Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1190/2022 12.08.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, ərizəçi Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Maraqlı şəxs qarşı “hüquqi şəxslərin dövlət büdcəsinə olan 31933,32 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 270,06 manat, X1 10,8 manat, İcbari Tibbi Sığorta Fonduna olan 21,58 manat məbləğində borclarının ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanının rəhbəri xx.xx.1979-cu il təvəllüdlü, Yevlax şəhərində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AZE – ********, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsinə baxaraq, müəyyən etdi: Ərizəçi Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Maraqlı şəxs qarşı “hüquqi şəxslərin dövlət büdcəsinə olan 31933,32 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 270,06 manat, X1 10,8 manat, İcbari Tibbi Sığorta Fonduna olan 21,58 manat məbləğində borclarının ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanının rəhbəri xx.xx.1979-cu il təvəllüdlü, Yevlax şəhərində doğulmuş Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizənin məhkəmənin icraatına qəbulundan imtina edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi Maraqlı şəxs qarşı “hüquqi şəxslərin dövlət büdcəsinə olan 31933,32 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 270,06 manat, X1 10,8 manat, İcbari Tibbi Sığorta Fonduna olan 21,58 manat məbləğində borclarının ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanının rəhbəri xx.xx.1979-cu il təvəllüdlü, Yevlax şəhərində doğulmuş Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə eyni məzmunlu ərizə xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş və e-2-2(117)-1188/2022 nömrə ilə qeydiyyata alınmışdır. Bundan sonra ərizəçi təkrar eyni maraqlı şəxsə qarşı eyni tələblə məhkəməyə təkrar müraciət etmişdir. Göründüyü kimi, ərizəçi hazırki iş üzrə maraqlı şəxsə qarşı eyni borcunun ödənilməsinə görə ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı eyni ərizə ilə məhkəməyə müraciət etmiş və həmin iş məhkəmənin icraatındadır. Ərizəçi isə eyni tərəfə qarşı eyni tələblə təkrar məhkəməyə müraciət etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki ərizənin məhkəmənin icraatına qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Maraqlı şəxs qarşı “hüquqi şəxslərin dövlət büdcəsinə olan 31933,32 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 270,06 manat, X1 10,8 manat, İcbari Tibbi Sığorta Fonduna olan 21,58 manat məbləğində borclarının ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanının rəhbəri xx.xx.1979-cu il təvəllüdlü, Yevlax şəhərində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AZE – ********, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizənin icraata qəbulundan imtina edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1190/2022
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1190/2022
12.08.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver