Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-113/2025 23.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “xx.xx.2015-ci il tarixli 1282-GL/15 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 7512.26 manat cərimə borcunun, xx.xx.2016-cı il tarixli 2436-GL/16 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 755.73 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul olmaqla cəmi 8767.99 manat pul vəsaitinin cavabdehdən tutulması” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “xx.xx.2015-ci il tarixli 1282-GL/15 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 5343 manat gecikdirilmiş borc, 7512.26 manat cərimə borcu, xx.xx.2016-cı il tarixli 2436-GL/16 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 397 manat gecikdirilmiş borc, 755.73 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul olmaqla cəmi 14507.99 manat pul vəsaitinin cavabdehdən tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə “iddia tələbinin həcminin azaldılması”na dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, işin məhkəmə icraatında olduğu dövrdə işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışlarının tərtib edildiyi tarixə hesablanmış gecikdirilmiş borc məbləğləri cavabdeh tərəfindən ödənilmiş, lakin hər iki müqavilə üzrə hesablanmış cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 500 manat iddiaçıya ödənilməmişdir. Bu səbəbdən iddia tələbinin “xx.xx.2015-ci il tarixli 1282-GL/15 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 7512.26 manat cərimə borcunun, xx.xx.2016-cı il tarixli 2436-GL/16 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 755.73 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul olmaqla cəmi 8767.99 manat pul vəsaitinin cavabdehdən tutulması” həcmində nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli 1282- GL/15 nömrəli müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, lizinq verən ümumi məbləği 12 500 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. xx.xx.2015-ci il tarixli 1282-GL/1 nömrəli müqavilənin spesifikasiyasından görünür ki, lizinq verən "xxxx" ASC tərəfindən bir ədədinin qiyməti 29 000 manat olan, Traktor Belarus-892 markalı texnika üzrə 5 900 manat ödəniş edilmiş, güzəştdən sonrakı 11 500 manat qalıq məbləği isə 8 il ödəmə müddətinə, bir ədədinin qiyməti 2 600 manat olan, Kotan 4 gövdəli AG-14-4 markalı texnika üzrə 560 manat ödəniş edilmiş, güzəştdən sonrakı 1000 manat qalıq məbləği isə 2 il ödəmə müddətinə əsasən lizinq alana verilmişdir. "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli 2436- GL/16 nömrəli müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, lizinq verən ümumi məbləği 2160 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. xx.xx.2016-cı il tarixli 2436-GL/16 nömrəli müqavilənin spesifikasiyasından görünür ki, lizinq verən "xxxx" ASC tərəfindən bir ədədinin qiyməti 6100 manat olan, Taxılsəpən- Gübrəsəpənlə HBM-N24 markalı texnika üzrə 1500 manat ödəniş edilmiş, güzəştdən sonrakı 2160 manat qalıq məbləği isə 3 il ödəmə müddətinə əsasən lizinq alana verilmişdir. Həmin Müqavilələrin: 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1% həcmində cərimə tələb edə bilər. 5.2-ci bəndinə əsasən lizinq verən lizinq alana xəbərdarlıq etməklə lizinq müqaviləsinə vaxtından əvvəl xitam verə bilər. 9-cu bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 25196 nömrəli,xx.xx.2024-cü il tarixli ********** nömrəli, xx.xx.2025-ci il tarixli ********** nömrəli xx.xx.2025-ci i tarixli ********** nömrəli və ********** nömrəli ödəniş qəbzlərindən göründüyü kimi cavabdeh tərəfindən ümumilikdə 5740 manat ödəniş edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, cavabdeh xx.xx.2015-ci il tarixli 1282-GL/15 nömrəli müqavilə məbləğindən cəmi 12 500 manat, xx.xx.2016-cı il tarixli 2436-GL/16 nömrəli müqavilə məbləğindən isə cəmi 2 160 manat ödəniş etmiş və nəticədə hər iki müqavilə üzrə gecikdirilmiş borcu qalmamışdır. Həmin müqavilələr üzrə müvafiq olaraq 7 512.26 manat və 755.73 manat cərimə borcu hesablanmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə iddiaçı hər iki müqavilə üzrə gecikdirilmiş borca müvafiq olaraq 7 512.26 manat və 755.73 manat cərimə borcu hesablamışdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, hər iki müqavilə üzrə əsas borcunu tam ödəmişdir. Ödənişlə bağlı qəbzləri məhkəməyə təqdim edə bilər. Cərimə borcunun silinməsini məhkəmədən xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilələr, maliyyə arayışı, ödəniş qəbzləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-4.3. Əşya sublizinqə verildikdə satıcıya qarşı tələb hüququ sublizinq müqaviləsi üzrə lizinq alana keçir. 747-4.4. Lizinq obyektinin sublizinqə verilməsi zamanı hökmən lizinq verənin yazılı razılığı olmalıdır. 748.1. Lizinq müqaviləsi yazılı formada bağlanılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli 1282-GL/15 nömrəli və xx.xx.2016-cı il tarixli 2436-GL/16 nömrəli müqavilələr bağlanmışdır. Müqavilələrin şərtlərinə əsasən iddiaçı cavabdehə kənd təsərrüfatı texnikalarını verməyi, cavabdeh isə həmin texnikaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə ilkin olaraq xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş “iddia tələbinin həcminin azaldılması”na dair ərizəyə münasibətdə qeyd edir ki, həmin ərizə icraata qəbul edilməli və hazırkı işə mahiyyəti üzrə baxılarkən əsas götürülməlidir. Bundan başqa iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən də göründüyü kimi cavabdeh tərəfindən hər iki müqavilə üzrə əsas borc tam şəkildə ödənilmişdir. İddia tələbinin “xx.xx.2015-ci il tarixli 1282-GL/15 nömrəli müqavilə üzrə 7512.26 manat cərimə borcunun, xx.xx.2016-cı il tarixli 2436-GL/16 nömrəli müqavilə üzrə 755.73 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı göründüyü kimi tərəflər arasında müqavilə üzrə müəyyən münasibətlər yaranmış, hər iki tərəf müqaviləyə uyğun olaraq öz üzərlərinə müvafiq öhdəliklər götürmüş, iddiaçı tərəf öz öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh lazımi qaydada yerinə yetirməmişdir. İş materiallarından göründüyü kimi cavabdeh hər iki müqavilə üzrə ödənişi razılaşdırılmış müddətdə ödəməmiş, ancaq iddiaçı bununla bağlı məhkəməyə müraciət etdikdən əsas borc üzrə ödənişi tam şəkildə etmişdir. Lakin hər bir halda ödənişin nəzərdə tutulmuş müddətdə edilməməsi iddiaçıya müəyyən məbləğdə zərər dəymə ehtimalını təsdiqləyir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndlərində tərəflər razılaşmışlar ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Məhkəmə tərəflərin qanuni və əmlak mənafelərini, iddiaçının gec müraciət edərək cərimə borcunun artmasına şərait yaratmasını, cavabdehin maddi vəziyyətini, cavabdehin əsas borcu tamamilə ödəməsini, həmçinin qanunvericiliyin tələblərini nəzərə alaraq cərimə məbləğinin xx.xx.2015-ci il tarixli 1282-GL/15 nömrəli müqavilə üzrə 100 manat və xx.xx.2016-cı il tarixli 2436-GL/16 nömrəli müqavilə üzrə isə 50 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddiaçı tərəf cavabdeh Cavabdeh müvafiq olaraq müqavilə üzrə gecikdirilmiş borca münasibətdə hesablanmış 100 manat və 50 manat cərimə borcunun tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır və iddia bu hissədə təmin edilməlidir. Eyni zamanda, məhkəmə prosessual xərc olaraq “hüquqi yardımla bağlı ödənilmiş 500 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilmiş məbləği təsdiq edən ödəniş tapşırığının, nəzərdə tutulan işlə bağlı tərəfə hüquqi yardım göstərilməsi ilə bağlı elektron vəkil orderinin iş materiallarına əlavə edilməsi, məhkəmə iclaslarında tərəflərin iştirak vəziyyəti, iddia icraatı çərçivəsində məhkəmə iclaslarında iştirak etməməsi, yalnız müraciətlər formasında işdə iştirakı, sənəldərin ilkin olaraq hazırlanması, əsas borcun tamamilə ödənilməsini və vəkilin nəzərdə tutulan işdə fəallığı hallarını nəzərə alaraq hesab edir ki, hüquqi yardımla bağlı 150 manat məbləğində pulun tutulması əsaslı, ədalətli və qanunidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli 1282-GL/15 nömrəli müqavilə üzrə hesablanmış 100 manat cərimə borcu, xx.xx.2016-cı il tarixli 2436-GL/16 nömrəli müqavilə üzrə hesablanmış 50 manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 150 manat pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Mübariz Hüseynov