Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1388/2022 11.10.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, Ərizəçi 4 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “hüquqi şəxsin dövlət büdcəsinə olan ümumilikdə 11971,21 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 5689,73 manat, İşsizlikdən Sığorta Fonduna olan 226,63 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri xx.xx.1960-cı il təvəllüdlü, Göyçay rayonu, Alxasava kəndində doğulmuş, Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AZE ********, FİN nömrəsi–xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi orqanı 4 saylı Ərazi Vergilər İdarəsi vergi ödəyicisi olan “X5 İstehsalat Müəssisəsi” MMC-nin öhdəliklərini yerinə yetirməməsi səbəbindən dövlət büdcəsinə ümumilikdə 11971,21 manat, Dövlət Sosial Müdafiə Fonduna 5689,73 manat, İşsizlikdən Sığorta Fonduna 226,63 manat borcu yaranması əsası ilə cəmiyyətin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2022-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Qobustan və digər kənd təsərrüfatı istehsalat müəssisələri ləğv edilmiş və onların yerində X1 və Emal Birliyi MMC yaradılmışdır. Eyni zamanda Kənd Təsərrüfatı nazirinin xx.xx.2018-ci il tarixli əmri ilə o həmin müəssisənin rəhbəri vəzifəsindən azad edilmişdir. İşin məhkəmə araşdırması zamanı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli 466k nömrəli əmrlə müəyyən edilmişdir ki, olan “X5 İstehsalat Müəssisəsi” MMC-nin direktoru Maraqlı şəxs həmin tarixdən əmək müqaviləsinə xitam verilmiş və vəzifəsindən azad edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, maraqlı şəxs bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Vergi ödəyicisi olan hüquqi şəxsin şəxsi hesab vərəqəsi, bildiriş, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdiraraq, sübutlarin məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hüquqi şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə hüquqi şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Hazırki işin məhkəmə araşdırması zamanı “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 111 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 414 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “X8 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “X22 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “X23 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “X18 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “X6 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “X11 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “X19 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “X5 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “X9 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “X20 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “X10 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “X21 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “X12 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “X2 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “X13 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “X14 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “X15 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “X16 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “X7 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, Bakı Dövlət "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" X17 İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “X3 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun tabeliyində olan Ağstafa rayonundakı “Üzüm tingliyi X17 istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, Şamaxı rayonundakı “Üzüm tingliyi X17 istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cəlilabad rayonundakı “Üzüm tingliyi X17 istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Azərbaycan-Türkiyə Toxumçuluq və X4”nin tabeliyində olan Xaçmaz rayonundakı “Azərbaycan” tərəvəz toxumçuluğu üzrə X17 istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti birləşdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “X1 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Göründüyü kimi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə “X5 İstehsalat Müəssisəsi” MMC digər istehsalat müəssisələri ilə birləşdirilmiş və yeni cəmiyyət yaranmışdır. Hazırki vəziyyətdə “X5 İstehsalat Müəssisəsi” MMC mövcud deyildir. Bundan başqa işin məhkəmə araşdırması zamanı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli 466k nömrəli əmrlə müəyyən edilmişdir ki, olan “X5 İstehsalat Müəssisəsi” MMC-nin direktoru Maraqlı şəxs həmin tarixdən əmək müqaviləsinə xitam verilmiş və vəzifəsindən azad edilmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Maraqlı şəxs “X5 İstehsalat Müəssisəsi” MMC-nin rəhbəri olmadığından və ümumiyyətlə ərizəçinin hazırki tələbi hazırda mövcud olmayan hüquqi şəxsin borcuna qarşı yönəldiyindən maraqlı şəxsin aidiyyəti olmadığı hüquqi şəxsin borcuna görə hüquqları məhdudlaşdırıla bilməz. Bu səbəblərdən də ərizə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Ərizə rədd edildiyindən və ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən ödənilməmiş 100 manat dövlət rüsumu tutulmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi 4 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “hüquqi şəxsin dövlət büdcəsinə olan ümumilikdə 11971,21 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 5689,73 manat, İşsizlikdən Sığorta Fonduna olan 226,63 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri xx.xx.1960-cı il təvəllüdlü, Göyçay rayonu, Alxasava kəndində doğulmuş, Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AZE ********, FİN nömrəsi–xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizə rədd edilsin. Qətnamədən, rəsmi qaydada şikayət verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1388/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1388/2022
11.10.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver