Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-13/2020 14.05.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdehqarşı “3000 manat əsas borc və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 3030 manat pul vəsaitinin cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC-nin Qəbələ rayon Aqroservis filialının müdiri ilə X2 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 24 nömrəli İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqaviləyə əsasən cavabdeh dəyəri 26516 manat olan FT-1254 markalı 10 L 803 dövlət nömrə nişanlı traktoru lizinqə, müqaviləyə uyğun illik 3000 manat ödəməyi öhdəsinə götürmüş, habelə traktorun saz vəziyyətdə Cavabdeh təhvil verilməsi barədə Bədir Alcanov, İddiaçı ASC-nin Qəbələ rayon bölməsinin mühəndis-mexaniki və mexanizatorunun iştirakı ilə akt tərtib edilərək imza və möhürlərlə təsdiq edilmişdir. Cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini və ödənilməmiş 3000 manat əsas borcu olmasını əsas gətirərək iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış lizinq müqaviləsinə əsasən traktor lizinqə götürülmüşdür. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və ödənilməmiş 3000 manat borcu qalmışdır. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1479 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh adından olan xx.xx.2014-cü il tarixli 24 nömrəli müqavilədə “lizinq alan” qrafasındakı imza və “traktoru saz vəziyyətdə aldım” yazıları qarşısındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Bundan başqa mübahisə predmeti olan xx.xx.2014-cü il tarixli 24 nömrəli İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqaviləni imzalamış İddiaçı ASC-nin Qəbələ rayon Aqroservis filialının müdiri X2 şahid qismində xx.xx.2020-ci il tarixli məhkəmə iclasında dindirilmiş və ifadəsində bildirmişdir ki, lizinq müqavilələri mühəndisin yanında hazırlanmış, sonra ona təqdim olunmuş və o, imzalayaraq möhürləmişdir. Müqavilənin Cavabdeh tərəfindən imzalanma anını görməmişdir. İmzalarının heç biri bir-birinə oxşamır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məkhəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, lizinq müqaviləsi, akt, ekspert rəyi və digər sənədlər toplusu daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. İddiaçı ASC hazırki iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Qəbələ rayon Aqroservis filialının müdiri ilə X2 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 24 nömrəli İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqaviləyə əsasən cavabdeh dəyəri 26516 manat olan FT-1254 markalı 10 L 803 dövlət nömrə nişanlı traktoru lizinqə, müqaviləyə uyğun illik 3000 manat ödəməyi öhdəsinə götürmüş, habelə traktorun saz vəziyyətdə Cavabdeh təhvil verilməsi barədə Bədir Alcanov, İddiaçı ASC-nin Qəbələ rayon bölməsinin mühəndis-mexaniki və mexanizatorunun iştirakı ilə akt tərtib edilərək imza və möhürlərlə təsdiq edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və ödənilməmiş 3000 manat əsas borcu qalmışdır. İşin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1479 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh adından olan xx.xx.2014-cü il tarixli 24 nömrəli müqavilədə “lizinq alan” qrafasındakı imza və “traktoru saz vəziyyətdə aldım” yazıları qarşısındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Bundan başqa mübahisə predmeti olan xx.xx.2014-cü il tarixli 24 nömrəli İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqaviləni imzalamış İddiaçı ASC-nin Qəbələ rayon Aqroservis filialının müdiri X2 şahid qismində xx.xx.2020-ci il tarixli məhkəmə iclasında dindirilmiş və ifadəsində bildirmişdir ki, lizinq müqavilələri mühəndisin yanında hazırlanmış, sonra ona təqdim olunmuş və o, imzalayaraq möhürləmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi mübahisə predmeti olan müqavilədəki imza Cavabdeh tərəfindən icra olunmamış və belə olan halda məhkəmə hesab edir ki, müqavilə onun tərəfindən imzalanmadığından qeyd olunan müqavilə üzrə cavabdeh hər hansı maddi məsuliyyət daşımır və sözügedən müqavilə üzrə onun İddiaçı ASC qarşısında öhdəliyi yaranmamışdır. Bu səbəbdən də həmin müqavilə üzrə öhdəliyin icrası kimi ondan 3000 manat borc tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı “3000 manat əsas borc və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 3030 manat pul vəsaitinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-13/2020
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-13/2020
14.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver