Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1413/2024 04.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “xxxx ASC-nin X1 Kürdəmir Bölməsi ilə arasında yeni müqavilə bağlanması, maddi ziyana görə 5400 manat və ödənilmiş 74 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı ödənilməsi” barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “xxxx ASC-nin X1 Kürdəmir Bölməsi ilə arasında yeni müqavilə bağlanması, maddi ziyana görə 5400 manat və ödənilmiş 74 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərdən keçirib hesab edir ki, hazırki ərizəyə ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılan məlumatdan və iddia ərizəsindən görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin qeydiyyat ünvanı müvafiq olaraq ünvan 1-dir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir Həmçinin, iş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 07/02039 nömrəli müqavilədən görünür ki, müqavilənin icra yeri olaraq Kürdəmir rayonu müəyyənləşdirilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Belə görünür ki, hazırkı ərizəyə cavabdehin qeydiyyat ünvanı üzrə və ya müqavilənin icra yerinə görə səlahiyyətli məhkəmə tərəfindən baxılmalıdır. Eyni zamanda iddiaçı tərəfindən təqdim olunmuş iddia ərizəsinin mətn hissəsindəki məhkəmənin adı Şirvan Kommersiya Məhkəməsi olaraq qeyd olunmuş, elektron iddia ərizəsi və iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, dövlət rüsumu xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə Şirvan Kommersiya Məhkəməsinin hesabına ödənilmişdir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 23-cü bəndinə əsasən Kürdəmir rayonu Şirvan Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmişdir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsini ərazi aidiyyəti qaydalarına görə düzgün vermədiyindən və hazırki ərizəyə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin qeydiyyat ünvanı üzrə Şəki Kommersiya Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Eyni zamanda, iddiaçı Şirvan Kommersiya Məhkəməsinin hesabına dövlət rüsumu ödədiyindən həmin rüsumu qaytarmaqla bağlı qərarı həmin məhkəmə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məh kəmə qərara aldı: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “xxxx ASC-nin X1 Kürdəmir Bölməsi ilə arasında yeni müqavilə bağlanması, maddi ziyana görə 5400 manat və ödənilmiş 74 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı ödənilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1413/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1413/2024
04.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver