Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1376/2024 07.11.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “cavabdehdən 8496,79 manat məbləğində borc və 104.96 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 04/2023 nömrəli alğı-satqı müqaviləsinin 1.1-ci maddəsinə əsasən “Satıcı” “Alıcı”ya tikinti materiallarını (bundan sonra “Mal” adlandırılacaq) satır, “Alıcı” isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya ödəyir. Müqavilənin 1.2-ci bəndinin tələbinə görə malın miqdarı, qiyməti, digər əlamətləri və xarakterik xüsusiyyətləri qaimə-fakturalar ilə müəyyən olunur. Müqavilənin 3.4.1-ci maddəsinə əsasən alıcı malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qalan dəyəri) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən Satıcı müqaviləyə uyğun olaraq Alıcı tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra 20 gün ərzində Malı Alıcıya təhvil verməyi öhdəsinə götürür. Müqavilənin 4.2-ci bəndinin tələbinə görə “Satıcı” malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri “Alıcı”ya təqdim etməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən Alıcı sifariş olunan malın dəyərini, Satıcının təqdim etdiyi qaimə-fakturanı aldıqda köçürmə yolu ilə həyata keçirir. Mal Satıcı ödənişi təsdiq etdikdən sonra Alıcıya tərəflər arasındadı razılaşmaya əsaən çatdırılır. Müqavilənin 8.1 və 8.2-ci bəndlərinin tələbinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2024-cü il tarixə kimi qüvvədədir. Bu müqavilənin başa çatmasına 1 ay qalmış tərəflər müqaviləni ləğv etmək təşəbbüsü ilə çıxış etməzsə, müqavilə hər il növbəti təqvim ili üçün uzadılmış sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə (hazırda İddiaçı MMC ) "xxxx" MMC arasıda 18 dekabr 2023-cü il tarixində 04/2023 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və bu müqavilə ilə sonuncuya 8496,79 manat dəyərində tikinti materialları satılmışdır. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə elektron-qaimələr əsasında ümümilikdə 8496,79 manat dəyərində tikinti materialları verilmiş, bu məbləğdən sonuncu tərəfindən heç bir ödəniş edilməmişdir. 18 sentyabr 2024-cü il tarixində Pretenziya məktubu ilə cavabdehə müraciət edilərək 8496,79 manat borcun ödənilməsi xahiş edilsə də, cavabdeh tərəfindən ödəniş edilməmişdir. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinin səbəbi cavabdeh tərəfindən alınmış malların dəyərinin ödənilməsindən əsassız imtina edilməsi, almış olduqları malın dəyərinin ödənilməsi ilə bağlı iddiaçının müraciətlərinə əhəmiyyət verilməməsi ilə əlaqədardır. İş materiallarına əlavə edilmiş malların təhvil verilməsini təsdiq edən qaimələrdən görünür ki, orada adı qeyd edilmiş 5813,05 manat dəyərində mallar alıcıya təhvil verilmiş və hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanaraq təsdiqlənmişdir. İddiaçı həmin malların təhvil verilməsini təsdiq edən qaimələr əsasında xx.xx.2024-cü il tarixli 938950 nömrəli, xx.xx.2024-cü il tarixli 266054 nömrəli, xx.xx.2024-cü il tarixli 398439 nömrəli xx.xx.2024-cü il tarixli 831239 nömrəli, xx.xx.2024-cü il tarixli 11452955 nömrəli, xx.xx.2024-cü il tarixli 10026289 nömrəli elektron qaimələri cavabdehə təqdim etmişdir ki, həmin elektron qaimələrlə 8496.80 manat dəyərində mal verildiyi görünür. İddiaçı öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliyini yerinə yetirməmiş və bu səbəbdən də ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi rəsmi qaydada xx.xx.2024-cü il tarixdə cavabdehin ünvanı üzrə poçt vasitəsilə çatdırılmasına baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara : tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi, elektron qaimələr,malların təhvilini təsdiq edən qaimələr və digər sənədlər toplusu daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 600- cü maddəsinin 1-ci və 3-cü bəndləri). İlkin olaraq məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə etibarsız olmamış və tərəflərin həqiqi maraqlarına uyğun həqiqi hüquqi nəticələr yaratmışdır. Belə ki, tərəflərin müqavilə bağlanakən həqiqi maraqları alğı-satqıdan ibarət olmuş və iddiaçı tərəfindən cavabdehə müqaviləyə uyğun mallar satılaraq təhvil verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 04/2023 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə əsasən “Satıcı” “Alıcı”ya tikinti materiallarını satmağı, “Alıcı” isə həmin malı qəbul edərək və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş malların təhvil verilməsini təsdiq edən qaimələrdən görünür ki, orada adı qeyd edilmiş 5813,05 manat dəyərində mallar alıcıya təhvil verilmiş və hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanaraq təsdiqlənmişdir. İddiaçı həmin malların təhvil verilməsini təsdiq edən qaimələr əsasında xx.xx.2024-cü il tarixli 938950 nömrəli, xx.xx.2024-cü il tarixli 266054 nömrəli, xx.xx.2024-cü il tarixli 398439 nömrəli xx.xx.2024-cü il tarixli 831239 nömrəli, xx.xx.2024-cü il tarixli 11452955 nömrəli, xx.xx.2024-cü il tarixli 10026289 nömrəli elektron qaimələri cavabdehə təqdim etmişdir ki, həmin elektron qaimələrlə 8496.80 manat dəyərində mal verildiyi görünür. Bundan başqa məhkəmə təqdim edilmiş qeyd edilən elektron qaimələrə münasibətdə qeyd edir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı malların təhvil-təslim qaimələri və müqavilə şərti ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alqı-satqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə mallar təhvil verilmişdir. Lakin iddiaçı tərəfindən elektron qaiməfakturalara əsasən cavabdehə 8496.97 manat dəyərində malın təhvil verildiyi iddia edilsə də, malların təhvil-təslim qaimələrindən göründüyü kimi cavabdehin nümayəndəsi tərəfindən imzalanaraq təhvil alınan malların ümumi məbləği 5813,05 manat təşkil edir. Elektron qaimə-faktura elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. İlkin uçot sənədi olan elektron qaimə fakturaların kommersiya mübahisələrinin həlli zamanı sübut əhəmiyyəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Göründüyü kimi satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, yəni 5813,05 manat məbləğində borcunu ödəməmişdir ki, bu hal təqdim edilmiş sənədlərlə, xüsusilə də malların təhvil-təslim qaimələri ilə tam təsdiq olunur ki, Mülki Prossesual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna baxmayaraq cavabdeh iddia tələbinə etirazını və bunu təsdiq edəcək sübutlarını Mülki Prossesual Məcəllə ilə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək 5813,05 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumu 104.96 manat təşkil edir. İddiaçı tərəfindən cəmi 104.96 manat dövlət rüsumu ödənilmiş və iddiaçı həmin məbləği cavabdehdən tələb etmişdir. İddia qismən təmin edildiyindən 71.81 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 33.15 manat dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 5813,05 manat əsas borc və 71.81 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1376/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1376/2024
07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver