Məhkəmə qərarları › İş №e-2-2(117)-1258/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1258/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1258/2024 30.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı ASC-nin Cavabdeh QSC-yə qarşı İddiaçı ASC ilə “xxxx" QSC arasında bağlanmış aramızda 21 may 2021-ci il tarixli, 121-ERLN- CEC/21 saylı və 24 yanvar 2024-cü il tarixli, 320-EUR-CEC/24 saylı Ehtiyat hissələrinin Satışı müqavilələrinə əsasən yaramış 33.788,67 (otuz üç min yeddi yüz səksən səkkiz, 67) AZN əsas borcun, 3000 (üç min) AZN cərimə borcunun, 300 (üç yüz) AZN vəkil xərcinin, 202 (iki yüz iki) AZN dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı ASC Cavabdeh QSC-yə qarşı İddiaçı ASC ilə “xxxx" QSC arasında bağlanmış aramızda 21 may 2021-ci il tarixli, 121-ERLN-CEC/21 saylı və 24 yanvar 2024cü il tarixli, 320-EUR-CEC/24 saylı Ehtiyat hissələrinin Satışı müqavilələrinə əsasən yaramış 33.788,67 (otuz üç min yeddi yüz səksən səkkiz, 67) AZN əsas borcun, 3000 (üç min, 00) AZN cərimə borcunun, 300 (üç yüz) AZN vəkil xərcinin, 202 (iki yüz iki) AZN dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi” tələbi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini ödədiklərini, iddiaçı ilə aralarında heç bir mübahisə qalmadığını, ödəniş sənədlərinin sistemə əlavə olunduğunu və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmiş, ödəniş tapşırıqlarını məhkəməyə təqdim etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə borc bağlandığından işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh tərəfindən ödənişin edilməsini təsdiq edən sənədləri, eləcə də tərəflərin ərizələrini nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, hazırki vəziyyətdə tərəflər arasında mübahisə olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 6-cı maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi cavabdeh tərəfindən borc tam ödənilmişdir, həmçinin iddiaçı iddianın baxılmamış saxlanmasını tələb etsə də, cavabdeh iş üzrə icraata xitam verilməsini xahiş edir ki, belə olan halda işə mahiyyəti üzrə baxılması mümükün deyildir. İddiaçının işin baxılmamış saxlanması haqqında ərizəsini əsas tutaraq iddianın baxılmamış saxlanması cavabdehin qanuni maraqlarına cavab vermir, belə ki, yenidən cavabdehə qarşı iddia qaldırılması və onun məhkəmə icraatına cəb edilməsi ehtimalları ola bilər ki, bu tərəflərin icraatdakı davranışlarına uyğun olmaya bilər. Ona görə də cavabdeh borcu tam olaraq ödədiyindən, tərəflər arasında mübahisə olmadığından məhkəmə tərəfindən də mübahisəyə baxıldığından və mübahisə mövcud olmadığından işin icraatına xiatm verilməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh QSC-yə qarşı İddiaçı ASC ilə “xxxx" QSC arasında bağlanmış aramızda 21 may 2021-ci il tarixli, 121-ERLN-CEC/21 saylı və 24 yanvar 2024cü il tarixli, 320-EUR-CEC/24 saylı Ehtiyat hissələrinin Satışı müqavilələrinə əsasən yaramış 33.788,67 (otuz üç min yeddi yüz səksən səkkiz, 67) AZN əsas borcun, 3000 (üç min) AZN cərimə borcunun, 300 (üç yüz) AZN vəkil xərcinin, 202 (iki yüz iki) AZN dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi” tələbi üzrə üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar