Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1253/2024 30.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə ödənilməmiş 11440,97 manat pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 124,32 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək “müqavilə üzrə ödənilməmiş 11440,97 manat pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 124,32 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki mübahisəyə ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 7573/2022 nömrəli nisyə ağqı-satqı müqaviləsinin 8-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərin icra yerinin Bakı şəhəri, Binəqədi rayonu olmasını razılaşdırmışlar. Tərəflər arasında bu müqavilə ilə gələcəkdə mübahisə yaranarsa, münaqişənin həllinə satıcının qeydiyyatda olduğu ünvan üzrə həmin məhkəmə tərəfindən baxılacaq. Eyni zamanda xx.xx.2022-ci il tarixli borcun etirafı haqqında mücərrəd müqavilənin 3.4-cü bəndinə əsasən tərəflər arasında bu müqavilə ilə gələcəkdə mübahisə yaranarsa, münaqişənin həllinə kreditorun qeydiyyatda olduğu ünvan üzrə Binəqədi rayon məhkəməsi tərəfindən və ya mübahisə inzibati-iqtisadi məhkəməsinə aid olduğu halda, Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılacağı ilə bağlı tərəflər razılaşmışlar. Göründüyü kimi tərəflər aralarında müqavilə bağlamış və həmin müqavilə üzrə gələcəkdə yaranacaq mübahisələrin baxılacağı məhkəməni öz aralarında Bakı şəhəri olaraq razılaşdırmışlar ki, belə olan halda hazırki vəziyyətdə cavabdehin qeydiyyat ünvanı ünvan 2əflərin razılaşdırdığı kimi Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Qanunvericiliyin tələbindən də göründüyü kimi tərəflər öz aralarında sazişlə mübahisəli işin ərazi aidiyyətini müəyyən edə bilərlər. Hazırki mübahisə üzrə tərəflər mübahiəyə baxılmasının ərazi aidiyyəti barədə razılaşmışlar ki, tərəflərin razılığına uyğun hazırki mübahisəyə Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılmalıdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki cavabdehə qarşı iddia ərizəsini ərazi aidiyyəti qaydalarına görə düzgün vermədiyindən və hazırki iddia tələbinə tərəflərin müqavilə ilə razılaşdırdıqları kimi Bakı Kommersiya Məhkəməsində baxılmalı olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaldıır. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə ödənilməmiş 11440,97 manat pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 124,32 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1253/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1253/2024
30.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver