Məhkəmə qərarları › İş №e-2-2(117)-1359/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1359/2023

28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1359/2023 28.12.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “2064 manat borc pulun, 431,18 manat faiz borcunun və 65 manat mediasiya xərcinin tutulması” tələbinə dair işə məhkəmənin binasında müəyyən etdi: Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (mətndə -“iddiaçı” kimi qeyd edilə bilər) cavabdeh (mətndə -“cavabdeh” olaraq qeyd edilə bilər) Cavabdeh qarşı “2964 manat borc pulun, 610,55 manat faiz borcunun və 65 manat mediasiya xərcinin tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini azaldaraq xx.xx.2023-cü il tarixli ərizə ilə əsas borc olaraq 2064 manat, faiz borcu olaraq 431,18 manat tələb etmişdir. Satıcı İddiaçı MMC (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında xx.xx.2021-ci il tarixdə 03 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən satıcı satış üçün nəzərdə tutulmuş "xxxx"ASC-dən daxil olan sementi (malı və ya məhsulu) alıcıya satmağı və çatdırmağı, alıcı isə öz növbəsində hazırkı müqavilədə göstərilən müddət ərzində və şərtlər daxilində məhsulun dəyərini ödəməyi və məhsulu qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən Məhsulun ƏDV daxil qiyməti: Sement klass-A 1 tonu 155 manat, Sement Klass-B 1 tonu 140 manat müəyyən edilir. Göstərilən qiymətə daşıma haqqı da daxildir. Müqavilənin 2.4-cü bəndinə əsasən Bu müqavilə şərtlərinə uyğun olaraq mal təhvil verildikdən sonra qanunvericiliyə uyğun qaydada təsdiq edilmiş elektron qaimə-fakturaya və ona uyğun qaydada təqdim edilmiş hesab-fakturaya əsasən 10 iş günü ərzində təhvil verilmiş, Malların dəyəri alıcı tərəfindən satıcıya nağd və ya köçürmə yolu ilə ödənilir. Müqavilənin 4.1-ci bəndinə əsasən İstənilən tərəf, digər tərəfə 15 gün qabaqcadan yazılı bildiriş verməklə səbəbsiz Tərəflərin əladə edilmiş hüquqlarına təsir etmədən hazırkı Müqaviləni ləğv edə bilər. xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 28800 kq olmaqla, vahidinin qiyməti 131,3559 manat olan, 680,95 manat ƏDV daxil cəmi, 4464 manat sement göndərilmişdir. xx.xx.2021-ci il tarixli 80435150 nömrəli əmtəə-nəqliyyat qaiməsindən görünür ki, 28800 kq sement Cavabdeh tərəfindən təhvil alınmışdır. Bunu hər iki tərəf imzaları ilə təsdiq etmişlər. İddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət etmiş, cavabdeh borcunu ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən ödənilməmiş borcu qalmışdır. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini yəni borcundan 1500 manat məbləğində ödəniş etmiş, qalan məbləğlə bağlı öhdəliklərini yerinə yetirməmiş və nəticədə ödənilməmiş 2964 manat borcu yaranmışdır ki, iddiaçı həmin borc məbləğinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, xx.xx.2023-cü il tarixdə məhkəmə bildirişi cavabdehə rəsmi qaydada təqdim edilmişdir. Cavabdeh iddia tələbinə qarşı etirazını xx.xx.2023-cü il tarixdə təqdim edərək bildirmişdir ki, onun iddiada göstərilən qədər borcu yoxdur, ödənişlər nəzərə alınmamışdır, onun borcu ərizədə göstəriləndən xeyli azdır. Bu səbəbdən iddia icraatına keçilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə məsatət ilə müraciət edərək 2064 manat gecikdirilmiş borca xx.xx.2021-dən xx.xx.2021-ə qədər 252 manat (**********00*6,5+2%) = 122,81 manat, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər 41*(2064:360:1000*7+2%)=21,16 manat, xx.xx.2021-dən xx.xx.2021-ə qədər 48*(2064:360:100*7,25 +2%)=25,46 manat, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə qədər 41*(2064:360:100*7,5+2%)=22,33 manat, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə qədər 48*(2064:360:100*7.5=2%)=26,14 manat, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə qədər 223*(2064:360:100*7.75+2%)=124,66 manat, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə qədər 49*2064:360:100*7.75+2%)=28,09 manat, xx.xx.2022-ci ildən xx.xx.2023-cü il qədər 103*2064:360:100*8,25+2%)=60,53 manat olmaqla, cəmi 431,18 manat faiz borcunun tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə müvafiq məktubla sənədlərin təqdim edilməsini xahiş etmiş, cavabdeh isə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir.Ona görə də məhkəmə hazırkı tələbə sadələşdirilmiş icraat qaydasında baxılmasını məqsədəuyğun hesab etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

600. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Satıcı İddiaçı MMC (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında xx.xx.2021-ci il tarixdə 03 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən satıcı satış üçün nəzərdə tutulmuş "xxxx"ASC-dən daxil olan sementi (malı və ya məhsulu) alıcıya satmağı və çatdırmağı, alıcı isə öz növbəsində hazırkı müqavilədə göstərilən müddət ərzində və şərtlər daxilində məhsulun dəyərini ödəməyi və məhsulu qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən Məhsulun ƏDV daxil qiyməti: Sement klass-A 1 tonu 155 manat, Sement Klass-B 1 tonu 140 manat müəyyən edilir. Göstərilən qiymətə daşıma haqqı da daxildir. Müqavilənin 2.4-cü bəndinə əsasən Bu müqavilə şərtlərinə uyğun olaraq mal təhvil verildikdən sonra qanunvericiliyə uyğun qaydada təsdiq edilmiş elektron qaimə-fakturaya və ona uyğun qaydada təqdim edilmiş hesab-fakturaya əsasən 10 iş günü ərzində təhvil verilmiş, Malların dəyəri alıcı tərəfindən satıcıya nağd və ya köçürmə yolu ilə ödənilir. Müqavilənin 4.1-ci bəndinə əsasən İstənilən tərəf, digər tərəfə 15 gün qabaqcadan yazılı bildiriş verməklə səbəbsiz Tərəflərin əladə edilmiş hüquqlarına təsir etmədən hazırkı Müqaviləni ləğv edə bilər. xx.xx.2021-ci il tarixli elektron qaimə ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 28800 kq olmaqla, vahidinin qiyməti 131,3559 manat olan, 680,95 manat ƏDV daxil cəmi, 4464 manat sement göndərilməsi sübut olunur. Həmçinin, xx.xx.2021-ci il tarixli 80435150 nömrəli əmtəə-nəqliyyat qaiməsindən görünür ki, 28800 kq sement Cavabdeh tərəfindən təhvil alınmışdır. Bunu hər iki tərəf imzaları ilə təsdiq etmişlər. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Məhkəmə qeyd edilənləri əsas tutularaq hesab edir ki, iddiaçı əsas borca münasibətdə tələbində haqlıdır və iddia tələbi 2064 manat borcun tutulması hissəsində tam təmin edilməlidir. İddia tələbinin “431,18 manat faiz borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə bildirir ki, məhkəmə tərəfindən araşdırılan zaman müəyyən edilmişdir ki, Azərbaycan Respubliaksı Mülki Məcəlləsinin 449.1-ci və 600.5-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının elektron veb səhifəsindən çıxarışdan müəyyən edildiyi ki, xx.xx.2020-ci il tarixə bank uçot dərəcəsi 6,25 %, xx.xx.2021-ci ilə 6,5%, xx.xx.2021-ci ilə 7%, xx.xx.2021-ci ilə 7,25%, xx.xx.2022-ci ilə 7,5%, xx.xx.2022-ci ilə 7,75%, xx.xx.2022-ci ilə 8%, xx.xx.2022-ci ilə 8,25%, xx.xx.2023-cü ilə 8,75% olmuşdur. Məhkəmə qeyd edilən bank uçot faiz dərəcəsinə uyğun olaraq, eyni zamanda MM-in 439.3-cü bəndinə əsasən 2 faiz bəndi əlavə edilməklə Bank uçot faiz dərəcəsi ilə ödənilməli vəsaiti aşağıdakı qaydada hesablamışdırr: xx.xx.2021-dən xx.xx.2021-ə qədər:252*(2064*(6,5+2%):100:12:30) =122,81 manat, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər 41*(2064*(6,5+2%):100:12:30)=20 manat, xx.xx.2021-dən xx.xx.2021-ə qədər 48*(2064*(7+2%):100:12:30)=24,76 manat, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə qədər 41*(2064*(7,5+2%):100:12:30)=21,15 manat, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə qədər 48*(2064*(7.5+2%):100:12:30)=26,14 manat, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə qədər 223*(2064*(7.75+2%):100:12:30)=124,66 manat, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə qədər 49*(2064*(7.75+2%):100:12:30)=27,4 manat, xx.xx.2022-ci ildən xx.xx.2023-cü il qədər 103*(2064* (8,25+2%):100:12:30)=60,53 manat. Odur ki, məhkəmə hesab edir ki, 427,45 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edilsə də cüzi hissədə rədd edildiyindən ödənilməmiş 44,95 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2064 manat əsas borc, 427,45 manat faiz borcu və 60 manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 44,95 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar