Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1361/2021 27.12.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “19.10.2011-ci il tarixli 1542-L/11 nömrəli müqavilə üzrə 3000 manat gecikdirilmiş əsas borcun və hesablanmış 2470,50 manat cərimə borcunun, 100 manat mediasiya xərcinin, hüquqi yardımla bağlı 350 manatın, cəmi 5920,50 manat pul vəsaitinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş üzrə iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkilinin ərizəsinə iş materialları ilə birlikdə baxaraq, müəyyən etdi: İddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “19.10.2011-ci il tarixli 1542-L/11 nömrəli müqavilə üzrə 3000 manat gecikdirilmiş əsas borcun və hesablanmış 2470,50 manat cərimə borcunun, 100 manat mediasiya xərcinin, hüquqi yardımla bağlı 350 manat, cəmi 5920,50 manat pul vəsaitinin cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili vəkil1 24.12.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək sənədlərdə çatışmazlıqlar olduğunu bildirmiş və iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsini araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “19.10.2011-ci il tarixli 1542-L/11 nömrəli müqavilə üzrə 3000 manat gecikdirilmiş əsas borcun və hesablanmış 2470,50 manat cərimə borcunun, 100 manat mediasiya xərcinin, hüquqi yardımla bağlı 350 manat, cəmi 5920,50 manat pul vəsaitinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1361/2021
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1361/2021
27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver