Məhkəmə qərarları › İş №e-2-2(117)-1366/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1366/2024

03.10.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1366/2024 03.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, Ərizəçi Dövlət Vergi Xidmətinin 4 Saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İcbari Tibbi Sığorta Fonduna olan 191.42 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1969.14 manat və İşsizlikdən Sığorta Fonduna olan 56.45 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanlarının rəhbəri kimi Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi *********, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Dövlət Vergi Xidmətinin 4 Saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İcbari Tibbi Sığorta Fonduna olan 191.42 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1969.14 manat və İşsizlikdən Sığorta Fonduna olan 56.45 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanlarının rəhbəri kimi Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi *********, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Ərizəçi Dövlət Vergi Xidmətinin 4 Saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında iştirak etməməsinin üzürlü səbəbləri barəsində sübut təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən, işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Ərizəçi Dövlət Vergi Xidmətinin 4 Saylı Ərazi Vergilər İdarəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, e-2-2(117)-1366/2024 nömrəli kommersiya işi üzrə ərizəyə əlavə olunan sənədlərdə tekniki səhvə yol verilərək digər ödəyicinin sənədləri göndərilmişdir. Texniki səhvin aradan qaldırılması məqsədi ilə ərizə və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını və ərizəni nəzərdən keçirib hesab edir ki, ərizəçi iddia ərizəsini geri qaytarmaqla baxılmamış saxlanılmasını xahiş etdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi iddia ərizəsinə əlavə edilmiş sənədlər maraqlı şəxsə deyil, qeyd edilən işlə bağlı olmayan başqa şəxsə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə maraqlı şəxsin məhkəmə iclasında iştirak etməməsini hazırkı işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Ərizəçi Dövlət Vergi Xidmətinin 4 Saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İcbari Tibbi Sığorta Fonduna olan 191.42 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1969.14 manat və İşsizlikdən Sığorta Fonduna olan 56.45 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanlarının rəhbəri kimi Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi *********, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizə baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar