Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1177/2025 29.08.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 əsasən müqavilə üzrə ödənilmiş avans məbləğdən 5828.64 (beş min səkkiz yüz iyirmi səkkiz manat altmış dörd qəpik) manat və müqavilə öhdəliyini yerinə yetirmədiyinə avans məbləğə hesablanmış 10 (on) faiz 4.662.91 (dörd min altı yüz altmış iki manat doxsan bir qəpik) manat dəbbə, ümumilikdə 10.491.55 (on min dörd yüz doxsan bir əlli beş qəpik) manat və 122 (bir qüz iyirmi iki) manat dövlət rüsumu alınaraq iddiaçı X2 Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırki iş üzrə ödənilməli olan dövlət rüsumu ödənilməmişdir. Belə ki, hazırki iş üzrə iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 121,47 manat təşkil edir. İddiaçı tərəfindən qeyd olunan rüsumun ödənilməsini təsdiq edən sübut qismində 5142 nömrəli qəbz təqdim edilmişdir. Lakin həmin qəbz Elektron Məhkəmə İnformasiyaları Sisteminə də əlavə edilməmiş, iddia ərizəsi verilən zaman “hüquqi şəxsin təqsiri üzündən icra sənədi üzrə borcludan tutulmalı olan məbləğin tutulmamasına görə ona qarşı iddialar üzrə – tələbkar” seçimi ilə iddiaçının rüsumdan azad olunduğu qeyd olunmuşdur. Göründüyü kimi, qeyd olunan qəbz məlumatları Elektron Məhkəmə İnformasiyaları Sisteminə daxil edilmədiyindən, onun həqiqiliyini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən 5142 nömrəli qəbz məhkəmə tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut kimi qəbul edilməməli və iddia ərizəsi və ona əlavə olunan sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada Mülki Prosessual Məcəllənin hazırda qüvvədə olan normalarının tələblərinə riayət edilməklə yenidən iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elnarə Hüseynova
Məhkəmə qərarları › İş №e-2-2(117)-1177/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1177/2025
29.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver