Məhkəmə qərarları › İş №e-2-2(117)-1091/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1091/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1091/2023 19.10.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı “xx.xx.2020-ci il tarixli PA-KTA-KTT-20/0076 nömrəli alqı-satqı müqaviləsi üzrə 4726 manat vəsaitin, 60 manat mediasiya xərcinin və 8 manat dövlət rüsumunun ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Satıcı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X8 və X7 X6 arasında xx.xx.2020-ci il tarixli PA-KTA-KTT-20/0076 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Satıcı Alıcı tərəfindən seçilmiş 1 ədəd traktor YTO MF-404 modelli lizinq obyektini satmağı, alıcı isə əvəzində 20500 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən, ümumi məbləği 20500 manat, subsidiya məbləği olan 4726 manat çıxıldıqdan sonra 15774 manat təşkil etmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən, tərəflər razılaşırlar ki, subsidiya məbləğinin verilməsi AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən imtina olunarsa, həmin imtina olunan subsidiya məbləği alıcı tərəfindən tam olaraq 10 iş günü ərzində ödəniləcəkdir. xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktından görünür ki, 1 ədəd traktor YTO MF-404 modelli lizinq obyekti Aqrar Elm və X7 X4 nümayəndəsi tərəfindən təhvil alınmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli PA-KTA- KTT-20/0076 nömrəli alqı-satqı müqaviləsi üzrə texnikanın ümumi məbləği 20500 manat, subsidiya məbləği 4726 manat, ödənilmiş məbləğ isə 15774 manat təşkil etmişdir. AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Aqrar Elm və X7 X6 fəaliyyət istiqamətlərinə görə qaydaların tələbləri ilə nəzərdə tutulan sahibkarlıq subyektləri kateqorisyasına uyğun hesab edilmədiyinə görə texnika alışının güzəştli şərtlərlə maliyyələşdirilməsi məqbul hesab olunmamışdır. İddiaçı qalan borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehin elektron kabinetinə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış müqavilə, üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, Satıcı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X8 və X7 X6 arasında xx.xx.2020-ci il tarixli PA-KTA-KTT-20/0076 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Satıcı Alıcı tərəfindən seçilmiş 1 ədəd traktor YTO MF-404 modelli lizinq obyektini satmağı, alıcı isə əvəzində 20500 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən, ümumi məbləği 20500 manat, subsidiya məbləği olan 4726 manat çıxıldıqdan sonra 15774 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktından görünür ki, 1 ədəd traktor YTO MF-404 modelli lizinq obyekti Aqrar Elm və X7 X4 nümayəndəsi tərəfindən təhvil alınmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışı ilə xx.xx.2020-ci il tarixli PA-KTA-KTT-20/0076 nömrəli alqı-satqı müqaviləsi üzrə texnikanın ümumi məbləğinin 20500 manat, subsidiya məbləğinin 4726 manat, ödənilmiş məbləğin isə 15774 manat təşkil etdiyi sübut olunur. AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Aqrar Elm və X7 X6 fəaliyyət istiqamətlərinə görə qaydaların tələbləri ilə nəzərdə tutulan sahibkarlıq subyektləri kateqorisyasına uyğun hesab edilmədiyinə görə texnika alışının güzəşt şərtlərlə maliyyələşdirilməsi məqbul hesab olunmamışdır. Tərəflər arasında bağlanmış Müqavilənin 1.3-cü bəndinə əsasən, tərəflər razılaşırlar ki, subsidiya məbləğinin verilməsi AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən imtina olunarsa, həmin imtina olunan subsidiya məbləği alıcı tərəfindən tam olaraq 10 iş günü ərzində ödəniləcəkdir. Bu səbəbdən məhkəmənin qənaəti odur ki, həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 67,26 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən və həmin rüsumunun 8 manatı iddiaçı tərəfindən ödənildiyindən, ödənilmiş 8 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya qaytarılmalı, qalan hissəsi isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənildiyindən və iddiaçı mediasiya xərcini cavabdehdən tələb etdiyindən 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Aqrar Elm və X7 X3 xx.xx.2020-ci il tarixli PA-KTA-KTT-20/0076 nömrəli alqı-satqı müqaviləsi üzrə 4726 manat pul, 60 mediasiya xərci və 8 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh Aqrar Elm və X7 X3 59,26 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada şikayət verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar