Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1181/2024 08.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “xx.xx.2021-ci il tarixli №GL752 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən lizinq predmeti olan 1 ədəd Presbağlayan avadanlığın saz və işlək vəziyyətdə geri qaytarılması və 4252.72 manat gecikdirilmiş əsas borcu, 1011.20 manat cərimə və 72.64 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq "xxxx" ASC-yə ödənilməsi” tələbinə dair mübahisəyə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli GL752 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən lizinq verən İddiaçı QSC) lizinq obyektini lizinq alanın (X1) müraciəti əsasında lizinq ödənişlərinin həyata keçirilməsi müqabilində və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və bu müqavilənin müddəalarında uyğun olaraq 36 ay müddətinə lizinq alanın istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən lizinq alan tərəfindən lizinq obyektinin razılaşdırılmış dəyərinin 20 % hissəsi ilkin ödəniş qaydasında lizinq verənə ödənilir. 5.2-ci bəndinə əsasən lizinq obyektinin lizinq verən tərəfindən lizinq verənin və lizinq alanın səlahiyyətli nümayəndəsi tərəfindən təhvil-təslim protokolunun imzalanması ilə həyata keçirilir. 6.1-ci bəndinə əsasən lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verilmiş lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq verəndə saxlanılır. Lizinq müddəti ərzində lizinq alan lizinq obyekti üzərində yalnız sahiblik və istifadə hüquqlarına malikdir. Lizinq ödənişlərinin həyata keçirilməsi lizinq alanın lizinq obyekti üzərində mülkiyyət hüququna malik olmasını ifadə etmir. 19.2-ci maddəsinə əsasən defolt hallarının baş verməsi zamanı lizinq verən bu müqaviləni vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Bu halda lizinq verən lizinq alana yazılı bildiriş verməklə lizinq alandan lizinq obyektinin dərhal və mübahisəsiz olaraq geri qaytarılmasını və lizinq obyektinin geri qaytarılması tarixinədək bu müqavilə üzrə ödənilməli olan bütün ödənişlərin lizinq verənə tam şəkildə ödənilməsini və ya lizinq verənin müstəsna mülahizəsi və seçimi ilə müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin (19.2.1; 19.2.2; 19.2.3) tam şəkildə və birdəfəlik ödənişlə lizinq verənə ödənilməsi şərtilə lizinq obyektinin lizinq alandan geri götürülməsini tələb edə bilər. 19.6-cı bəndinə əsasən 19.6.3-cü yarımbənddə qeyd olunmuş lizinq alan tərəfindən lizinq ödənişlərinin 2 ardıcıl ay üçün ödəniş cədvəlinə uyğun olaraq ödənilməməsi defolt hal hesab olunur. 21.1-ci bəndinə əsasən müqavilənin 19.2-ci bəndinə uyğun olaraq defolt halının baş verməsi zamanı lizinq verən lizinq obyektini lizinq alandan geri almaq hüququna malikdir. Lizinq obyekti bu maddəyə əsasən geri alındıqda lizinq alan çəkdiyi hər hansı xərclərin əvəzinin ödənilməsini lizinq verəndən tələb etmək hüququna malik deyildir. xx.xx.2021-ci il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsi ilə sonuncu əsas borclunun (Cavabdeh2) lizinq müqaviləsi üzrə bütün öhdəliklərinin tam şəkildə icrasını təmin etmək üçün öhdəlik götürmüşdür. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilədə icarəyə verən kimi İddiaçı QSC qeyd olunsa da, sonradan həmin cəmiyyətin təşkilatı hüquqi forması dəyişdirilərək İddiaçı ASC-yə çevrilmişdir. Elektron Məhkəmə İnformasiya Ssistemindən çıxarışdan da göründüyü kimi hər iki müəssisənin VÖEN nömrələri eynidir. xx.xx.2021-ci il tarixli GL752 nömrəli lizinq müqaviləsinə 1 nömrəli Əlavədən göründüyü kimi cavabdehə alış qiyməti 19760 manat olan, SBM-165, seriya nömrəsi ADCB119100468 olan 1 ədəd Presbağlayan avadanlığı verilmişdir. Əlavənin “C” bəndinə əsasən bu Əlavə müqavilənin ayrılmaz tərkib hissəsidir. Həmin Əlavənin “D” bəndinə əsasən əsasən kredit məbləği 9156.50 manat təşkil etmişdir. Eyni zamanda cavabdeh tərəfindən müqavilənin şərtlərinə əsasən ilkin ödəniş olaraq 4560 manat ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən 4560 manat ilkin ödəniş olunmuşdur. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı Global Leasinq ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-cu il tarixli №GL752 saylı Lizinq müqaviləsi əsasən ödəniş tapşığına uyğun olaraq 36 (otuz altı ) ay müddətinə ödəmə şərti ilə 9156.50 AZN (doqquz min yüz əlli altı manat əlli qəpik) manat kredit məbləğində kənd təsərrüfatı texnikası lizinqə verilmişdir. Qeyd olunan avandanlıqlar lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi dəyəri 19760 manat (on doqquz min yeddi yüz altmış manat) təşkil etmişdir. Müqavilənin şərtlərinə əsasə cavadeh tərəfindən 4560 manat (dörd min beş yüz altmış manat ) ilkin ödəniş və 91.57 AZN (doxsan bir manayt əlli yeddi qəpik) manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətin xeyrinə ödənilmişdir. Həmçinin lizinq müqaviləsinin təminatı olaraq İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Nəticədə, xx.xx.2024-cü il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 4252.72 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin şərtlərinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 faizi miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin xx.xx.2024-cü il tarixə 1011.20 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğin ödənilməsi tələbi ilə tərəfimizdən cavabdehə dəfələrlə, müxtəlif vaxtlarda pretenziya məktubu göndərilmişdir. Sonuncu pretenziya tələbi isə xx.xx.2024-cü il tarixində xs/ 1139/24 nömrəli printenziya məktubu rəsmi qaydada göndərilsə də cavabdeh müqavilə üzrə öhdəliklərini lazimi qaydada icra etməmişdir. Beləliklə, cavabdehlərin iddiaçıGlobal Lizinq ASC qarşısında lizinq müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 4252.72 AZN (dörd min iki yüz əlli iki manat yetmiş iki qəpik) manat gecikdirilmiş əsas borcu, 1011.20 AZN (min on bir manat iyirmi qəpik) manat gecikdirilmiş günlərə hesablanmış cərimə borcu yaransada da cavabdeh həmin öhdəlikləri icra etməkdən yayınır. Eyni zamanda xx.xx.2024-cü il tarixə cavabdeh 4649.43 manat ödəniş etmişdir. Borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədlikdə kreditor qarşısında məsuliyyət daşıyır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçı işə iştirakları olmadan baxılmasını xahiş etmiş, cavabdehlər bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Lizinq müqaviləsi, Lizinq müqaviləsinə 1 nömrəli Əlavə, Maliyyə arayışı, Pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12-ci maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə tələbin “xx.xx.2021-ci il tarixli №GL752 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən lizinq predmeti olan 1 ədəd Presbağlayan avadanlığın saz və işlək vəziyyətdə geri qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin tələbindən də (21.1-ci bənd) göründüyü kimi öhdəlik cavabdeh tərəfindən icra edilmədikdə lizinq verən lizinq obyektini lizinq alandan geri almaq hüququna malikdir. Tərəflərin razılaşmasında qanunvericiliyin tələbindən kənar hər hansı razılaşma baş tutmamış və lizinq predmeti iddiaçının müstəsna mülkiyyətindədir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 6.1-ci bəndindən də göründüyü kimi lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verilmiş lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq verəndə saxlanılır. Bu səbəbdən məhkəmə hesab edir ki, lizinq predmeti iddiaçının mülkiyyətində olduğundan iddiaçı əmlakını başqasının qanunsuz sahibliyindən geri tələb edir ki, bunda da haqlı olmuşdur və bu səbəbdən lizinq predmeti iddiaçıya qaytarılmalıdır. Bundan başqa 4252.72 manat gecikdirilmiş əsas borcun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli GL752 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən lizinq verən İddiaçı QSC) lizinq obyektini lizinq alanın (X1) müraciəti əsasında lizinq ödənişlərinin həyata keçirilməsi müqabilində və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və bu müqavilənin müddəalarında uyğun olaraq 36 ay müddətinə lizinq alanın istifadəsinə verməyi öhdəsinə götürmüşdür. 19.2-ci maddəsinə əsasən defolt hallarının baş verməsi zamanı lizinq verən bu müqaviləni vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Bu halda lizinq verən lizinq alana yazılı bildiriş verməklə lizinq alandan lizinq obyektinin dərhal və mübahisəsiz olaraq geri qaytarılmasını və lizinq obyektinin geri qaytarılması tarixinədək bu müqavilə üzrə ödənilməli olan bütün ödənişlərin lizinq verənə tam şəkildə ödənilməsini və ya lizinq verənin müstəsna mülahizəsi və seçimi ilə müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin (19.2.1; 19.2.2; 19.2.3) tam şəkildə və birdəfəlik ödənişlə lizinq verənə ödənilməsi şərtilə lizinq obyektinin lizinq alandan geri götürülməsini tələb edə bilər. 19.6-cı bəndinə əsasən 19.6.3-cü yarımbənddə qeyd olunmuş lizinq alan tərəfindən lizinq ödənişlərinin 2 ardıcıl ay üçün ödəniş cədvəlinə uyğun olaraq ödənilməməsi defolt hal hesab olunur. xx.xx.2021-ci il tarixli GL752 nömrəli lizinq müqaviləsinə 1 nömrəli Əlavədən göründüyü kimi cavabdehə alış qiyməti 19760 manat olan, SBM-165, seriya nömrəsi ADCB119100468 olan 1 ədəd Presbağlayan avadanlığı verilmişdir. Əlavənin “C” bəndinə əsasən bu Əlavə müqavilənin ayrılmaz tərkib hissəsidir. Həmin Əlavənin “D” bəndinə əsasən əsasən kredit məbləği 9156.50 manat təşkil etmişdir. Eyni zamanda cavabdeh tərəfindən müqavilənin şərtlərinə əsasən ilkin ödəniş olaraq 4560 manat ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən 4560 manat ilkin ödəniş olunmuşdur. Göründüyü kimi iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyini yerinə yetirmiş, lizinq müqaviləsi üzrə razılaşdırılmış qaydada avadanlığı cavabdehə lizinqə vermiş, lizinq alan ilkin ödəniş etdikdən sonra avadanlığın qalan lizinq dəyərini lazımınca ödəməmişdir. Bu səbəbdən 4252.72 manat gecikdirilmiş əsas borc öhdəliyi yaranmışdır. Bu səbəbdən cavabdehdən tələb olunan 4252.72 manat məbləğdə əsas borc iddiaçının xeyinə tutulmalıdır. Bundan başqa məhkəmə iddiaçının ərizəsində qeyd etdiyi və tələb etdiyi 1011.20 manat cərimə borcunun tutulmasına münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, cərimənin tələb edilməsi üçün tərəflər arasında yazılı razılaşma mövcud olmalıdır. Hazırki vəziyyətdə təqdim edilmiş İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli GL752 nömrəli lizinq müqaviləsinin 9.2-ci bəndinə əsasən lizinq alan qanunvericiliklə müəyyən edilmiş qaydada və hədlərdə hər hansı səbəbdən zəruri ödənişləri, xərcləri, köçürmələri, cərimələri və digər ödənişləri həyata keçirmirsə, lizinq verən öz müstəsna mülahizəsinə və seçiminə uyğun olaraq bu cür ödənişləri edə və onların əvəzinin ödənilməsini ödənişin həyata keçirilməsini təsdiq edən sənədlərin kimin adına rəsmiləşdirilməsindən asılı olmayaraq lizinq alandan tələb edə bilər. Qeyd olunan müqavilə şərti ilə iddiaçının cərimə tələb etmək hüququ olsa da, cərimənin hansı qaydada hesablanması və nə qədər olmasını müəyyən etmək mümkün olmamışdır. Halbuki dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı 1011.20 manat cərimə tələb etsə də, buna dair müqavilə mövcud olmadığından və bağlanmış lizinq müqaviləsi hazırki tələb olunan cərimə məbləğini müəyyən etməyə imkan vermədiyindən iddia bu hissədə əsassızdır və rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 72,64 manat təşkil edir. İddia tələbi qismən təmin edildiyindən iddianın qiymətinə uyğun ödənilməli 72,64 manat dövlət rüsumunun 13.95 manatı iddiaçıdan, 58,69 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən ödənilmiş 72,64 manat dövlət rüsumundan iddianın qiymətinə uyğun iddiaçı tərəfindən büdcəyə ödənilməli 13.95 manat rüsum çıxılmaqla qalan 58,69 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb edildiyindən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Lizinq predmeti olan 1 ədəd Presbağlayan avadanlığı saz və işlək vəziyyətdə Cavabdeh2 alınaraq İddiaçı ASC-yə qaytarılsın. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4252,72 manat əsas borc və 58,69 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1181/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1181/2024
08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver