Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1153/2022 06.10.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “18460 manat əsas borc, hər gecikdirilmiş gün üçün 0,1 % olmaqla 167 manat dəbbə pulu, mediasiya üçün ödənilmiş 200 manat və vəkil üçün ödənilmiş 210 manat pul vəsaitinin cavabdehdən tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Satıcı “xxxx” ASC-nin rəsmi distribütoru "xxxx" MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 50T/21 nömrəli algı-satqı müqaviləsinə əsasən satıcı mal adlandılacaq sement növlərini alıcıya satmağı, alıcı isə malı almağı və vergilər də daxil olmaqla 30 gün ərzində malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Satılan malların adları və adlarına uyğun qiymətləri ilə bağlı tərəflər müqaviləyə xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qiymət əlavəsi ilə razılaşmışlar. Müqavilənin 6.2-ci bəndinə əsasən bu müqavilənin 3.2.1 və 3.2.2-ci bəndlərində göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı halda satıcının hər gecikdirilmiş günə 0,1 % qədər cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququ vardır. Satıcı müqavilə üzrə öhdəliklərini yetirərək xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 2240,02 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 4463,97 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 743,99 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə dəyəri 2336 manat və 2240,02 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 1735,99 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə 2399,98 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 2399,98 manat və xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 2399,98 manat olan malları alıcıya təhvil vermiş, alıcı isə müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməyərək ödəməli olduğu 20959,93 manat borcdan 2500 manat ödəniş etmiş, nəticədə 18459,93 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması elektron qaimələr, 2500 manat ödəniş etməsi isə iddia ərizəsi və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı ilə öz təsdiqini tapır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmiş və tərəflər arasında hazırki mübahisə yaranmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli algı-satqı müqaviləsinə əsasən satıcı müqavilə predmeti olan sementləri alıcıya verməyi, alıcı isə bunun müqabilində müvafiq pul ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2.1-ci və 3.2.2-ci bəndinə əsasən, ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla 30 gün ərzində satıcının bank hesabına ödəmə yolu ilə həyata keçirilir. Həmçinin müqavilənin 7.2-ci bəndinə əsasən, alıcı bu müqavilənin 3.2.1-ci maddəsində göstərilən müddətdən gecikdirildiyi hər bir günə əsas borcdan 0,1 %-ə qədər cərimə və bundan yarana biləcək administrativ xərcləri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə mallar alıcıya təhvil verilmiş və bu barədə elektron qaimələr də tərtib edilmişdir. Malların ümumi dəyəri və ƏDV də daxil olmaqla, cəmi 20960 manat təşkil edir. Alıcı tərəfindən borc məbləğindən yalnız 2500 manat ödənilsə də, qalan 18460 manat hələ də satıcıya ödənilməmişdir. Müqavilə tərəflərinin xx.xx.2021-ci il tarixdə tərtib edib imzaladıqları üzləşmə aktı da alıcının qeyd olunan borcunun mövcudluğunu təsdiq edir. Həmçinin hər gecikdirilmiş gün üçün 0,1 % olmaqla, cəmi 167 manat məbləğində cərimə, bundan əlavə vəkilin göstərdiyi xidmətə, mediasiyaya və dövlət rüsumuna görə çəkilmiş xərclər alıcı tərəfindən satıcının xeyrinə ödənilməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Algı-satqı müqaviləsi, Elektron qaimələr, Vəkillə bağlanılan müqavilə, Ödəniş qəbzi, Yük nəqliyyat qaimələri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Algı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600.1). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, satıcı “xxxx” ASC-nin rəsmi distribütoru "xxxx" MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 50T/21 nömrəli algı-satqı müqaviləsinə əsasən satıcı mal adlandılacaq sement növlərini alıcıya satmağı, alıcı isə malı almağı və vergilər də daxil olmaqla 30 gün ərzində malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Satılan malların adları və adlarına uyğun qiymətləri ilə bağlı tərəflər müqaviləyə xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qiymət əlavəsi ilə razılaşmışlar. Satıcı xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 2240,02 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 4463,97 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 743,99 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə dəyəri 2336 manat və 2240,02 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 1735,99 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə 2399,98 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 2399,98 manat və xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 2399,98 manat olan malları alıcıya təhvil vermiş, alıcı isə ödəməli olduğu 20959,93 manat borcdan cəmi 2500 manat ödəniş etmiş, nəticədə 18459,93 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması elektron qaimələr, 2500 manat ödəniş etməsi isə iddia ərizəsi və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməklə iddiaçının tələb etdiyi 18460 manat deyil, elektron qaimələrlə öz təsdiqini tapmış 18459,93 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə 167 manat dəbbə pulunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Tərəflərt arasında bağlanmış algı-satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən bu müqavilənin 3.2.1 və 3.2.2-ci bəndlərində göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı halda satıcının hər gecikdirilmiş günə 0,1 % qədər cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh aldığı elektron qaimələr üzrə məbləği ödəməmiş və iddiaçı müqavilənin 6.2-ci bəndinə istinad etməklə ağlabatan real məbləğdə 167 manat dəbbə pulu hesablamışdır. Bu səbəbdən 167 manat dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı ödənilmiş 210 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə onu qeyd edir ki, tələb bu hissədə təmin edilməlidir. Belə ki, iş materiallarında olan hüquqi yardım barədə müqavilə, elektron qaimə və ödəniş qəbzi ilə müəyyən olunur ki, iddiaçı tərəfindən hazırki iddianın hazırlanması, işin məhkəməyə göndərilməsi və vəkillə təmsil olunası üçün 210 manat ödəniş edilmişdir. Məhkəmə, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, məhkəmə iclasında iştirakını və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab edir ki, tələb olunduğu kimi 210 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 145,88 manat olmalıdır ki, iddiaçı mediasiya xərci olaraq 200 manat mediasiya qurumuna ödədiyindən o, yalnız məhkəməyə müraciət etmək imkanını əldə etmək üçün çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilmişdir. İddia tələbi qismən təmin edildiyindən ödənilməmiş 145,88 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 200 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 18459,93 manat məbləğində əsas borc, 167 manat dəbbə pulu, 200 manat mediasiya xərci, 210 manat vəkilə ödənilmiş pul tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 145,88 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1153/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1153/2022
06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver