Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1124/2024 11.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-yə qarşı “3326,40 manat borcun silinməsi və 81 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB-yə qarşı “3326,40 manat borcun silinməsi və 81 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)- 1124/2024 nömrəli qərarı ilə hazırkı mübahisənin predmetini təşkil edən 3326,40 manat borc məbləği Şəki Kommersiya Məhkəməsinin icraatında olan digər iş üzrə mübahisə predmeti olduğu üçün qeyd edilən xx.xx.2024-cü il tarixli e-2-2(117)-942/2024 nömrəli iş üzrə qəbul edimiş məhkəmə aktı qanuni qüvvəsini alanadək hazırkı işin icraatı dayandırılmışdır. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, Göyçay rayonu Potu kəndində (VÖEN №**********) sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmin obyektə SOCAR Cavabdeh İB-nin X1 İstismarı İdarəsi tərəfindən müvafiq qaydada qazlaşdırılmaqla **********00065 saylı qaz hesabı açılmışdır. Sözügedən qeyri yaşayış sahəsinə təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixli, АМХ-3100/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə”müqavilə bağlanılmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus obyektə baxış keçirilərək, ******* saylı akt tərtib edilmişdir. Abonent saldosundan da görünür ki, həmin borcun 3326,40 manat hissəsi qalıq və aktlara görə yaranmış borcdur. Həmin borc sahibkarlıq subyektində qanunsuz olaraq səlahiyyəti olmayan şəxs tərəfindən aparılmaqla əsassız olaraq hesablanmışdır. Borcu əsassız hesab edir və silinməsini məhkəmədən xahiş etmişdir. İş materialları kimi məhkəməyə akt və tələbnamə təqdim edilmişdir: xx.xx.2024-cü il tarixli akta əsasən müəssisədə olan qaz sayğacının maksimal ötürmə həddi 10 m3 olmasına baxmayaraq, istixanada quraşdırılmış cihazların maksimal saatlıq qaz sərfiyyatının 24 m3 olduğu aşkar edilmiş və bundan sonra xx.xx.2024-cü il tarixində tələbnamə tərtib edilərək 15120 m3 qaz sərfiyyatının dəyəri olan 3326.40 manat borc hesablanmışdır. Eyni zamanda məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus abonent saldosundan da görünür ki, həqiqətən də 2024-cü ilin fevral ayı tarixində sayğacla bağlı akt tərtib edilmişdir və akta əsasən 3326.40 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024-cü il tarixli KY242086177 nömrəli çıxarışdan göründüyü kimi, İddiaçı məxsus sahibkarlıq subyektinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək yoxlama müddəti müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-2(117)-942/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “təbii qazdan istifadəyə görə yaranmış 6055.70 manat əsas borcun, 80.60 manat ödənilmiş dövlət rüsumunun məcburi qaydadda tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən həmin iddia tələbin qismən təmin edilərək 2729.3 manat əsas borc və 36.33 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddianın 3326,40 manat borcun tutulması hissəsində rədd edilməsi qət edilmişdir. İddiaçı Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən xx.xx.2024-cü il tarixli, 2- 2(107)-101/2024 nömrəli qərar ilə apellyasiya şikayəti təmin edilməmiş, xx.xx.2024-cü il tarixli, e-2-2(117)-942/2024 nömrəli məhkəmə aktı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə cavabdehin elektron kabinetində məhkəmə bildirişi rəsmi qaydada yerləşdirilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş və bu barədə məlumat tərəflərin elektron kabinetinə yerləşdirilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Tərəflər iş materiallarını məhkəməyə təqdim etmişdir. Həmin materiallara aktlar, tələbnamə, abonent saldosu, məhkəmə aktları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 430.2. Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;……………. Azərbaycan Respubliası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndəə MPM): 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Həmin obyektə SOCAR Cavabdeh İB-nin X1 İstismarı İdarəsi tərəfindən müvafiq qaydada qazlaşdırılmaqla **********00065 saylı qaz hesabı açılmışdır. Sözügedən qeyri yaşayış sahəsinə təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə iddiaçı arasında 27.06,2020-ci il tarixli, АМХ-3100/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus obyektə baxış keçirilərək, ******* saylı akt tərtib edilmişdir. Ona 3326,40 manat cərimə hesablanmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, akt, tələbnamə və abonent saldosundan da görünür ki, normadan artıq qaz sərfiyyatının dəyəri 3326.40 manat təşkil edir. Bundan əlavə olaraq iddiaçı Cavabdeh İB tərəfindən cavabdeh İddiaçı qarşı “təbii qazdan istifadəyə görə yaranmış 6055,70 manat əsas borcun və 80,60 manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edilmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli e-2- 2(117)-942/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək 2729.3 manat əsas borc və 36.33 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddianın 3326,40 manat borcun tutulması hissəsində rədd edilməsi qət edilmişdir. Belə ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-942/2024 nömrəli qətnaməsi ilə hazırkı işdə mübahisə predmeti olan akt əsasında hesablanmış 3326,40 manat məbləğində borcun qanunvericiliyin tələbini pozmaqla iddiaçıya münasibətdə hesablandığından iddia həmin hissədə rədd edilmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun 2.1-ci maddəsində səlahiyyətli dövlət orqanlarının sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalar aparmaq hüququ vardır. Qanunun 2.1-1-ci maddəsi isə hazırkı predmet üzrə (qaz sərfinin maksimal saatlıq həddinin sayğacın qaz buraxma həcmindən yüksək olmasına görə) yoxlama aparılması qadağa edilmiş, ən azı 2025-ci il yanvarın 1-dək bu yoxlamanın aparıla bilməyəcəyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, sahibkarlıq subyektində aparılan yoxlamalar qanunsuz olduğundan iddia təmin edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Yuxarıda qeyd edilən Qanunun tələblərindən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan da göründüyü kimi cavabdeh iddiaçıya münasibətdə həmin aktlarda əsaslanılmış “qaz cihazlarının quraşdırılmış qaz sayğacının maksimal sürətindən artıq olması” əsasları ilə müvafiq yoxlama keçirə bilməzdir. Belə ki, yxarıda qeyd edilən Qanunun 2.1-ci maddəsinin təlbinə görə həmin orqan hazırkı əsaslar üzrə iddiaçıya münasibətdə yalnız “sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalar” apara bilər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı məxsus sahibkarlıq subyektində aparılmış yoxlama qanunvericiliyin tələbinə riayət etməməklə qanunsuz aparıldığından yoxlama zamanı tərtib edilmiş akta əsasən hesablanmış 3326.40 manat borc İddiaçı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 81 manat dövlət rüsumu ödənilsə də, iddia tələbinə münasibətdə ödənilməli olan dövlət rüsumunun məbləği 53.27 manat təşkil edir. Bu səbəbdən cavabdehdən 53.27 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 27.73 manat iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 3326.40 manat borc İddiaçı **********00065 nömrəli abonent hesabından silinsin. Ödənilmiş 53.27 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1124/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1124/2024
11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver