Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1286/2023 21.12.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyev Mələk Rafail qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “10500 manat məbləğində borcun və 200 manat mediasiya xərcinin tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “10500 manat məbləğində borcun və 200 manat mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə keçirilən hazırlıq iclasında və xx.xx.2023-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdehlə razılığa gəlmiş və barışıq sazişi bağlamışlar. Cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixdə keçirilən hazırlıq iclasında və xx.xx.2023-cü il tarixli məhkəmə iclasında məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçının nümayəndəsi ilə bu barədə barışığa gəlmişlər. Tərəflər xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında barışıq sazişini təqdim etsələr də, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən barışıq sazişinin bağlanması əsası ilə icraata xitam verilməsi halı baxış mərhələsində mümkün olduğundan iş üzrə məhkəmə baxışı iclası təyin edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, məhkəmə iclasında tərəflərin imzası ilə təsdiq edilmiş barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin: 1.Cavabdeh "xxxx" MMC-yə olan 10500 manat əsas borcunu və 200 manat mediasiya xərcini, ümumilikdə 10700 manat pulu xx.xx.2025-ci il tarixinədək hissə-hissə, hər ay 500 manat vermək şərti ilə ödəməyi, iddiaçı "xxxx" MMC verilən 10700 manat pul vəsaitini xx.xx.2025-ci ilədək hissə-hissə qəbul etməyi öhdələrinə götürür. 2.Barışıq sazişinin şərtləti pozulacağı halda tərəflərin sazişinin məcburi qaydada icra edilməsini tələb etmək hüquqları saxlanılır. 3.X3 Kommersiya Məhkəməsi tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “10500 manat məbləğində borcun və 200 manat mediasiya xərcinin tutulması” tələbinə dair işin icraatına barışıq sazişi bağlandığından xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1286/2023
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1286/2023
21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver