Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1295/2023 13.12.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “3380 manat əsas borc, 120 manat hüquqi yardımla bağlı xərcin və 180 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “3380 manat əsas borc, 120 manat hüquqi yardımla bağlı xərcin və 180 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2012-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünün istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz işçiləri və çayları alıcıya satmaqla onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində faktura və ya mədaxil qəbzi ilə müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, alıcı faktura üzrə qəbul etdiyi məhsulun dəyərini nağd faktura ilə satış zamanı çalın təslimi anında (və ya anınadək), nisyə (kredit) satış zamanı isə fakturada göstərilən son ödəmə tarixinə qədər Satıcıya ödənilməsini təmin etməlidir. Həmin Müqavilə xx.xx.2013-cü il tarixə qədər müddətində qüvvədə olmuş, lakin həmin müqavilənin 9.2-ci bəndinə əsasən, bu müqavilənin qüvvədə olma müddəti çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda və müqavilənin müddəti başa çatdıqdan sonra da tərəflər onun icrasını davam etdirdikdə bu müqavilə eyni müddət üçün və eyni şərtlərə yalnız bir dəfə uzadıla bilər. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 3380 manat borcu qalmışdır. Cavabdeh tərəfindən həmin borc məbləği iddiaçıya ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. xx.xx.2022-ci il tarixli 925357,925358, 925359 nömrəli “Malların təhvil-qəbul aktları”ndan görünür ki, ümumilikdə 5654,89 manat məbləğində məhsul Cavabdeh təqdim edilmişdir. Həmin aktlar üzrə sonuncu ödəniş tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 55131,13 manat məbləğində məhsul Cavabdeh təhvil verilmiş, 51751,13 manat ödəniş edilmiş, 3380 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, xx.xx.2023-cü il tarixdə məhkəmə bildirişi cavabdehə çatdırılmış, lakin iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: müqavilə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünün istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz işçiləri və çayları alıcıya satmaqla onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində faktura və ya mədaxil qəbzi ilə müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilə xx.xx.2013-cü il tarixə qədər müddətində qüvvədə olmuş, həmin müqavilənin 9.2-ci bəndində bu müqavilənin qüvvədə olma müddəti çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda və müqavilənin müddəti başa çatdıqdan sonra da tərəflər onun icrasını davam etdirdikdə bu müqavilə eyni müddət üçün və eyni şərtlərə yalnız bir dəfə uzadıla biləcəyi qeyd edilmişdir. Lakin iş materiallarından görünür ki, tərəflər arasında müqavilə münasibətləri faktiki olaraq davam etmişdir. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndinə əsasən, alıcı faktura üzrə qəbul etdiyi məhsulun dəyərini nağd faktura ilə satış zamanı çalın təslimi anında (və ya anınadək), nisyə (kredit) satış zamanı isə fakturada göstərilən son ödəmə tarixinə qədər Satıcıya ödənilməsini təmin etməlidir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 55131,13 manat məbləğində məhsul Cavabdeh təhvil verilmiş, 51751,13 manat ödəniş edilmiş, 3380 manat məbləğində ödənilməmiş borcu qalmışdır. xx.xx.2022-ci il tarixli 925357,925358, 925359 nömrəli “Malların təhvil-qəbul aktları” ilə ümumilikdə 5654,89 manat məbləğində məhsulun Cavabdeh təqdim edildiyi hər iki tərəfin imzaları ilə təsdiq edilmişdir. Həmin aktlar üzrə sonuncu ödəniş tarixi xx.xx.2022-ci il müəyyən edilmiş, lakin 5654,89 manat məbləğindən xx.xx.2022-ci ildə 524,89 manat, xx.xx.2022-ci ildə 500 manat, xx.xx.2022-ci ildə 550 manat və xx.xx.2023-cü ildə 700 manat olmaqla, ümumilikdə 2,274.89 manat ödəniş edilmiş, 3380 manat məbləğində borc qalmışdır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tələbində haqlıdır və 3380 manat borc cavabdehdən tutulmaqla iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Bundan əlavə, iddiaçı hüquqi xidmətlərə görə 120 manat, mediasiya xidmətlərinin aparılmasına görə 180 manat məbləğində vəsaitin cavabdehdən tutulmasını tələb edir. MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Lakin iş materiallarında hüquqi xidmət üçün 100 manat məbləğində vəsaitin ödənilməsinə dair qəbz olmasa da, iş üzrə nümayəndənin hüquqi xidmət göstərməsi istisna edilə bilmədiyindən hüquqi xidmətə görə 100 manat pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulması qanuni və ədalətli qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş 53,8 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3380 manat əsas borc, 100 manat hüquqi yardımla bağlı xərc və 200 manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ödənilməmiş 53,8 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov