Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1106/2022 11.08.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “hüquqi şəxsin Dövlət Sosial Müdafiə Fonduna olan 3086,23 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri xx.xx.1957-ci il təvəllüdlü Şəki şəhərində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AZE seriyalı ******* , FİN nömrəsi –xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan xxxx Parkı öhdəliklərini yerinə yetirmədiyindən Dövlət Sosial Müdafiə Fonduna 3086,23 manat borcu yaranmışdır. Hüquqi şəxsin qeydiyyat sənədlərinə əsasən Maraqlı şəxs xxxx Parkının rəhbəridir. Borcun ödənilməsi təmin edilmədiyindən ərizəçi hazırkı tələblə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, Dövlət Sosial Müdafiə Fonduna 3086,23 manat manat məbləğində borcu vardır. Bu səbəbdən qeyd olunan borc məbləğinin ödənilməsinin təmin edilməsi üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Maraqlı şəxs məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, Maraqlı şəxs xx.xx.2005-ci il tarixdə xxxx Parkına müvəqqəti direktor vəzifəsinə keçirilmiş, xx.xx.2010-cu il tarixdə həmin vəzifədən azad edilmiş, xx.xx.2012-ci il tarixdə M.F.Axundzadə adına Mədəniyyət və İstirahət Parkının direktoru vəzifəsinə təyin edilmiş, xx.xx.2016-cı il tarixdə həmin vəzifədən azad edilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixədək X2 İdarəsində nəzarətçi işləmişdir. Maraqlı şəxsin xx.xx.2010-cu il tarixdə xxxx Parkının direktoru vəzifədən azad edilməsi X1 İdarəsinin xx.xx.2022-ci il tarixli 321 nömrəli məktubu ilə verilmiş Şəki Mədəniyyət və Turizm Şöbəsinin xx.xx.2010-cu il tarixli 54 nömrəli əmrindən çıxarışla bir daha təsdiq olunur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, maraqlı şəxs bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Ərizəçi tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Vergi ödəyicisi olan hüquqi şəxsin şəxsi hesab vərəqəsi, bildiriş, xəbərdarlıq, əmək kitabçasının surəti, əmrdən çıxarışlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hüquqi şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə hüquqi şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2-ci madddəsinə əsasən, dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Göründüyü kimi, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi dövlət reyestrində qeydiyyata alınmalıdır və bu hal qanunvericiliyin tələbidir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, vergi orqanı tərəfindən təqdim edilmiş hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında çıxarışda xxxx Parkının rəhbəri kimi Maraqlı şəxs kimi qeyd olunmasına baxmayaraq sonuncu xx.xx.2010-cu il tarixdə həmin vəzifədən azad edilmiş, xx.xx.2012-ci il tarixdə M.F.Axundzadə adına Mədəniyyət və İstirahət Parkının direktoru vəzifəsinə təyin edilmiş, xx.xx.2016-cı il tarixdə həmin vəzifədən azad edilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X2 İdarəsində nəzarətçi işləmişdir. Göründüyü kimi, maraqlı şəxs M.Fizuli adına Mədəniyyət və İstirahət Parkının rəhbəri vəzifəsindən azad edilmiş, hətta bundan sonra başqa dövlət qurumlarında müxtəlif işlərdə çalışmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs faktiki olaraq parkın rəhbəri olmadığı və işdən azad edildiyi üçün parkın borcuna görə onun ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz. Belə ki, maraqlı şəxsin xx.xx.2010-cu il tarixdə azad olunduğu iş yerinin yeni və sonraki rəhbərlərinin müəssisənin qeydiyyat sənədlərinə dəyişlik edilməsi üçün vergi orqanlarına müraciət etməməsi və bu işə səhlənkar yanaşılması maraqlı şəxsin təqsirindən baş verməmiş və 12 ildən cox müddətdə xxxx Parkından azad olunmuş rəhbər xxxx Parkının öhdəlikləri üçün məsuliyyət daşımır. Bundan başqa borclu fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən kənara getməsinin məhdudlaşdırılması borclunu öhdəliklərinin icrasına təşviq etmək və borcun ödənilməsinin təmin edilməsi məqsədi daşıyır. Hazırki iş üzrə maraqlı şəxsin sadəcə hüquqi şəxsin qeydiyyat sənədlərinə dəyişiklik edilmədiyi üçün ölkədən getmək hüququnun məhdudlaşdırılması borclu hüquqi şəxs tərəfindən borcun ödənilməsinə gətirib çıxarmayacaq və hüquqi şəxsə aidiyyəti olmayan şəxsin hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Vergi orqanı qanunvericiliyin tələblərinə əsasən borcun ödənilməsini təmin etmək məqsədi ilə xxxx Parkının rəhbərinin müəyyən edilməsi istiqamətində inzibati orqan olaraq araşdırma aparmalı və Vergi qanunvericiliyin təsir imkanlarından istifadə edərək müəssisənin qeydiyyat sənədlərinə dəyişiklik edilməsini təmin etməli, borc ödənilməyəcəyi təqdirdə hazırki rəhbərin ölkədən getmək hüququnun məhdudlaşdırılması məsələsi ilə bağlı məhkəməyə müraciət etməlidir. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, maraqlı şəxsin xxxx Parkına aidiyyəti olmadığından onun hüquqlarının məhdudlaşdrılması borcun ödənilməsi ilə nəticələnməyək və sonuncunun aidiyyəti olmadığı müəssisənin öhdəlikləri üçün hüquqları məhdudlaşdırıla bilməz. Bu səbəbdən ərizə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia rədd edildiyindən və iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən ödənilməmiş 100 manat dövlət rüsumu tutulmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “hüquqi şəxsin Dövlət Sosial Müdafiə Fonduna olan 3086,23 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri xx.xx.1957-ci il təvəllüdlü Şəki şəhərində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AZE seriyalı ******* , FİN nömrəsi –xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə rədd edilsin. Qətnamədən, rəsmi qaydada şikayət verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1106/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1106/2022
11.08.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver