Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1356/2024 28.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “cavabdehdən əsas borc üzrə 448145.79 manat, dəbbə pulu üzrə 89629.16 manat, ümumilikdə 537775.79 manat və 828 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “cavabdehdən əsas borc üzrə 448145.79 manat, dəbbə pulu üzrə 89629.16 manat, ümumilikdə 537775.79 manat və 828 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarılaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Ötən məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında, iddiaçı tərəflə barışığa gəldiklərini bildirmiş və barışıq sazişini məhkəməyə təqdim etmişdir. Tərəflər xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında barışıq sazişini təqdim etsələr də, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən barışıq sazişinin bağlanması əsası ilə icraata xitam verilməsi halı məhkəmə baxışı mərhələsində mümkün olduğundan iş üzrə məhkəmə baxışı iclası təyin edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər.Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə tərəflərin imzası ilə təsdiq edilmiş barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Təqdim edilmiş barışıq sazişinin məzmunundan müəyyən edilir ki, İddiaçı MMC cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “cavabdehdən əsas borc üzrə 448145.79 manat, dəbbə pulu üzrə 89629.16 manat, ümumilikdə 537775.79 manat və 828 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması” tələbinə dair iş üzrə tərəflər mübahisəni müvafiq qaydada barışıq yolu ilə həll etdilər. Belə ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti əsas borcunun 448145.79 manat olduğunu etiraf edir və ödəniş cədvəli əsasında xx.xx.2024, xx.xx.2024, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində 89629.16 manat olmaqla, ümumilikdə 448145.79 manat borcun ödənilməsini öhdəsinə götürür. Eyni zamanda sazişdən görünür ki, məhkəmə xərcləri cavabdehə aid edilir. Həmçinin, cavabdeh saziş üzrə öz öhdəliklərini icra etmədikdə və ya qismən icra etdikdə İddiaçı MMC öz hüquqlarının bərpası üçün müvafiq tədbirlər görmək səlahiyyətini özündə saxlayır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bir tərəfdən direktor Nizami Heybətov şəxsində İddiaçı MMC (bundan sonra “İddiaçı”), digər tərəfdən direktor Cahan Məmmədov şəxsində "xxxx" MMC (bundan sonra “Cavabdeh”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin: 1.Cavabdeh e-2-2(117)-1356/2024 saylı məhkəmə işi üzrə əsas borcunun 448145.79 manat olduğunu etiraf edir. 2.İddiaçı və cavabdeh borcun ödənilməsini ödəniş cədvəli əsasında xx.xx.2024, xx.xx.2024, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində 89629.16 manat olmaqla, ümumilikdə 448145.79 manat olaraq razılaşdırır. 3.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 122.3-cü maddəsinə əsasən məhkəmə xərcləri cavabdehə aid edilir. 4.Cavabdeh saziş üzrə öhdəliklərini könüllü surətdə tam həcmdə icra edəcəyini bəyan edir. Saziş könüllü olaraq icra edilmədikdə və ya qismən icra edildikdə iddiaçının öz hüquqlarının bərpası üçün müvafiq tədbirlər görmək səlahiyyətinə malikdir. 5.Saziş üzrə ödənişlər müəyyən olunan tarixdən gec ödənildiyi təqdirdə iddiaçının hər gecikən gün üçün ödənilməmiş məbləğin 0.1%-İ həcmində (lakin heç bir halda 10%dən çox olmayaraq) dəbbə pulu hesablamaq hüququ vardır. İddiaçı MMC-nin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “cavabdehdən əsas borc üzrə 448145.79 manat, dəbbə pulu üzrə 89629.16 manat, ümumilikdə 537775.79 manat və 828 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması” tələbinə dair işin icraatına barışıq sazişi bağlandığından xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1356/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1356/2024
28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver