Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-143/2025 05.02.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “xx.xx.2024-cü il tarixə hesablanmış xx.xx.2016-cı il tarixli 872-GL/16 nömrəli müqavilə üzrə 273 manat gecikdirilmiş borc, 383.29 manat cərimə borcu, xx.xx.2015-ci il tarixli 2525-GL/15 nömrəli müqavilə üzrə 6740 manat gecikdirilmiş borc, 9159.66 manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “xx.xx.2024-cü il tarixə hesablanmış xx.xx.2016-cı il tarixli 872-GL/16 nömrəli müqavilə üzrə 273 manat gecikdirilmiş borc, 383.29 manat cərimə borcu, xx.xx.2015-ci il tarixli 2525-GL/15 nömrəli müqavilə üzrə 6740 manat gecikdirilmiş borc, 9159.66 manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2012-ci il tarixli "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə aktdan görünür ki, "xxxx" ASC-nin 585/ü nömrəli xx.xx.2012-ci il tarixli əmri əsasında 14 750 manat dəyərində olan Traktor YTO-404 markalı texnika nizamlanmış və komplekt halda "xxxx" ASC-nin Şirvan Rayonlararası Təchizat Bazasının müdiri X1 tərəfindən lizinq alan Cavabdeh etibarnamə ilə səlahiyyətli nümayəndəsi X2 təhvil verilmişdir. xx.xx.2012-ci il tarixli "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə aktdan görünür ki, "xxxx" ASC-nin 1072/ü nömrəli xx.xx.2012-ci il tarixli əmri əsasında 71 100 manat dəyərində olan Kombayn (qrant) Sampo SR-2035 markalı və 2 239.17 manat dəyərində olan Qotmanlayıcı (Kopnitel) markalı texnikalar nizamlanmış və komplekt halda "xxxx" ASC-nin Şirvan Rayonlararası Təchizat Bazasının müdiri X1 tərəfindən lizinq alan Cavabdeh etibarnamə ilə səlahiyyətli nümayəndəsi X2 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş etibarnamədən göründüyü kimi Cavabdeh X2 xx.xx.2012-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək Kənd Təsərrüfatı Nazirliyi yanında "xxxx" ASC-dən ona çatası texnikanı və digər avadanlıqları almağı, aldığına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli 2525- GL/15 nömrəli müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, lizinq verən ümumi məbləği 23 595 manat olan və 1 nömrəli Əlavədə (spesifikasiyada) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. xx.xx.2015-ci il tarixli 2525-GL/15 nömrəli müqavilənin spesifikasiyasından görünür ki, lizinq verən "xxxx" ASC tərəfindən bir ədədinin qiyməti 71 100 manat olan, Kombayn taxılyığan Sampo Rosenlew SR-2035 markalı texnika üzrə 19 065 manat ödəniş edilmiş, güzəştdən sonrakı 23 595 manat qalıq məbləği isə 7 il ödəmə müddətinə əsasən, yəni xx.xx.2015-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək lizinq alana verilməsi müəyyənləşdirilmişdir. xx.xx.2016-cı il tarixli 1583/ü nömrəli əmrdən görünür ki, xx.xx.2012-ci il tarixli 794- L/12 və 1072/ü nömrəli müqavilə və əmr qüvvədən düşmüş, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2525-GL/15 nömrəli lizinq müqaviləsinə əsasən Kombayn taxılyığan Sampo Rosenlew SR-2035 markalı texnikanın güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə yenidən lizinqə verilməsi nəzərdə tutulmuşdur. "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli 872- GL/16 nömrəli müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, lizinq verən ümumi məbləği 6590.33 manat olan və 1 nömrəli Əlavədə (spesifikasiyada) göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərt ilə lizinqə verir. Lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. xx.xx.2016-cı il tarixli 872-GL/16 nömrəli müqavilənin spesifikasiyasından görünür ki, lizinq verən "xxxx" ASC tərəfindən qiyməti 14750 manat olan Mini-traktor YTO-404 markalı texnika üzrə 3 155 manat ödənilmiş, güzəştdən sonra 5 695 manat qalıq məbləği, qiyməti 2 239.17 manat olan Qotmanlayıcı (Kopnitel) markalı texnika üzrə 448.17 manat ödəniş edilmiş, güzəştdən sonra 895.33 manat qalıq məbləği olmaqla cəmi hər iki texnika üzrə 6590.33 manat borc qalmışdır. xx.xx.2016-cı il tarixli 1585/ü nömrəli əmrdən görünür ki, xx.xx.2012-ci il tarixli 452- L/12 nömrəli və 585/ü nömrəli, xx.xx.2012-ci il tarixli 794-L/12 nömrəli və 1072/ü nömrəli müqavilə (lər) və əmr (lər) qüvvədən düşmüş, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 872-GL/16 nömrəli lizinq müqaviləsinə əsasən Mini-traktor YTO-404 markalı, Qotmanlayıcı (Kopnitel) markalı texnikaların güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə yenidən lizinqə verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2015-ci il tarixli 2525-GL/15 nömrəli və xx.xx.2016-cı il tarixli 872-GL/16 müqavilələrin: 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1% həcmində cərimə tələb edə bilər. 9-cu bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, cavabdeh xx.xx.2015-ci il tarixli 2525-GL/15 nömrəli müqavilə üzrə 23 595 manat müqavilə məbləğindən 15 268.32 manat ödəniş etmişdir. Həmin məbləğə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(117)-169/2020 saylı qətnaməsinə əsasən ödənilmiş 4161.65 manat əsas borc məbləği də daxildir. Nəticədə cavabdehin qeyd edilən müqavilə üzrə gecikdirilmiş borc məbləği xx.xx.2024-cü il tarixinə 6 740 manat təşkil edir. Bundan başqa cavabdeh xx.xx.2016-cı il tarixli 872-GL/16 nömrəli müqavilə üzrə 6 590.33 manat müqavilə məbləğindən 3 947.33 manat ödəniş etmiş, qeyd edilən müqavilə üzrə gecikdirilmiş borc məbləği xx.xx.2024-cü il tarixinə 273 manat təşkil edir. Bunlardan əlavə olaraq hər iki maliyyə arayışının məzmunundan göründüyü kimi iddiaçı tərəf qeyd etmişdir ki, hazırkı iddia ilə tələb edilən gecikdirilmiş borclar hesablanarkən Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(117)- 169/2020 saylı qətnaməsindən ödənilməmiş xx.xx.2015-ci il tarixli 2525-GL/15 nömrəli müqavilə üzrə 1586.68 manat və xx.xx.2016-cı il tarixli 872-GL/16 nömrəli müqavilə üzrə 2370 manat əsas borc nəzərə alınmamışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun Agentliyə xx.xx.2015-ci il tarixli 2525-GL/15 nömrəli müqavilə üzrə 6740 manat əsas borcu və ona hesablanmış 9159.66 manat cərimə borcu, xx.xx.2016-cı il tarixli 872-GL/16 nömrəli müqavilə üzrə 273 manat əsas borcu və ona hesablanmış 383.29 manat cərimə borcu yaranmışdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, əsas borcunu qəbul edir. Hissə-hissə ödəyir. Cərimə borcunun silinməsini məhkəmədən xahiş edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilələr, aktlar, maliyyə arayışları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-4.3. Əşya sublizinqə verildikdə satıcıya qarşı tələb hüququ sublizinq müqaviləsi üzrə lizinq alana keçir. 747-4.4. Lizinq obyektinin sublizinqə verilməsi zamanı hökmən lizinq verənin yazılı razılığı olmalıdır. 748.1. Lizinq müqaviləsi yazılı formada bağlanılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli 2525-GL/15 nömrəli və xx.xx.2016-cı il tarixli 872-GL/16 nömrəli müqavilələr bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçı cavabdehə kənd təsərrüfatı texnikalarını verməyi, cavabdeh isə həmin texnikaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən xx.xx.2015-ci il tarixli 2525-GL/15 nömrəli müqavil üzrə ödənilməmiş 6740 manat, xx.xx.2016-cı il tarixli 872-GL/16 nömrəli müqavilə üzrə ödənilməmiş 273 manat borcu qalmışdır. Məhkəmə iddia tələbinin “xx.xx.2015-ci il tarixli 2525-GL/15 nömrəli müqavilə üzrə 6740 manat əsas borcun və xx.xx.2016-cı il tarixli 872-GL/16 nömrəli müqavilə üzrə 273 manat əsas borcun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, hər iki müqavilə üzrə qeyd edilən gecikdirilmiş borclar təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışları, cavabdehin izahatı ilə öz təsdiqini tapmışdır. Belə ki, Kombayn taxılyığan Sampo Rosenlew SR-2035 markalı texnikanın güzəştdən sonrakı məbləği 23 595 manat olmuş və cavabdeh həmin məbləğdən 15 268.32 manat ödəniş etmişdir. Göründüyü kimi cavabdehin 8326.68 manat məbləğində borcu qalmışdır ki, həmin məbləğin 1586.68 manat məbləğində hissəsinin ödənilməsi Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(117)-169/2020 saylı qətnaməsi ilə qət edilmiş, iddiaçı isə hazırda həmin məbləğ istisna olmaqla cavabdehdən 6740 manat (83xx.xx-1586.68=6740) məbləğində gecikdirilmiş borcun tutulmasını tələb edir. Bundan başqa Mini-traktor YTO-404 markalı texnikanın güzəştdən sonrakı məbləği 5 695 manat, Qotmanlayıcı (Kopnitel) markalı texnikanın güzəştdən sonrakı məbləği 895.33 manat olmaqla, ümumilikdə hər iki texnika üzrə 6590.33 manat məbləğində ödəniş olunması nəzərdə tutulmuşdur. Həmin məbləğdən cavabdeh 3947.33 manat ödəniş etmişdir. Göründüyü kimi cavabdehin 2643 manat məbləğində borcu qalmışdır ki, həmin məbləğin 2370 manat məbləğində hissəsinin ödənilməsi Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(117)-169/2020 saylı qətnaməsi ilə qət edilmiş, iddiaçı isə hazırda həmin məbləğ istisna olmaqla cavabdehdən 273 manat (2643-2370=273) məbləğində gecikdirilmiş borcun tutulmasını tələb edir. İddia tələbinin “xx.xx.2015-ci il tarixli 2525-GL/15 nömrəli müqavilə üzrə 9159.66 manat cərimə borcu və xx.xx.2016-cı il tarixli 872-GL/16 nömrəli müqavilə üzrə 383,29 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndlərində tərəflər razılaşmışlar ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Məhkəmə tərəflərin qanuni və əmlak mənafelərini, iddiaçının gec müraciət edərək cərimə borcunun artmasına şərait yaratmasını, cavabdehin maddi vəziyyətini, həmçinin qanunvericiliyin tələblərini nəzərə alaraq cərimə məbləğinin əsas borcun 3-5% həcmində, yəni xx.xx.2015-ci il tarixli 2525-GL/15 nömrəli müqavilə üzrə 250 manat və xx.xx.2016-cı il tarixli 872-GL/16 nömrəli müqavilə üzrə 10 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, müqavilə üzrə cavabdeh Cavabdeh xx.xx.2015-ci il tarixli 2525-GL/15 nömrəli müqavilə üzrə 6740 manat əsas borc və 250 manat cərimə borcu, xx.xx.2016-cı il tarixli 872-GL/16 nömrəli müqavilə üzrə 273 manat əsas borc və 10 manat cərimə borcu tutulmalıdır. Eyni zamanda, məhkəmə prosessual xərc olaraq “hüquqi yardımla bağlı ödənilmiş 500 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilmiş məbləği təsdiq edən ödəniş tapşırığının, nəzərdə tutulan işlə bağlı tərəfə hüquqi yardım göstərilməsi ilə bağlı elektron vəkil orderinin iş materiallarına əlavə edilməsi, məhkəmə iclaslarında tərəflərin iştirak vəziyyəti, iddia icraatı çərçivəsində məhkəmə iclaslarında iştirak etməməsi, yalnız müraciətlər formasında işdə iştirakı, sənədlərin ilkin olaraq hazırlanması və vəkilin nəzərdə tutulan işdə fəallığı hallarını nəzərə alaraq hesab edir ki, hüquqi yardımla bağlı 250 manat pulun tutulması əsaslı, ədalətli və qanunidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəf dövlət rüsumu ödəməkdən azad olunduğundan, iddianın təmin edildiyi məbləğə uyğun ödənilməli olan 92.73 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixə xx.xx.2015-ci il tarixli 2525-GL/15 nömrəli müqavilə üzrə yaranmış 6740 manat əsas borc, 250 manat cərimə borcu, xx.xx.2016-cı il tarixli 872- GL/16 nömrəli müqavilə üzrə 273 manat əsas borc, 10 manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 250 manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 92.73 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Mübariz Hüseynov