Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1355/2023 25.12.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “1 ədəd Belarus 1221 markalı traktorun tam bərpası üçün hesablanmış 600 manat dəymiş maddi ziyanın və 40 manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi” tələbinə dair mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 02/02943 nömrəli operativ lizinq müqaviləsinə əsasən cəmiyyət tərəfindən 1 ədəd Belarus 1221 markalı traktor mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərtilə cavabdehin istifadəsinə verilmiş, xx.xx.2023-cü il tarixli aktla traktor saz vəziyyətdə cavabdehə təhvil verilmişdir. Texnikanın iddiaçıya təhvil verilməsi zamanı nasazlıq aşkar olunmuş və buna dair xx.xx.2023-cü il tarixli Qüsur aktı tərtib edilmiş, həmin akt cavabdeh tərəfindən imzalanmışdır. xx.xx.2023-cü il tarixli aktla texnika geri alınmış və texnikanın nasaz olması müəyyən edilmiş, “sürətlər qutusunun nasaz vəziyyətdə olması və təmirə ehtiyacının olması müəyyən olunmuş" və bu nasazlıq aktda göstərilmişdir. Arayış tərtib edilərək kombaynın sürətlər qutusunun işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclərin 600 manat (ötürmələr qutusunun sürət dəyişdirici keçid çəngəl mexaniziminin gövdəsinin təmiri və işçilik haqqı ilə əlaqədar) olması müəyyən edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli iltizamla texnikanın istismarı zamanı yaranmış nasazlığı müqavilə müddəti ərzində öz vəsaiti hesabına aradan qaldıracağını, eləcə də müqavilə müddəti bitdikdən sonra texnikanı saz vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürsə də, eləcə də, xx.xx.2023-cü il tarixli iltizamla texnikanın sürətlər qutusunda yaranmış nasazlığın xx.xx.2023-cü il tarixə kimi aradan qaldıracağı vədini versə də, hazırki vaxtadək üzərinə götürdüyü öhdəliyi icra etməmiş, yaranmış nasazlığı aradan qaldırmamışdır. İddiaçı dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncuya xx.xx.2023-cü il tarixdə bildirişin təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Müqavilə, Aktlar, Arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsi üzrə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsi üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış bağlanmış xx.xx.2023-cü il tarixli 02/02943 nömrəli operativ lizinq müqaviləsinə əsasən cəmiyyət tərəfindən 1 ədəd Belarus 1221 markalı traktor mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərtilə cavabdehin istifadəsinə verilmiş, xx.xx.2023-cü il tarixli aktla traktor saz vəziyyətdə cavabdehə təhvil verilmişdir. Texnikanın iddiaçıya təhvil verilməsi zamanı nasazlıq aşkar olunmuş və buna dair xx.xx.2023-cü il tarixli Qüsur aktı tərtib edilmiş, həmin akt cavabdeh tərəfindən imzalanmışdır. xx.xx.2023-cü il tarixli aktla texnika geri alınmış və texnikanın nasaz olması müəyyən edilmiş, “sürətlər qutusunun nasaz vəziyyətdə olması və təmirə ehtiyacının olması müəyyən olunmuş" və bu nasazlıq aktda göstərilmişdir. Arayış tərtib edilərək kombaynın sürətlər qutusunun işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclərin 600 manat (ötürmələr qutusunun sürət dəyişdirici keçid çəngəl mexaniziminin gövdəsinin təmiri və işçilik haqqı ilə əlaqədar) olması müəyyən edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli iltizamla texnikanın istismarı zamanı yaranmış nasazlığı müqavilə müddəti ərzində öz vəsaiti hesabına aradan qaldıracağını, eləcə də müqavilə müddəti bitdikdən sonra texnikanı saz vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürsə də, eləcə də, xx.xx.2023-cü il tarixli iltizamla texnikanın sürətlər qutusunda yaranmış nasazlığın xx.xx.2023-cü il tarixə kimi aradan qaldıracağı vədini versə də, hazırki vaxtadək üzərinə götürdüyü öhdəliyi icra etməmiş, yaranmış nasazlığı aradan qaldırmamışdır. Göründüyü kimi cavabdeh 1 ədəd Belarus 1221 markalı traktoru lizinq müqaviləsinə əsasən istifadə üçün saz vəziyyətdə təhvil almış, saz vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürsə də, texnikanı nasaz vəziyyətdə saxlanca təhvil vermiş və bununla bağlı tərtib edilmiş akta imza etmişdir. Bundan başqa texnikanın xx.xx.2023-cü il tarixədək saz vəziyyətə gətirəcəyinə dair öhdəlik götürsə də öhdəliyini icra etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən və İddiaçı ASC tərəfindən texnikanın saz vəziyyətə gətirilməsi üçün tələb olunan xərc ümumilikdə 600 manat müəyyən edildiyindən həmin vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı əmlakının zədələnməsi ilə bağlı çəkdiyi və ya çəkməli olduğu real zərəri cavabdehdən tələb edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi iddiaçının tələbi qanuni və əsaslıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilməmiş 30 manat dövlət rüsumu cavabdehdən dövlət gəlirinə tutulmalıdır. Eyni zamanda iddiaçı 40 manat mediasiya xərci ödənilmiş vəhəmin məbləğ cavabdehdən tələb edilmişdir. Bu səbəbdən də 40 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 600 manat dəymiş maddi ziyan və 40 manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1355/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1355/2023
25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver