Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-110/2023 23.02.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “xx.xx.2016-cı il tarixli 2151-GL/16 nömrəli müqavilə üzrə yaranmış 7187 manat əsas borcun və 6005,37 manat cərimə borcunun, 200 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 300 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “xx.xx.2016-cı il tarixli 2151-GL/16 nömrəli müqavilə üzrə yaranmış 7187 manat əsas borcun və 6005,37 manat cərimə borcunun, 200 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 300 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli 2151-GL/16 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən lizinq verən ümumi məbləği 18685 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə vermək şərti ilə lizinqə verməyi, lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Müqavilənin 5.2-ci bəndinə əsasən, göstərilən hallardan biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, lizinq müqaviləsinə vaxtından əvvəl xitam verir, texnikanı mübahisəsiz geri götürür, lizinq alan əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və qrafik üzrə yaranmış borcun, texnikanın işlək vəziyyətə gətirilməsi üçün tələb olunan xərclərin, gecikdirilmiş günlər üçün hesablanmış cərimənin lizinq alan tərəfindən alınması üçün məhkəməyə müraciət edir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun Agentliyə xx.xx.2016-cı il tarixli 2151-GL/16 nömrəli lizinq müqaviləsi üzrə 7187 manat əsas borcun və 6005,37 manat cərimə borcu hesablamışdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, borcunu qəbul edir. Lakin cərimənin silinməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasında özünün və nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən, iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli 2151-GL/16 nömrəli lizinq müqaviləsinin spesifikasiyasından görünür ki, 1 ədəd traktor Belarus-82.1 markalı 8 il müddətinə güzəştdən sonrakı qalıq məbləği 10400 manat olmaqla, 1 ədəd taxılsəpən TS- 24 markalı 5 il müddətinə güzəştdən sonrakı qalıq məbləği 2530 manat olmaqla, 2 ədəd taxılsəpən TS-24 markalı 5 il müddətinə güzəştdən sonrakı qalıq məbləği 5240 manat, 1 ədəd 170 sm-lik bıçaqlı otibçən 1 il müddətinə güzəştdən sonrakı qalıq məbləği 283 manat olmaqla verilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qrafikinə əsasən xx.xx.2016-cı il tarixli 2151- GL/16 nömrəli müqavilə dövrü ərzində cavabdeh tərəfindən rübdə bir dəfə olmaqla 2016cı ilin 2-ci rübü üçün 899 manat, 3-cü, 4-cü və 2017-ci ilin 1-ci rübü üçün 982 manat, 2-ci rübü üçün 950 manat, sonrakı rüblər üzrə 853 manat və 2020-ci ilin 1-ci rübündən xx.xx.2023-cü ilədək 335 manat ödəniş edilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş təhvil-təslim aktından görünür ki, 1 ədəd traktor Belarus-82.1, 1 ədəd taxılsəpən TS-24 markalı, 2 ədəd taxılsəpən TS-24 markalı Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən 9308 manat ödəniş edilmiş və cavabdehin 7187 manat əsas borcu və 6005,37 manat cərimə borcu qalmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: lizinq müqaviləsi, maliyyə arayışı, ödəniş qrafiki və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra mətndə MM) maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri,). MM-in: 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-4.3. Əşya sublizinqə verildikdə satıcıya qarşı tələb hüququ sublizinq müqaviləsi üzrə lizinq alana keçir. 747-4.4. Lizinq obyektinin sublizinqə verilməsi zamanı hökmən lizinq verənin yazılı razılığı olmalıdır. 748.1. Lizinq müqaviləsi yazılı formada bağlanılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli 2151-GL/16 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən lizinq verən ümumi məbləği 18685 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə vermək şərti ilə lizinqə verməyi, lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Müqavilənin 5.2-ci bəndinə əsasən, göstərilən hallardan biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, lizinq müqaviləsinə vaxtından əvvəl xitam verir, texnikanı mübahisəsiz geri götürür, lizinq alan əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və qrafik üzrə yaranmış borcun, texnikanın işlək vəziyyətə gətirilməsi üçün tələb olunan xərclərin, gecikdirilmiş günlər üçün hesablanmış cərimənin lizinq alan tərəfindən alınması üçün məhkəməyə müraciət edir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun Agentliyə xx.xx.2016-cı il tarixli 2151-GL/16 nömrəli lizinq müqaviləsi üzrə 7187 manat gecikdirilmiş əsas borcu yaranmış və iddiaçı həmin borca 6005,37 manat cərimə borcu hesablamışdır. İş materiallarına əlavə edilmiş ödəniş qrafikinə əsasən xx.xx.2016-cı il tarixli 2151-GL/16 nömrəli müqavilə dövrü ərzində cavabdeh tərəfindən rübdə bir dəfə olmaqla 2016-cı ilin 2ci rübü üçün 899 manat, 3-cü, 4-cü və 2017-ci ilin 1-ci rübü üçün 982 manat, 2-ci rübü üçün 950 manat, sonrakı rüblər üzrə 853 manat və 2020-ci ilin 1-ci rübündən xx.xx.2023cü ilədək 335 manat ödəniş edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan təhvil-təslim aktından görünür ki, 1 ədəd traktor Belarus-82.1, 1 ədəd taxılsəpən TS-24 markalı, 2 ədəd taxılsəpən TS-24 markalı Cavabdeh tərəfindən təhvil alınmışdır. Bundan əlavə maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən 9308 manat ödəniş edilmiş və cavabdehin 7187 manat əsas borcu və 6005,37 manat cərimə borcu qalmışdır. Odur ki, iddiaçı 7187 manat borcun tutulması tələbində haqlıdır. Müqavilə üzrə hesablanmış cərimə borcuna münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndində tərəflər razılaşmışlar ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Odur ki, tərəflərin əmlak mənafeləri və hazırkı vaxtı kimi edilən ödənişlər nəzərə alınaraq cavabdehdən xx.xx.2016-cı il tarixli 2151-GL/16 nömrəli müqavilə üzrə 150 manat cərimə borcunun tutulmasını ədalətli və qanunauyğun hesab edilməlidir. Bundan əlavə, iddiaçı hüquqi xidmətlərə görə 300 manat məbləğində vəsaitin cavabdehdən tutulmasını tələb edir. MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, hüquqi xidmətə görə 50 manat pul məbləği cavabdehdən tutulmalıdır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 130 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən ödənilməmiş 72,30 manat dövlət rüsumu cavabdehdən, 57,70 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, 200 manat mediasiya xərci 111,23 manat hissədə cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 88,77 manat iddiaçıya aid edilməlidir. Lakin məhkəmə, qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 200 manatın iddiaçıya ödənilməli olan hissəsi 111,23 manat olduğundan və iddiaçı tərəfindən 57,70 manat dövlət rüsumu ödənilməli olduğundan cavabdeh tərəfindən mediasiya üçün ödəniləcək 111,23 manatın iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 57,70 manat dövlət rüsumu çıxılmaqla 53,53 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 57,70 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan 72,30 manat dövlət rüsumuna əlavə edilməklə 130 manat dövlət rüsumu bütöv şəkildə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabeh Cavabdeh xx.xx.2016-cı il tarixli 2151-GL/16 nömrəli müqavilə üzrə yaranmış 7187 manat gecikdirilmiş əsas borc, 150 manat cərimə borcu, 53,53 manat mediasiya xərci və 50 manat məbləğində hüquqi xidmət haqqı tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. 130 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-110/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-110/2023
23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver