Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1353/2024 11.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən 5397,55 manat məbləğində pulun və ödənilmiş 74 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “cavabdehdən 5397,55 manat məbləğində pulun və ödənilmiş 74 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə 162/2020 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “Norm” sement məhsullarının alqı-satqısı nisyə qaydasında həyata keçirilmişdir. İddiaçı “Norm” sement məhsullarını cavabdehə sataraq onun satış ünvanına çatdırmağı, cavabdeh isə malları qəbul edərək onun dəyərini razılaşdırılmış vaxta iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdehə 8496.02 manat dəyərində Norm sement məhsulları satılmış, cavabdeh isə cəmi 3098.47 manat pul ödəmiş, 5397.55 manat pul isə bu günə kimi ödənilməmişdir. Cavabdehin elektron kabinetinə pretenziya məktubu göndərilmiş, cavabdeh bununla bağlı heç bir tədbir görməmiş və iddia ərizəsi ilə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə ödənilməmiş 5397,55 manat borcu yaranmışdır. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər arasında xx.xx.2020-ci il tarixli 162/2020 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, bu müqaviləyə görə “Satıcı” bu müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi sayılan hər bir Əmtəə-Nəqliyyat Qaiməsində göstərilən Norm sement hazır məhsulları (bundan sonra “Mal” və ya “Mallar”) “Alıcı”ya sataraq onun mülkiyyətinə verməyi, “Alıcı” isə həmin “Mallar”ı qəbul edərək, müvafiq Əmtəə-Nəqliyyat Qaiməsində və bu müqaviləyə 1 X1 ilə “Mal”ın müəyyənləşdirilmiş dəyərini “Satıcı”ya ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, “Alıcı”nın tələbatına uyğun sifarişi “Mallar” ayrı-ayrı partiyalarla (hissələrlə) təchiz edilə bilər. Hər bir “Mal” partiyası üzrə ayrıca elektron qaiməfaktura tərtib olunur. 1.4-cü bəndinə əsasən, bu müqavilənin şərtlərindən irəli gələn alqı-satqı obyekti olan “Mal”ın ayrı-ayrı partiyalarının adı, çeşidi (növü), sayı (miqdarı), dəyəri “Tərəflər” arasında tərtib və təsdiq edilmiş əmtəə-nəqliyyat qaiməsi və müqaviləyə 1 X1 ilə müəyyən edilir. 2.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən satılan malların bir vahidinin qiyməti və satılan malların ümumi dəyəri müvafiq əmtəə-nəqliyyat qaiməsi və müqaviləyə 1 X1 ilə müəyyən edilir. 2.2-ci bəndinə əsasən, zəruri hallarda “Mallar”ın qiymətinin sonradan azalması və ya artması yenidən hesablaşmaya səbəb ola bilər. “Satıcı”nın təqdim etdiyi “Mal”ın dəyərinin “Alıcı” tərəfindən azaldılaraq müəyyən olunmuş qiymətdən aşağı satılmasına görə “Alıcı” məsuliyyət daşıyır və bu zaman “Alıcı” son partiya üzrə qəbul etdiyi “Mal”ın “Satıcı” tərəfindən müəyyən edilmiş dəyərini ödəməlidir. 2.3-cü bəndinə əsasən, “Alıcı” əmtəə-nəqliyyat qaiməsi üzrə qəbul etdiyi malların dəyərini alqı-satqıda əvvəlcədən, nisyə alqı-satqı zamanı isə malın alıcı tərəfindən öz anbarında təhvil alındığı andan etibarən 15 iş günü ərzində satıcıya tam ödənilməsini təmin etməlidir. 2.4-cü bəndinə əsasən, “Alıcı” tərəfindən malların dəyəri bu müqavilə ilə müəyyən edilmiş müddətdə nağdsız ödəniş formasında “Satıcı”ya ödənilməlidir. 2.5-ci bəndinə əsasən, “Alıcı” tərəfindən malların dəyəri köçürmə yolu ilə “Satıcı”nın bu müqavilənin 8.1-ci bəndində göstərilən bank hesabına ödənilməlidir. 7.1-ci bəndinə əsasən, bu müqavilə bağlandığı (imzalanaraq möhürlə təsdiqləndiyi) andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Bu müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə “Tərəflər”dən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtllərlə uzadılmış sayılır. Həmçinin, 10 dekabr 2020-ci il tarixli, 162/2020 nömrəli müqavilənin 2.2-ci bəndinə əsasən, malların qiymətinin dəyişdirilməsi məqsədilə tərəflər arasında xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərində həmin müqaviləyə 1 X1 bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 5397.55 manat məbləğində ödənilməmiş borcu mövcuddur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərinə aid olan Əmtəə-nəqliyyat qaimələrinə əsasən, Cavabdeh ümumilikdə 49600 kiloqram miqdarında malların təhvili həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixli 480242 nömrəli və xx.xx.2023-cü il tarixli 986407 nömrəli “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə elektron qaimə-fakturalardan da görünür ki, cavabdehə ümumilikdə 8496.02 manat məbləğlində məhsul təhvil verilmişdir. Həmçinin, məhkəməyə təqdim edilən 6 ədəd, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək olan ödəniş qəbzlərindən görünür ki, cavabdeh ümumilikdə 2850 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh xx.xx.2024-cü il tarixdə rəsmi qaydada bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı cavabdeh əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara alqı-satqı müqaviləsi, elektron qaimə-fakturalar, əmtəə-nəqliyyat qaimələri, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2020ci il tarixli 162/2020 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə görə “Satıcı” bu müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi sayılan hər bir Əmtəə-Nəqliyyat Qaiməsində göstərilən Norm sement hazır məhsulları (bundan sonra “Mal” və ya “Mallar”) “Alıcı”ya sataraq onun mülkiyyətinə verməyi, “Alıcı” isə həmin “Mallar”ı qəbul edərək, müvafiq Əmtəə-Nəqliyyat Qaiməsində və bu müqaviləyə 1 X1 ilə “Mal”ın müəyyənləşdirilmiş dəyərini “Satıcı”ya ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə elektron qaimə-fakturalar və eyni tarixli əmtəə-nəqliyyat qaimələrindən də göründüyü kimi Cavabdeh xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində ümumilikdə 49600 kiloqram miqdarında malların təhvili həyata keçirilmiş və hər iki əmtəə-nəqliyyat qaiməsi Cavabdeh tərəfindən imzalanaraq təhvil alınmışdır. Həmçinin, “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə elektron qaimə-fakturalardan görünür ki, xx.xx.2023-cü il tarixdə 4080,06 manat, xx.xx.2023-cü il tarixdə 4415,96 manat məbləğində olmaqla, ümumilikdə 8496,02 manat məbləğində məhsul təhvil verilmişdir. Həmçinin, məhkəməyə təqdim edilən 6 ədəd, xx.xx.2023-cü il tarixindən xx.xx.2023cü il tarixinədək olan ödəniş qəbzlərindən görünür ki, cavabdeh ümumilikdə 2850 manat məbləğində ödəniş etmişdir. Lakin maliyyə arayışı və iddia tələbinə əsasən iddiaçı cavabdehin 3098.47 manat məbləğində pul ödədiyini bildirmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixli maliyyə arayışından da göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən iddiaçının tələbinə uyğun olaraq ödənilməmiş 5397,55 manat əsas borcu yaranmışdır ki, iddiaçı əsas borcun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdeh tərəf məhkəmə bildirişini alsa da, sadələşdirilmiş icraat çərçivəsində iddia tələbinə hər hansı münasibət və ya etiraz bildirməmiş, borcun əsaslı və ya əsassız olması ilə bağlı hər hansı arqument irəli sürməmişdir. Məhkəmə bu səbəbdən iddiaçının təqdim etdiyi sübutlar əsasında mahiyyəti üzrə müvafiq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 74 manat dövlət rüsumu tələb edilsə də, iddianın qiymətinə uyğun olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 73.98 manat olduğundan və iddia təmin edildiyindən, məhkəmə hesab edir ki, 73.98 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli və artıq ödənilmiş 0.2 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5397,55 manat məbləğində borc və 73.98 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim : Mübariz Hüseynov