Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-142/2022 27.04.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, cavabdeh Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinnə qarşı “10000 manat tenderdə verilən sifarişin 118963,56 manat olmasını nəzərə alıb onun 10 %i məbləğində əldən çıxmış fayda və 30000 manat hüquqi şəxsin işgüzar nüfuzuna dəymiş zərərin əvəzi, 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC cavabdeh Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “10000 manat tenderdə verilən sifarişin 118963,56 manat olmasını nəzərə alıb onun 10 %-i məbləğində əldən çıxmış fayda və 30000 manat hüquqi şəxsin işgüzar nüfuzuna dəymiş zərərin əvəzi, 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək iddianı geri götürdüklərini bildirdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Məhkəmə iş materiallarını və tərəflərin nümyəndələrinin ərizələrini araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinnə qarşı “10000 manat tenderdə verilən sifarişin 118963,56 manat olmasını nəzərə alıb onun 10 %i məbləğində əldən çıxmış fayda və 30000 manat hüquqi şəxsin işgüzar nüfuzuna dəymiş zərərin əvəzi, 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-142/2022
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-142/2022
27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver