Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-13/2021 02.03.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə oğluna qarşı “cavabdehdən iddiaçının xeyrinə 26305,61 (iyirmi altı min üç yüz beş manat 61 qəpik) manat əsas və 50.000 (əlli min) manat cərimənin, 4300 (dörd min üç yüz) manat əldən çıxmış faydanın və 30 (otuz) manat dövlət rüsumunun tutulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehdən iddiaçının xeyrinə 26305,61 (iyirmi altı min üç yüz beş manat 61 qəpik) manat əsas və 50.000 (əlli min) manat cərimənin, 4300 (dörd min üç yüz) manat əldən çıxmış faydanın və 30 (otuz) manat dövlət rüsumunun tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək hazırda cavabdehlə borcun ödənilməsinə dair razılıq əldə olunduğundan iddia ərizəsinin geri qaytarılaraq baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını və iddiaçının ərizəsini araşdırıb, cavabdehin məhkəmə iclasında nümayəndəsinin iştirak etməməsini onun tərəfindən işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə oğluna qarşı “cavabdehdən iddiaçının xeyrinə 26305,61 (iyirmi altı min üç yüz beş manat 61 qəpik) manat əsas və 50.000 (əlli min) manat cərimənin, 4300 (dörd min üç yüz) manat əldən çıxmış faydanın və 30 (otuz) manat dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-13/2021
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-13/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver