Məhkəmə qərarları › İş №e-2-2(117)-1370/2023

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1370/2023

04.12.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1370/2023 04.12.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, ərizəçi Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “hüquqi və fiziki şəxsin Dövlət Sosial Müdafiə Fonduna olan 5099,37 manat, İşsizlikdən Sığorta Fonduna olan 266,94 manat, İcbari Tibbi Sığorta Fonduna olan 937,81 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün xx.xx.1989-cu il təvəllüdlü, Füzuli rayonunda doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək “hüquqi və fiziki şəxsin Dövlət Sosial Müdafiə Fonduna olan 5099,37 manat, İşsizlikdən Sığorta Fonduna olan 266,94 manat, İcbari Tibbi Sığorta Fonduna olan 937,81 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün xx.xx.1989-cu il təvəllüdlü, Füzuli rayonunda doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki mübahisəyə ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən, ərizənin məzmunundan, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdeh Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Bu səbəbdən də hazırki tələbə maraqlı şəxsin qeydiyyat ünvanı üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmalıdır. Belə ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 1-ci maddəsinin 1-ci cümləsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.... 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. 3-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir ki, Maraqlı şəxs şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən sonuncunun qeydiyyat yeri ünvan 1 ünvanıdır. Bundan başqa maraqlı şəxsin rəhbəri olduğu "xxxx" MMC-nin isə qeydiyyat ünvanı Bakı şəhəri Yasamal rayonudur ki, maraqlı şəxsin və rəhbəri olduğu hüquqi şəxsin Şəki Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasına hər hansı aidiyyəti yoxdur. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçi, maraqlı şəxsə qarşı ərizəsini ərazi aidiyyəti qaydalarına görə düzgün vermədiyindən və hazırki müraciətə maraqlı şəxsin qeydiyyat ünvanı üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olduğundan ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmaldıır. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “hüquqi və fiziki şəxsin Dövlət Sosial Müdafiə Fonduna olan 5099,37 manat, İşsizlikdən Sığorta Fonduna olan 266,94 manat, İcbari Tibbi Sığorta Fonduna olan 937,81 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün xx.xx.1989-cu il təvəllüdlü, Füzuli rayonunda doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar