Məhkəmə qərarları › İş №e-2-2(117)-1173/2023

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1173/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1173/2023 19.10.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin cavabdeh X1 qarşı “cavabdehdən təhvil aldığı mallara görə 1985 manat məbləğində əsas borcun və ilkin mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 60 manat məbləğin tutulması” tələbinə dair ərizəsinə baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh X1 qarşı ərizə ilə müraciət edərək “cavabdehdən təhvil aldığı mallara görə 1985 manat məbləğində əsas borcun və ilkin mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 60 manat məbləğin tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizənin məhkəmənin icraatına qəbulundan imtina edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC-nin cavabdeh X1 qarşı “cavabdehdən təhvil aldığı mallara görə 1985 manat məbləğində əsas borcun və ilkin mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 60 manat məbləğin tutulması” barədə iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş və e-2-2(117)-1172/2023 nömrə ilə qeydiyyata alınmaqla mıəhkəmənin xx.xx.2023-cü il tarixli qərqrdadı ilə məhkəmənin icraatına qəbul edilmişdir. Bundan sonra eyni tarixdə, iddiaçı eyni cavabdehə qarşı, eyni tələblə (e-2-2(117)-1173/2023 nömrə ilə qeydiyyata alınmaqla) eyni məhkəməyə təkrar müraciət etmişdir. Göründüyü kimi iddiaçı hazırki iş üzrə cavabdehə qarşı eyni borcun ödənilməsi ilə bağlı, eyni cavabdehə qarşı eyni əsaslarla məhkəməyə təkrar müraciət etmiş və həmin iş e-2-2(117)-1172/2023 nömrə ilə məhkəmədə qeydiyyata alınmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki ərizənin məhkəmənin icraatına qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə uyğun analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edilərək həmin Məcəllənin 153.2.4-cü maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul etməkdən imtina edilməlidir. . Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh X1 qarşı “cavabdehdən təhvil aldığı mallara görə 1985 manat məbləğində əsas borcun və ilkin mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 60 manat məbləğin tutulması” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar