Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1293/2024 27.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-yə məxsus 1232.84 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş 33 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə qaytarılması” tələbinə dair mübahisəyə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli alğısatqı müqaviləsinə əsasən satıcı istehsal, idxal və ya digər formada ticarət predmeti olan malları (meyvə şirələri, suları və alkoqollu içkilər) bu müqavilədə müəyyən olunmuş şərtlərlə alıcıya satmağı, alıcı isə müəyyən edilmiş şərtlər daxilində məhsulun dəyərini ödəyib, qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.1-ci bəndinə görə bu müqavilə bir il müddətinə bağlanılır və imzalandığı andan etibarən qüvvəyə minir. Bundan sonra xx.xx.2020-ci il tarixdə “borcun etirafı” haqqında müqavilə imzalanmış və cavabdeh xx.xx.2014-xx.xx.2017-ci il tarixləri aralığında sonradan ödəmə şərti ilə aldığı mallara görə İddiaçı MMC-yə 1282.84 manat dəyərində borcu yaranmışdır. Həmin borcu xx.xx.2020-ci il tarixədək ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bundan sonra cavabdeh tərəfindən qismən ödəniş edildikdən sonra borcun məbləğində azalma olmuş və yekun qalıq borc 1232.84 manat təşkil etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli satış fakturaları 2016-cı il tarixə aid olmaqla tərəflər arasında bağlanmış müqavilələri əhatə etməmiş və əvvəlki dövlərdə aparılmış alğı-satqıya dair tərtib edilmişdir. Borcun ödənilməsi ilə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmiş və tərəflər arasında hazırki mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə fərdi sahibkar Cavabdeh arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır və müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh Satıcı İddiaçı MMC-dən aldığı məhsulun dəyərini ödəməklə qəbul etməyi öz öhdəsinə götür. Müqavilənin 2.1.1-ci bəndinə əsasən Alıcı Satıcının hesabına ödəməli olduğu vəsaiti nağd və ya köçürmə yolu ilə hər ayın sonu yalnız satıcının səlahiyyətli nümayəndəsindən mədaxil qəbzi alınmaqla ödəyir. Lakin cavabdeh aldığı məhsullara dair ödənişi vaxtı-vaxtında etmədiyinizə görə ümumillikdə Satıcı-İddiaçı MMC-yə 1232.84 ( bir min iki yüz otuzikimanat səksən dörd qəpik) AZN borcu yaranmışdır. Aşağdakı qeyd olunanlara əsasən hesab edirik ki, iddia təmin edilməli, İddiaçı MMC-nin xeyrinə cavabdehdən 1232.84 manat borc məbləği və dövlət rüsumuna görə ödənilmiş 33 manat tutulmalıdır. Odur ki, hazırki tələbə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada məhkəmə bildirişi və sənədləri ünvanı üzrə şəxsən xx.xx.2024-cü il tarixdə təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını 10 iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Alğı-satqı müqaviləsi, Borcun etirafı müqaviləsi, Pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600-cu maddəsinin 1-ci və 3-cü bəndləri). İşin məhkəmə araşıdırılması zamanı müəyyən edildiyi kimi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı istehsal, idxal və ya digər formada ticarət predmeti olan malları (meyvə şirələri, suları və alkoqollu içkilər) bu müqavilədə müəyyən olunmuş şərtlərlə alıcıya satmağı, alıcı isə müəyyən edilmiş şərtlər daxilində məhsulun dəyərini ödəyib, qəbul etməyi öz öhdəsinə götürmüşdür. Bundan sonra xx.xx.2020-ci il tarixdə “borcun etirafı” haqqında müqavilə imzalanmış və cavabdeh xx.xx.2014-xx.xx.2017-ci il tarixləri aralığında sonradan ödəmə şərti ilə aldığı mallara görə İddiaçı MMC-yə 1282.84 manat dəyərində borcu yaranmışdır. Həmin borcu xx.xx.2020-ci il tarixədək ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bundan sonra cavabdeh tərəfindən qismən ödəniş edildikdən sonra borcun məbləğində azalma olmuş və yekun qalıq borc 1232.84 manat təşkil etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli satış fakturalarına münasibətdə məhkəmə qeyd edir ki, həmin sənədlər 2016-cı il tarixə aid olmaqla tərəflər arasında bağlanmış müqavilələri əhatə etməmiş və əvvəlki dövrlərdə aparılmış alqısatqıya dair tərtib edilmişdir. Belə olan halda həmin sənədlərin hazırki iş üzrə tərəflər arasında razılaşmaya və yaranmış borca aidiyyəti olmadığından məhkəmə tərəfindən sübut qismində qəbul edilməmişdir. Göründüyü kimi iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı olan cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 1232.84 manat borcu qalmışdır. Bu səbəbdən 1232.84 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 32,33 manat təşkil edir. İddiaçı 33 manat dövlət rüsumunu ödəsə və həmin məbləği cavabdehdən tələb etsə də, iddianın qiymətinə uyğun hesablanmış 32,33 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, artıq ödənilmiş 0,67 manat iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1232.84 manat borc və 32,33 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Artıq ödənilmiş 0,67 manat İddiaçı MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1293/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1293/2024
27.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver