Məhkəmə qərarları › İş №e-2-2(117)-1362/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1362/2024

23.09.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1362/2024 23.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, ərizəçi Dövlət Vergi Xidməti 4 Saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxsnə qarşı “hüquqi şəxsin Dövlət Sosial Müdafiə Fonduna olan 1969,14 manat, İşsizlikdən Sığorta Fonduna olan 56,45 manat, İcbari Tibbi Sığorta Fonduna olan 191,42 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün X3 barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair işə baxaraq, müəyyən etdi: Ərizəçi Dövlət Vergi Xidməti 4 Saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxsnə qarşı “hüquqi şəxsin Dövlət Sosial Müdafiə Fonduna olan 1969,14 manat, İşsizlikdən Sığorta Fonduna olan 56,45 manat, İcbari Tibbi Sığorta Fonduna olan 191,42 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün X3 barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, maraqlı şəxs vergi öhdəliklərini AR-nın Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs İcbari Tibbi Sığorta Fonduna 191,42 manat, İşsizlikdən Sığorta Fonduna 56,45 manat, Dövlət Sosial Müdafiə Fonduna 1969,14 manat olmaqla,ümumilikdə 2217,01 manat borcu vardır. Odur ki, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Məhkəmə onu qeyd edir ki, hazırki iş üzrə iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi işə maraqlı şəxs qismində hüquqi şəxsin icra orqanının rəhbəri deyil, birbaşa hüquqi şəxs əlavə edilmişdir. Ərizənin nəticə hissəsində ərizəçi maraqlı şəxs X1 ölkədən getmək hüququnun məhdudlaşdırılmasını xahiş edir. Ərizəçi öz ərizəsinin giriş hissəsində isə maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə ərizənin qanunvericilikdə göstərilən forma və məzmunla bağlı tələblərinə riayət etməmişdir. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 149.2.2-cü maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıq aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Dövlət Vergi Xidməti 4 Saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs X2 qarşı “hüquqi şəxsin Dövlət Sosial Müdafiə Fonduna olan 1969,14 manat, İşsizlikdən Sığorta Fonduna olan 56,45 manat, İcbari Tibbi Sığorta Fonduna olan 191,42 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün X3 barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar