Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1337/2024 07.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə : Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “Cavabdeh əsas borc 2700, dəbbə pulu olaraq 270 manat və 50 manat dövlət rüsumunun tutularaq iddiaçı ”Mesa Group” MMC-yə ödənilməsi” tələbinə dair mübahisəyə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 000298 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı 28650 manat dəyərində 18 adda malı alıcıya satmağı, sonuncu isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti və ödəmə şərtləri müqavilənin 1 nömrəli əlavəsi olan qiymətlərin razılaşdırılması protokolunda öz əksini tapacaq. Həmin müqaviləyə əlavə protokoldan görünür ki, alıcı tərəfindən 28650 manat məbləğində malın dəyərindən 14000 manat ödəniş edilmişdir. Protokolun 5-ci bəndindən görünür ki, alıcı aylıq ödənişi 2 aydan çox müddətə gecikdirdiyi təqdirdə gecikdirilən gün üçün qalıq ödənişin 2 % məbləğində dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli tərəflərin imzaları ilə təsdiq edilmiş təhvil-təslim aktından görünür ki, 28650 manat məbləğində mal cavabdehə təhvil verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 000607 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı 5100 manat dəyərində 5 adda malı alıcıya satmağı, sonuncu isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti və ödəmə şərtləri müqavilənin 1 nömrəli əlavəsi olan qiymətlərin razılaşdırılması protokolunda öz əksini tapacaq. Həmin müqaviləyə əlavə protokoldan görünür ki, alıcı Cavabdeh 5100 manat məbləğində malın dəyərindən xx.xx.2021-ci il tarixədək 2100 manat ödəniş edilməsini öhdəsinə götürmüşdür. Protokolun 5-ci bəndindən görünür ki, alıcı aylıq ödənişi 2 aydan çox müddətə gecikdirdiyi təqdirdə gecikdirilən gün üçün qalıq ödənişin 2 % məbləğində dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, 5100 manat məbləğində mal cavabdehə təhvil verilmişdir. Cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilmədiyindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2700 manat əsas borc, 270 manat dəbbə pulu və 50 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə teleqramla məhkəməyə müraciət edərək iddiaçıya 2700 manat borcunun olduğunu, iddianın əsas borc miqdarında təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada xx.xx.2024-cü il tarixdə məhkəmə bildirişi və sənədləri ünvanı üzrə təqdim olunmuşdur. Caabdeh iddia tələbinə münasibətini məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2021-ci il tarixdə bağlanmış 000298 nömrəli alqı-satqı müqaviləsi, xx.xx.2021-ci il tarixdə bağlanmış 000607 nömrəli alqı-satqı müqaviləsi, Müqavilələrə əlavə protokollar, Təhvil-təslim aktları, Pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında xx.xx.2021ci il tarixdə bağlanmış 000298 nömrəli və xx.xx.2021-ci il tarixdə bağlanmış 000607 nömrəli alqı-satqı müqavilələrinə əsasən satıcı 28650 manat dəyərində və 5100 manat dəyərində malı alıcıya satmış və buna dair müqavilələrə əlavə protokol və təhvil-təslim aktlarını məhkəməyə təqdim etmiş, buna baxmayaraq cavabdeh öhdəliyini lazımınca yerinə yetirməmişdir ki, ödənilməmiş 2700 manat öhdəliyi yaranmışdır. Eyni zamanda cavabdeh xx.xx.2024-cü il tarixdə teleqramla məhkəməyə müraciət edərək iddiaçıya 2700 manat borcunun olduğunu etiraf etdiyindən məhkəmə hesab edir ki, 2700 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə 270 manat dəbbə pulunun ödənilməsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 35 manat məbləğində dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 49,7 manat təşkil edir. İddia tələbi qismən təmin edilsə də, məhkəmə yalnız cərimə məbləğinə münasibətdə qanunvericiliklə ona verilmiş hüquqdan istifadə edərək cəriməni azaltmışdır. Bu səbəbdən 49,7 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir ki, iddiaçı 50 manat dövlət rüsumu ödəsə və həmin dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etsə də, iddianın qiymətinə uyğun hesablanmış 49,7 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 0,30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2700 manat əsas borc, 35 manat dəbbə pulu və 49,7 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Artıq ödənilmiş 0,30 manat dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1337/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1337/2024
07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver