Məhkəmə qərarları › İş №e-2-2(117)-1289/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1289/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1289/2024 29.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “16021 (on altı min iyirmi bir) manat əsas borcun, 960 (doqquz yüz altmış) manat dəbbə pulunun cəmi 16981 (on altı min doqquz yüz səksən bir) manat və ödənilmiş 141 (yüz qırx bir) manat dövlət rüsumunun "xxxx" MMCnin rəhbəri Nümayəndə alınaraq İddiaçı ödənilməsi” tələbinə dair işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı “16021 (on altı min iyirmi bir) manat əsas borcun, 960 (doqquz yüz altmış) manat dəbbə pulunun cəmi 16981 (on altı min doqquz yüz səksən bir) manat və ödənilmiş 141 (yüz qırx bir) manat dövlət rüsumunun "xxxx" MMCnin rəhbəri Nümayəndə alınaraq İddiaçı ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2024-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinə əsasən satıcı istehsal etdiyi və ya istehsalçı şirkətdən əldə etdiyi məhsullardan alıcıya satmağı, alıcı isə malı alıb bu müqavilədə nəzərdə tutulmuş qaydada dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ödəniş gecikdirildiyi halda, hər gecikdirilən gün üçün ödənişi gecikdirilmiş məbləğin 0,1 % həddində dəbbə pulu hesablanacaqdır. Tərəflərin imzaları ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixdə tərtib olunmuş üzləşmə aktına əsasən cavabdehin 12333,76 manat borcu vardır. Qeyd edilən akt hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixə olan kassa mədaxil orderindən görünür ki, cavabdeh tərəfindən sonuncu dəfə 2487 manat ödəniş edilmiş və qalıq borc 16021,61 manat təşkil etmişdir ki, bu hal tərəflərin nümayəndələrinin imzaları ilə təsdiq olunmuşdur. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 16021 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək bildirmişdir ki, onunla "xxxx" MMC-nin direktoru Nümayəndə arasında 26 mart 2024-cü il tarixində alqı-satqı müqaviləsi bağlanılmışdır. Alqısatqımüqaviləsiəsasında verilmiş malların və bunun əsasında ödənilmiş vəsaitin yoxlanılması ilə bağlı üzləşmə aktı əsasında 12333 (on iki min üç yüz otuz üç) manat 76 (yetmiş altı) qəpik borclu tərəfindən təsdiqlənmişdir. Sonralar həyata keçirilən malların satışı ilə əlaqədar ödəniş olunmayan mallara görə cavabdehin cari borcuna 3687 (üç min altı yüz səksən yeddi) manat 24 (iyirmi dörd) qəpik əlavə edilmişdir. Lakin cavabdeh artıq uzun müddətdir ki, borc məbləğini ödəməkdən boyun qaçırmağa davam edir. Odur ki, müqavilə şərtlərinə və qanunun tələblərinə uyğun olaraq cavabdeh "xxxx" MMC-nin direktoru Nümayəndə İzzət ğlundan 16021 (on altı min iyirmi bir) manat borcun ona ödənilməsini tələb edir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına çalışarkən, cavabdehə göndərilən rəsmi pretenziya məktubunda qeyd olunan borcu ödəməli olduğu barədə xəbərdarlıq etmiş, əks halda məhkəməyə müraciət edəcəyini və çəkdiyi bütün xərclərin cavabdeh tərəfindən ödənilməli olduğunu tələb edəcəyini bildirmişdir. Cavabdeh isə şifahi olaraq borcu ödəyəcəyinə söz versə də, faktiki olaraq yenə də aldığı malın pulunu ödəməmiş və petenziyaya hər hansı rəsmi cavab verməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci madəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara : tərəflər arasında bağlanmış müqavilə, üzləşmə aktı, satış qaimələri, kassa mədaxil orderləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında xx.xx.2024ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinə əsasən satıcı istehsal etdiyi və ya istehsalçı şirkətdən əldə etdiyi məhsullardan alıcıya satmağı, alıcı isə malı alıb bu müqavilədə nəzərdə tutulmuş qaydada dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ödəniş gecikdirildiyi halda, hər gecikdirilən gün üçün ödənişi gecikdirilmiş məbləğin 0,1 % həddində dəbbə pulu hesablanacaqdır. Tərəflərin imzaları ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixdə tərtib olunmuş üzləşmə aktına əsasən cavabdehin 12333,76 manat borcu vardır. Qeyd edilən akt hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixə olan ödəniş sənədindən görünür ki, cavabdeh tərəfindən sonuncu dəfə 2487 manat ödəniş edilmiş və qalıq borc 16021,61 manat təşkil etmişdir ki, bu hal tərəflərin nümayəndələrinin imzaları ilə təsdiq olunmuşdur. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 16021,61 manat məbləğində ödənilməmiş əsas borcu qalmış və bu hal iddiaçı tərəfindən təqdim edilmiş tərəflərin nümayəndələrinin imzaları ilə təsdiq edilmiş sübutlarla tam təsdiq olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, 16021,61 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa 960 manat dəbbə pulunun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.5-ci bəndinə əsasən ödəniş gecikdirildiyi halda, hər gecikdirilən gün üçün ödənişi gecikdirilmiş məbləğin 0,1 % həddində dəbbə pulu hesablanacaqdır. Cavabdeh borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 200 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, 16021,61 manat əsas borc və 200 manat cərimə borcu cavadehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Sonda məhkəmə iddiaçının tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırki iddia tələbində borcun "xxxx" MMC-nin rəhbəri Nümayəndə tutularaq ödənilməsini bildirsə də, hazırki iş üzrə alqı-satqı müqaviləsi tərəflər olaraq İddiaçı ilə Cavabdeh MMC arasında bağlandığından hazırki mübahisə üzrə borc məbləği də Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Göründüyü kimi müqavilə hüquqi şəxsin rəhbəri ilə deyil, hüquqi şəxslə bağlanmışdır ki, qanunverciliklə nəzərdə tutulduğu kimi hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Bu səbəbdən də Cavabdeh MMC-nin rəhbərindən deyil, Cavabdeh MMC-dən tələb edilən borc məbləği tutulmuşdur. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 140.94 manat olmalıdır ki, iddia tələbi qismən təmin edilsə də, məhkəmə qanunvericiliklə ona verilmiş hüquqdan istifadə edərək cəriməni azaltmışdır. İddiaçı onun tərəfindən ödənilmiş 141 manat rüsumu cavabdehdən tələb etsə də, iddianın qiymətinə uyğun 140.94 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 0,06 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 16021,61 manat əsas borc, 200 manat cərimə borcu və 140.94 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar