Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1436/2022 20.09.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış olan 52 C/22 nömrəli, xx.xx.2022-ci il tarixli lizinq müqaviləsi üzrə ödənilməli olan 735 manat, lizinq predmetinə vurmuş olduğu zərər üzrə 1585 manat və yol-hərəkəti qaydalarının cavabdeh tərəfindən pozulması nəticəsində tətbiq olunan protokollar üzrə hesablanmış 561,20 manat inzibati cərimələr də daxil olmaqla, cəmi 2881,20 manat məbləğin cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış olan 52 C/22 nömrəli, xx.xx.2022-ci il tarixli lizinq müqaviləsi üzrə ödənilməli olan 735 manat, lizinq predmetinə vurmuş olduğu zərər üzrə 1585 manat və yol-hərəkəti qaydalarının cavabdeh tərəfindən pozulması nəticəsində tətbiq olunan protokollar üzrə hesablanmış 561,20 manat inzibati cərimələr də daxil olmaqla, cəmi 2881,20 manat məbləğin cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iş üzrə iddiaçı tərəfindən mediasiya prosessinə əməl edilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilsə də, həmin arayış “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilmə yeri düzgün müəyyən edilməmiş, ilkin mediasiya prosesi xx.xx.2022-ci il tarixdə Bakı şəhərində keçirilmişdir. 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Maddənin məzmunundan da görünür ki, mediasiya prosesi mübahisənin aid olduğu məhkəmənin inzibati ərazi vahidinə ən yaxın yerin mediasiya təşkilatında keçirilməlidir. İddiaçı qeyd edilən normanın tələbinə əməl etməmiş, ilkin mediasiya prosesinin keçirilmə yeri düzgün müəyyən edilməmiş, mediasiya prosesi Bakı şəhərində keçirilmişdir. Həmçinin cavabdeh Zərdab rayon, Çallı kəndində rəsmi qeydiyyatdadır. Odur ki, mediasiya sessiyası Bakı şəhərində deyil, Şəki Kommersiya Məhkəməsinin inzibati ərazi vahidinə ən yaxın yerin mediasiya təşkilatında keçirilməlidir. Bundan əlavə, Şəki, Zərdab, Ağdaş, Ağsu, Mingəçevir, Balakən, Zaqatala, Qəbələ, Oğuz, Qax, Ucar, Yevlax, İsmayıllı, Göyçay rayonlarında da mediasiya təşkilatları mövcuddur ki, həmin rayonlarda mediasiya sessiyasının keçirilməsi mümkündür. Digər halda isə mediasiya sessiyasının Bakı şəhərində keçirilməsi ilə bağı cavabdehin razılığı olmalıdır. Mediatorun arayışından müəyyən edilir ki, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliyin mediasiya ilə bağlı tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra (“Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış olan 52 C/22 nömrəli, xx.xx.2022-ci il tarixli lizinq müqaviləsi üzrə ödənilməli olan 735 manat, lizinq predmetinə vurmuş olduğu zərər üzrə 1585 manat və yol-hərəkəti qaydalarının cavabdeh tərəfindən pozulması nəticəsində tətbiq olunan protokollar üzrə hesablanmış 561,20 manat inzibati cərimələr də daxil olmaqla, cəmi 2881,20 manat məbləğin cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov.
Məhkəmə qərarları › İş №e-2-2(117)-1436/2022
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1436/2022
20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver