mediatoru seçə bilməz. Belə ki, bu hal istər Mediasiya haqqında qanunun, istərsə də regionlarda mediatorların yaradılmasının prinsip və məqsədlərinə ziddir. Qeyd edilməlidir ki, məhkəməyə müraciət etməmişdən əvvəl mübahisə üzrə mediasiya sesiyasının keçirilməsi, həmçinin hansı mediatorun mübahsənin həllində iştirak etməsi ilə bağlı qanunvericiliyin tələbləri imperativdir və bu hal formal olaraq mediasiya sesiyasının keçirilməsindən imtina barədə arayışı təqdim etməklə bu tələb yerinə yetirilmiş kimi qəbul edilə bilməz. Əks halda mediasiyanın həyata keçirilməsində hər hansı bir səmərəliliyin və effektivliyin əldə edilməsi qeyri-mümkün olmaqla bərabər belə hal qanunvericiliyin tələbləri ziddir. Məhkəmə qanuni səlahiyyəti olamayan və ya qanunla müəyyən edilmiş qaydada əldə edilməyən sübutu formal olaraq qəbul edilmiş hesab edə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliyin mediasiya ilə bağlı tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh MMC-yə qarşı 76812,38 manat borcun, 20000 manat maddi ziyan və əldən çıxmış fayda və 400 manat məbləğində ödənilmiş dövlət rüsumu tələbinə dair iddia ərizəsi, müvəqqəti təminat tədbiri haqqında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov.
Məhkəmə qərarları › İş №e-2-2(117)-1089/2021
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1089/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver