Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1099/2023 06.12.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçı “xxxx” X13 nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı “xxxx” X13 cavabdeh X4rşı “Cavabdeh tərəfindən müəssisə barəsində əsassız hesablanmış 28000 manat qaz borcunun silinməsi və “Ağdaş RMX” PHŞ-nin qaz sərfiyyatının xəstəxananın sayğac göstəriciləri əsasında hesablanması” və Cavabdeh İBnin cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı “xxxx” publik hüquqi şəxsindən təbii qazdan istifadəyə görə yaranmış 20679,24 manat əsas borcun və əvvəlcədən ödənilmiş dövlət rüsumunun tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh xeyrinə (hesabına) ödənilməsi” tələblərinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xx.xx.2011-ci il tarixdə Cavabdeh İB-yə müraciət edərək maliyyə çətinliyi ilə əlaqədar xəstəxanaya X9 çəkilməsi nəzərdə tutulan 110 mm-lik polietilen tipli qaz kəmərindən müştərək istifadə etmək üçün layihə smeta sənədlərində dəyişiklik edilməsinə göstəriş veriməsini xahiş etmişdir. xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Ağdaş rayonunda 100 (yüz) çarpayılıq xəstəxananın təbii qazla təmin edilməsi ilə əlaqədar X2şdırılması üçün nəzərdə tutulan PE 110 mm-lik daşıyıcı qaz xəttinə qoşulmasına və gələcəkdə hesabatlarda texnoloji itkilərinin qarşılıqlı (paylı) olmasında hər iki təşkilatın iştirak etməsinə etiraz etməmişdir. Cavabdeh İB ilə “xxxx” PHŞ arasında Ağdaş rayonunda yerləşən və sonuncuya məxsus qeyri-yaşayış sahəsinə (xəstəxana) təbii qazın verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə AMX-2989/20 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış və “xxxx” PHŞ müvafiq qaydada qazlaşdırılmaqla sonuncuya **********00000 nömrəli abonent kodu verilmişdir. xx.xx.2020-ci il tarixdə AMX-2989/20 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.1.8-ci bəndinə əsasən, istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək paylayıcının vəzifələrinə aid edilmişdir. 3.3-cü bəndinə əsasən paylayıcı verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalıdır və ay isteklakçıya məlumat (hesab) təqdim etməlidir. Müqavilənin 3.3-cü bəndində şəbəkəyə qeyri-qanuni qoşulma, qaz sayğacına müdaxilə və ya digər qanunsuz istehlak hallarında dəymiş ziyanın ödənilməsinə dair razılaşma mövcud olsa da istər 3.3-cü bənddə, istəsə də ümumi müqavilədə itkinin hesablanması və ödənilməsinə dair razılaşma mövcud deyildir. Cavabdeh İB X14 İstismar İdarəsi tərəfindən 2022-ci ilin noyabr ayında 757,75 manat, dekabr ayında 827,50 manat, 2023-cü ilin fevral ayında 327 manat, mart ayında 134,75 manat və aprel ayında 194,25 manat məbləğində olmaqla cəmi 2241,25 manat “xxxx” publik hüquqi şəxsi barəsində aktlar əsasında hesabat aparmışdır. 2022-ci ilin noyabr ayında 757,75 manat aparılmış hesabat eyni zamanda sayğacsız istifadə edilmiş təbii qazın dəyəri də daxil edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli 08 nömrəli akla xəstəxanaya quraşdırılmış sayğacın Dövlət yoxlamasına göndərildiyi və sayğacsız 1 gün istifadəyə görə 901 m3 qaz sərfiyyatı hesablanmış və dəyəri 0,25 manatla 225,25 manat təşkil edir. Akt tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş, aktla müəyyən edilmiş qaz sərfi iddiaçı tərəfindən mübahisələndirilmir. Aparılmış 757,75 manat hesabatdan istehlak olunmuş qazın dəyəri olan 225,25 manat çıxıldıqda hesabatla itkiyə görə noyabr ayı üçün 532,50 manat təşkil edir. Müəssisəyə noyabr ayında qazın itkisinə görə hesablanmış borc 532,50 manat nəzərə alındıqda xəstəxanaya ümumi itkiyə görə hesablanmış borc 2016 manat təşkil edir. Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş abonentin saldosundan müəyyən olunur ki, “xxxx” X13 2023cü ilin noyabr ayına yekun borcunun məbləği 19147,49 manat təşkil edir. İddiaçı borcun silinməsi ilə bağlı cavabdehə müraciət etmiş, buna baxmayaraq tərəflər arasında yaranmış mübahisə həllini tapmadığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB X14 İstismar İdarəsi tərəfindən 2022-ci ilin noyabr, dekabr və 2023-cü ilin fevral, mart və aprel ayları üçün müəssisə barəsində əsassız qaz borcu hesablanmışdır. Azəriqaz İB X14 İstismar İdarəsi tərəfindən aramızda bağlanmış müqaviləyə əsasən 2022-ci ilin noyabr ayına qədər tamamilə qanuni əsaslarla, heç bir hüquqi pozuntu olmadan AVİS-ə daxil edilmiş elektron qaimələrin dəyəri müəssisəmiz tərəfindən hər hansı gecikdirmə olmadan vaxtlı-vaxtında tamamilə ödənilmişdir. Azəriqaz İB Zaqatala RQİİ tərəfindən tərtib edilmiş 77 nömrəli aktda 2022-ci ilin noyabr ayı üçün qaz sərfi göstəricilərinin 25636 m³ olmasına baxmayaraq 2022-ci ilin qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktında noyabr ayı üçün həmin sərfiyyatın artırılaraq 28247 m³ olması öz əksini tapmışdır. Azəriqaz İB Zaqatala RQİİ tərəfindən tərtib edilmiş 74 nömrəli aktda 2023-cü ilin fevral ayı üçün qaz sərfi göstəricilərinin 44056 m³ olmasına baxmayaraq, 2023-cü ilin fevral ayı üçün olan qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktında fevral ayı üçün həmin sərfiyyatın artırılaraq 45364 m³ olması öz əksini tapmışdır. Azəriqaz İB Zaqatala RQİİ tərəfindən tərtib edilmiş 65 nömrəli aktda 2023-cü ilin mart ayı üçün qaz sərfi göstəricilərinin 30661 m³ olmasına baxmayaraq, 2023-cü ilin fevral ayı üçün olan qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktında fevral ayı üçün həmin sərfiyyatın artırılaraq 31200 m³ olması özəksini tapmışdır. Azəriqaz İB Zaqatala RQİİ tərəfindən tərtib edilmiş 42 nömrəli aktda 2023-cü ilin aprel ayı üçün qaz sərfi göstəricilərinin 13056 m³ olmasına baxmayaraq, 2023-cü ilin aprel ayı üçün olan qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktında həmin sərfiyyatın artırılaraq 13833 m³ olması öz əksini tapmışdır. Bundan başqa bildirmişdir ki, Azəriqaz İB Zaqatala RQİİ tərəfindən tərtib edilmiş 37 nömrəli aktda 2022-ci ilin dekabr ayı üçün qaz sərfi göstəricilərinin 41077 m³ olması öz əksini tapmışdır. İlkin olaraq Azəriqaz İB Zaqatala RQİİ tərəfindən həmin məbləğdə AVİS-ə daxil edilmiş xx.xx.2023-cü il tarixli EBCM seriyalı 034279 nömrəli elektron qaimənin dəyəri müəssisə tərəfindən tamamilə ödənilmişdir. Lakin sonradan Azəriqaz İB Zaqatala RQİİ tərəfindən 2022-ci ilin dekabr ayı üçün qaz sərfi göstəricilərinin artırılaraq 44387 m³ olması ilə bağlı AVİS-ə xx.xx.2023-cü il tarixli EBCM seriyalı 878108 nömrəli və xx.xx.2023-cü il tarixli EBCM seriyalı 878108 nömrəli elektron qaimələr daxil edilmiş, lakin 2022-ci ilin dekabr ayı üzrə qaz sərfiyyatının dəyəri tərəflərindən faktiki sərfiyyat göstəricilərinə uyğun ödənildiyi üçün, dekabr ayı üçün təkrar və yanlış daxil edilmiş həmin elektron qaimələr geri qaytarılmışdır. 2023-cü il üçün mövcud olan qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktında həmin qaz sərfi göstəriciləri qanunsuz və əsassız olaraq 44387 m³ kimi göstərilmiş, tərəflərindən isə buna etiraz olunmuşdur. Halbuki “X12”na edilmiş 2 nömrəli əlavənin 3.5-ci maddəsinin tələblərinə əsasən istehlakçı tərəfindən qazın dəyəri tam ödənildikdən sonra paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin ödənilməsini paylayıcı istehlakçıdan tələb edə bilməz. Ağdaş rayonunda yerləşən FHN-nin inzibati binasına, Olimpiya Kompleksinə və xxxx publik hüquqi şəxsinə verilən qaz təminatı Ağdaş rayonunda yerləşən Şəmsabad QPS tərəfindən verilir. Həmin idarənin əməkdaşları ilə əlaqə saxlanıldıqda onlara bildirilmişdir ki, hər üç yerə qaz təminatının Şəmsabad QPS tərəfindən verilməsinə görə qazın verilməsində müəyyən itkilər yaranmışdır, buna görə də məcbur qalıb həmin itkiləri həm xxxx publik hüquqi şəxsinə, həm FHN-nin inzibati binasına, həm də Olimpiya Kompleksinə yazılır. Hal-hazırda bir sira suallar da məhkəmə tərəfindən aydınlaşdırılmalıdır. İlkin olaraq müəyyən olunmalı idi ki, xəstəxananın qaz xəttində həqiqətən də itki varmı? Bəlkə rayonda qaz xəttində mövcud olan itki xəstəxananın hesabına yazılır? İtkinin hesablanması üçün hesablama mexanizmi olmalıdır. Əgər qaz xəttində itki varsa, niyə itkiyə aid qarşılıqlı akt və ya heç bir təsdiqedici sənəd yoxdur? Xəstəxananın təzə binaya köçdüyü 11 ildir. Bəs elədirsə bu 11 ildə niyə itki hesablanmayıb? Şəmsabad QPS-də olan sayğacın düzgün işləyib-işləməməsi də məhkəmə tərəfindən müəyyən edilməlidir. Çünki o sayğacı onlar görmür və müdaxilə edə bilməzlər. İtkinin də olub-olmamasını onlar bilmirlər. İtki varsa, onlar tərəfindən akt yazılmalıdır, lakin akt yazılsa belə, bu hələ itkinin olması demək deyil. Həmin itkinin faktiki mövcud olub-olmaması sonrakı müzakirə obyektidir. Qaz xəttinin yaxınlığında onlarla ev, obyekt və s. var. Bəlkə kimsə qaz xəttinə müdaxilə edir? Onların gördüyü ancaq öz sayğaclarıdır. Şəmsabad QPS-də olan sayğacı onlar görmürlər. İtki olsa belə bu xəstəxananın təqsiri deyil, sayğac üzrə faktiki qaz sərfiyyatının dəyərini ödəməlidirlər. “Ağdaş RMX” PHŞ ilə Azəriqaz İB arasında bağlanılmış və iddia ərizəmizə əlavə edilmiş xx.xx.2020-cil tarixli, AMX-2989/20 saylı müqavilənin 2.1.8-ci maddəsinə əsasən istehlakçıya verilmiş qazın dəyərini yalnız sayğac göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya göndərmək paylayıcının (Azəriqaz İB-nin) vəzifələrinə aid edilmişdir. Yuxarıda qeyd edilənlərdən və iddia ərizəsinə əlavə edilən sənədlərdən göründüyü kimi Cavabdeh İB Zaqatala RQİİ tərəfindən müəssisə barəsində hesablanmış qaz borcu tamamilə qanunsuz və əsassızdır. Müəssisəyə verilmiş qaz təminatı xx.xx.2023-cü il tarixindən X14 İstismar İdarəsi tərəfindən qanunsuz və əsassız olaraq dayandırılmış, bundan sonra cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə tərəfimizdən müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə məhkəməyə müraciət olunmuş və Şəki Kommersiya Məhkəməsinin qərarı ilə müəssisəyə verilmiş qaz təminatı bərpa olunmuşdur. İlkin olaraq 2023-cü ilin may və iyun ayları üçün müəssisəyə verilmiş qaz təminatı dayandırılmış, həmin ərəfədə tərəflərindən cavabdehə hər hansı bir ödəniş olunmamışdır. Sonradan müəssisəmizə X8 tərəfindən qazın verilişi bərpa olunduqdan sonra 2023-cü ilin iyul və avqust ayları üçün qanuni əsaslarla AVİS-ə daxil edilmiş elektron qaimələrin dəyəri müəssisə tərəfindən tamamilə ödənilmişdir. Cavabdeh İB qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ Ağdaş RMX PHŞ-nın inzibati binasının qazlaşdırılması üçün X15 Kompleksinin və Ağdaş rayon DYMHnin Depo binasının da qidalandığı Şəmsabad QPS-dən qaz xətti çəkilmiş və istehlak edilən qazın həcminin hesablanması üçün qaz sayğacı müəssisənin girişində quraşdırılmışdır. Həmçinin Ağdaş rayonunda inşa edilən 100 çarpayılıq xəstəxananın təbii qazla təmin olunması ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi xx.xx.2011-ci il tarixdə 42 saylı məktub təqdim edərək, X2şdırılması üçün nəzərdə tutulan PE-110 mm-lik daşıyıcı qaz xəttinə qoşulmasına və gələcəkdə hesabatlarda texnoloji itkilərin qarşılıqlı olmasında hər iki təşkilatın iştirakına etiraz etməmişdir. Bu səbəbdən və “Ağdaş RMX” PHŞ-nın qaz sayğacı qidalanma mənbəyi olan Şəmsabad QPS-də quraşdırılmadığından QPS-dən müəssisə arasındakı hissə üçün müəssisənin baş sayğaca nisbət faizi qədər itki (“baş sayğaca nisbət faizi qədər itki” – bundan sonra “qaz itkisi”) hesablanması nəzərdə tutulmuşdur və eyni prosedur Şəmsabad QPS-dən qidalanan Ağdaş X9 və Ağdaş rayon DYMH-nin Depo binasına şamil edilir. Cavabdeh Ağdaş RMX PHŞ inzibati binasında uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri qismən ödənildiyindən istehlakçının **********00000 saylı qaz hesabındakı 20679.24 manat həcmindəki borc xx.xx.2022-ci ildən yaranmışdır və iddiaçı tərəf də bu faktı təsdiq etməkdədir. Borcun yarandığı xx.xx.2022-ci ildən müəssisənin qaz hesabında 2022-ci ilin noyabr ayında sayğac göstəricisinə əsasən 6304 manat və qaz itkisinin hesabatına əsasən 757.75 manat, dekabr ayında sayğac göstəricisinə əsasən 10269.25 manat və qaz itkisinin hesabatına əsasən 827.50 manat, 2023-cü ilin yanvar ayında sayğac göstəricisinə əsasən 17282.75 manat, fevral ayında sayğac göstəricisinə əsasən 11014 manat və qaz itkisinin hesabatına əsasən 327 manat, mart ayında sayğac göstəricisinə əsasən 7665.25 manat və qaz itkisinin hesabatına əsasən 134.75 manat, aprel ayında sayğac göstəricisinə əsasən 3264 manat və qaz itkisinin hesabatına əsasən 194.25 manat, iyul ayında sayğac göstəricisinə əsasən 447.25 manat, avqust ayında sayğac göstəricisinə əsasən 982.25 manat, sentyabr ayında sayğac göstəricisinə əsasən 1531.75 manat həcmində qaz sərfi qeydə alınmışdır. Keçən dövr ərzində isə Ağdaş RMX PHŞ tərəfindən 2022-ci ilin dekabr ayında sayğac göstəricisinə əsasən yaranmış 10269.25 manat borc 2023-cü ilin fevral ayında, 2023-cü ilin yanvar ayında sayğac göstəricisinə əsasən yaranmış 17282.75 manat iyun ayında, fevral ayında sayğac göstəricisinə əsasən yaranmış 11014 manat və qaz itksinin hesabatına əsasən yaranmış 327 manat, cəmi 11341 manat borc mart ayında, iyul ayında sayğac göstəricisinə əsasən yaranmış 447.25 manat avqust ayında, avqust ayında sayğac göstəricisinə əsasən yaranmış 982.25 manat sentyabr ayında ödənilmişdir. Nəticədə sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmış 58760.50 manat borcun 39995.50 manat hissəsi və qaz itkisinə görə aparılan hesabata əsasən 2241.25 manat borcun 327 manat hissəsi ödənildiyindən hazırda qaz hesabında 20679.24 manat borc vardır. Həmin borcun 18765 manat hissəsi (6304 m/noyabr + 7665.25 m/mart + 3264 m/aprel + 1531.75 m/sentyabr = 18765 manat) sayğac göstərəcisinə əsasən aparılmış hesabata və 1914.25 manat hissəsi isə (757.75 m/noyabr + 827.50 m/dekabr + 134.75 m/mart + 194.25 m/aprel = 1914.25 manat) qaz itkisinə əsasən aparılan hesabata əsasən yaranmış borcdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, müəssisənin qaz təchizatı Şəmsabad QBS-də quraşdırılmış Olimpiya Kompleksinə məxsus qaz sayğacı üzərindən gedir. Əvvəllər onlara hər hansı itki hesablanmayıb. İtkinin hesablanması 2022-ci ilin noyabr ayının 1-dən 2023-cü ilin aprel ayına qədər aparılmışdır. Onlar məhkəməyə müraciət etdikdən sonra itkinin hesablanması dayandırılmışdır. Orada hər hansı itki ola bilməz. Çünki borular yeni çəkilib. Onlara hesablanmış ümumi itkinin dəyəri 2136,25 manat təşkil edir. Ümumilikdə sayğac göstəricisinə əsasən tərəfilərindən ödənilməmiş 17011,25 manat sərfiyyata görə borcları vardır. Cavabdeh tərəfin iddia etdiyi 327 manat ödəniş itkiyə görə deyil, təbii qazdan istifadəyə görə artıq ödəmədir. Cavabdeh isə bunu, itkidən hesablanmış borca silmişdir. Onlar pulu itki üçün ödəməmişdir. Qarşılıqlı iddianı qəbul etmirlər. Onların həmin məbləğdə borcları yoxdur. Elektron qaimə vurularsa, təbii qazdan istifadəyə görə olan borclarını ödəyəcəklər. Cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı müəssisənin istifadə etdiyi qaz xətdi müvafiq sayğac ilə hesablanaraq həmin müəssiədən əlavə daha iki müəssisəni qazla təmin edir. Hər bir müəssisə isə özlərinə məxsus sayğaclar ilə həmin ana xətdən qazla təmin olunur. Hər bir müəssisənin qaz sərfiyyatları öz sayğac göstəricilərinə əsasən toplanır və ana xəttin sayğacının göstəricisindən çıxılır. Alınan rəqəm isə qaz itkisi kimi hesablanaraq hər müəssiənin sayğacının gücünə uyğun həmin müəssiələr arasında bölünür. Cavabdehin nümayəndəsi hazırki məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, mübahisələndirilən hissə yalnız itki ilə bağlı olduğundan həmin hissəyə münasibət bildirilərək 2022-ci ilin noyabr ayından etibarən bir neçə aylarda itki hesablanmışdır. 2022ci ilin noyabr ayında 757,75 manat akt ilə aparılan hesabat vardır. O akt ilə aparılan hesabatın içərisində 225,25 manat bir günlük sayğacsız istifadəyə görə yaranan borcdur ki, o da aktla rəsmiləşdirilib və qarşı tərəfdə bu borcu qəbul edir. Ondan qalan 757,25 manat borcdan 225,25 manat çıxıldıqda yerdə qalan borc itkiyə görə hesablanmış borcdur. Bundan sonra 2022-ci ilin mart, aprel, dekabr ayında itki hesablanmışdır. 327 manatda itkidən ödəniş ediblər. Hazırkı vaxtda saldoya əsasən qarşı tərəfin 19147,49 manat borcu var. Bu məbləğin içərisində 2016 manat itkiyə görə hesablanan borc vardır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Abonentin saldoları, Üzləşdirmə aktları və digər aktlar, Elektron qaimələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İlkin iddia tələbinin hüquqi əsasına qiymət verən məhkəmə əvvəla onu qeyd edir ki, iddiaçı ona əsassız 28000 manat borcun hesablandığını iddia edir və həmin borcun silinməsini xahiş edir. Məhkəmə iddiaçının 28000 manat borcun əsassız hesablanması ilə bağlı iddia dəlili razılaşmayaraq qeyd edir ki, tərəflərin nümayəndələrinin məhkəmə iclasında verdiyi izahatlarından, abonentin saldosundan və təsdiq edilmiş aktlardan müəyyən edilmişdir ki, iddiaçıya təbii qazın itkisinə görə hesablanmış borc məbləği 2016 manat təşkil edir və iddiaçının hazıri iddia ilə məhkəməyə müraciət etməkdə olan hüquqi marağı cavabdeh tərəfindən hesablanmış itkinin silinməsindən ibarətdir. Hazırki vəziyyətdə “iddiaçı 28000 manat borcu mübahisələndirsə də, qaz sərfiyyatına görə 17011,25 manat borcunun olduğunu inkar etmir və iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bunu etiraf etmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçının abonent saldosundan müəyyən edilmişdir ki, iddiaçının cəmi 19147,49 manat borcu vardır. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 19147,49 manat borcun 2016 manatı itkiyə görə hesablanmış borc qalan 17131,49 manatı isə istehlak olunmuş təbii qazın dəyəridir. Məhkəmə araşdırması müəyyən olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi hesablanmış 2016 manat itkiyə görə hesablanmış borcun silinməsi hissəsində təmin edilməli iddia qalan borcun silinməsi hissəsində rədd edilməlidir. Belə ki, “X6” 2.2.5-ci bəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Göründüyü kimi, paylayıcı istehlakçıdan dəymiş zərərin əvəzinin ödəniməsini o halda tələb edə bilər ki, müəyyən olunmuş zərərdə istehlakçının təqsiri olmuş olsun. Məhkəmə araşdırması zamanı qaz borularında əmələ gəlmiş itkidə iddiaçının təqsirinin olmasına dair məhkəməyə cavabdeh tərəfindən sübut təqdim edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununda və “X7 hansısa itkinin hesablanması və onun tutulmasına dair hər hansı qeyd şərt mövcud deyildir. Məhkəmə qeyd edir ki, “X10”ın 1.2-ci bəndinə əsasən, balans mənsubiyyəti sərhədi dedikdə - qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qazpaylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi başa düşülür. 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 4.1-ci bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Göründüyü kimi, qaydalar balans mənsubiyyəti sərhədinin anlayışı verməklə yanaşı qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün qaz sayğacı quraşdırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, Şəmsəbad stansiyasından 110 mm-lik polietilen boru vasitəsi ilə iddiaçıya təbii qazın verilişi həyata keçirilir, iddiaçıya məxsus qaz sayğacı xəstəxananın girişində quraşdırlmış və qaydaların tələbi baxımından tərəflərin balans mənsubiyyəti məhz sayğacın quraşdırıldığı nöqtədir ki, iddiaçı balans mənsubiyyətindən kənarda baş verən hallara görə məsuliyyət daşımır. Bundan başqa X6 5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Göründüyü kimi, istər qaydaların tələbi istərsə də tərəflər arasında bağlanmış qazın alqı-satqısına dair müqavilənin tələblərinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdehin iddiaçıya hesabladığı 2016 manat dəyərində qazın pulu sayğac göstəricisinə görə deyil, qazın itkisinə görə hesablanmışdır. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan yalnız sonuncunun balans mənsubiyyətində quraşdırılmış qaz sayğaçının göstəricisinə görə istehlak edilmiş təbii qazın dəyərini tələb etmək ixtiyarında olduğundan və istər qanunvericiliyin, istərsə də tərəflər arasında bağlanmış qazın alqı-satqısına dair müqavilədə itkinin və onun hesablanaraq kimdən tutulmasına dair hər hansı göstəriş olmadığından cavabdeh tərəfindən itkinin hesablanması və onun dəyərini iddiaçıdan tələb etməsinə dair hərəkətləri qanuna uyğun olmamışdır. Cavabdeh hesablanmış itkinin 327 manatının iddaçı tərəfindən ödənildiyi iddia olunsa da, iddiaçı 327 manat itkini ödəmədiyi və həmin vəsaitin artıq ödənilmiş vəsaitdən silindiyini bildirir. Məhkəmə qeyd edir ki, itkinin hesablanması qanuna uyğun olmadığından onun ödənilib ödənilməməsi əhəmiyyət kəsb etmir və əsassız hesablandığından silinməlidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilərək itki kimi iddiaçıya hesablanmış 2016 manat borc silinməli, təbii qazdan istifadə nəticəsində yaranmış 17131,49 manat borcun və ümumiyyətlə mövcud olmayan borcun silinməsi hissəsində iddia tələbi rədd edilməlidir. Bundan başqa iddia tələbinin “xxxx” X1 xəstəxananın sayğac göstəriciləri əsasında hesablanması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia bu hissədə də rədd edilməlidir. Belə ki, iddiaçının bu iddia tələbinin irəli sürülməsində olan hüquqi marağı gələcəkdə ona itkinin hesablanmaması və hesablaşmanın sayğac göstəricisinə uyğun aparılmasına yönəlmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan qanunvericiliyin və tərəflər arasında bağlanmış müqavilənin tələblərinə əsasən istehlakçı ilə hesablaşma qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla yalnız sayğac göstəricisinə uyğun aparılmalıdır. Qanunvericliklə müəyyən olunmuş hallar isə istər iddiaçı, istərsə də cavabdeh üçün məcburi xarakter dayışır. Qanunvericiliklə müəyyən edilmiş öhdəliklərin icrası məhkəmə qərarı ilə hər hansı tərəfin üzərin qoyula bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Qarşılıqlı iddia tələbinə qiymət verən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi də qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, Cavabdeh İB ilə “xxxx” PHŞ arasında Ağdaş rayonunda yerləşən və sonuncuya məxsus qeyri-yaşayış sahəsinə (xəstəxana) təbii qazın verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə AMX-2989/20 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilə bağlanmış və “xxxx” PHŞ müvafiq qaydada qazlaşdırılmaqla sonuncuya **********00000 nömrəli abonent kodu verilmişdir. Cavabdeh İB “xxxx” PHŞ-nin istehlak edilmiş qazın dəyərini tam ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında 20679,24 manat debitor borc yarandığını iddia etsə də, xx.xx.2023-cü il tarixdə təqdim edilmiş abonentin saldosundan görünür ki, cavabdehin qalıq borcu ümumi 19147,49 manat kimi göstərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, 19147,49 manat hesablanmış borcun 2016 manat hissəsi əsassız hesablanmış itkidir və həmin borc silinməlidir. Belə olan halda iddiaçının cavabdehə təbii qazdan istifadəyə görə yaranmış borcu 17131,49 manat (19147,49 - 2016) təşkil edir ki, həmin borc iddiaçıdan cavabdehin xeyrinə tutulmalı, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 174 manat, qarşılıqlı iddianın qiymətinə uyğun olaraq 152,04 manat təşkil edir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən 200,72 manat dövlət rüsumu ödənilmişdir. İlk iddianın verilməsinə görə ödənilməmiş 174 manat dövlət rüsumunun 161,47 manatı “xxxx” publik hüquqi şəxsindən, 12,53 manatı Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməli, qarşılıqlı iddianın verilməsinə görə 152,04 manat dövlət rüsumunun 125,96 manat hissəsi “xxxx” publik hüquqi şəxsindən tutularaq Cavabdeh İB-yə ödənilməli, qarşılıqlı iddianın rədd edilmiş hissəsinə uyğun 26,08 manat və artıq ödənilmiş 48,68 manat dövlət rüsumu Cavabdeh İB-yə aid edilməlidir. Eyni zamanda ilkin iddia üzrə iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödəmiş və həmin məbləği tələb etmədiyindən həmin vəsait tutulmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən iddiaçı “xxxx” publik hüquqi şəxsinə hesablanmış 2016 manat borc silinsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh “xxxx” publik hüquqi şəxsindən təbii qazdan istifadəyə görə yaranmış 17131,49 manat borc tutularaq iddiaçı Cavabdeh İB-yə ödənilsin. İddialar qalan hissələrdə rədd edilsin. İlk iddianın verilməsinə görə ödənilməmiş 174 manat dövlət rüsumunun 161,47 manatı “xxxx” publik hüquqi şəxsindən, 12,53 manatı Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddianın verilməsinə görə 152,04 manat dövlət rüsumunun 125,96 manat hissəsi “xxxx” publik hüquqi şəxsindən tutularaq Cavabdeh İB-yə ödənilsin. Qarşılıqlı iddianın rədd edilmiş hissəsinə uyğun 26,08 manat və artıq ödənilmiş 48,68 manat dövlət rüsumu Cavabdeh İB-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1099/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1099/2023
06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver