Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1474/2022 22.11.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “24985,56 manat borcun və 200 manat mediasiya xərcinin (164,96 manat hissəsinin dövlət rüsumuna aid edilməsi) cavabdehdən tutulması və Cavabdeh xxxx” MMC-yə qarşı 27780 manat maddi ziyanın qarşılıqlı ödənilməsinə dair qarşılıqlı” tələbinə dair işə məhkəmənin binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “24985,56 manat borcun və 200 manat mediasiya xərcinin (164,96 manat hissəsinin dövlət rüsumuna aid edilməsi) cavabdehdən tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xxxx” MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ 27780 manat maddi ziyanın qarşılıqlı ödənilməsinə” dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi nümayəndə 1 məhkəmə iclasında barışıq sazişini məhkəməyə təqdim etmiş və tərəflər barışıq sazişində göstərilən şərtlərlə razılığa gəldiklərini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iş materialları araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflər, iddiaçının nümayəndəsi və cavabdehin imzaları ilə təsdiq edilmiş barışıq sazişini məhkəməyə təqdim etmişlər, sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə xx.xx.2022-ci il tarixli barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barışıq sazişi tərəflərin imzaları ilə təsdiq edildiyindən vətərəflərin buna səlahiyyəti olduğundan, habelə qanuna zidd olmadığından və tərəflərin qanunla qorunan mənafelərini pozmadığından barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:
1. Cavabdeh 16900 manat borcun hissə-hissə ödənilməsini öhdəsinə götürür;
2. Cavabdeh 16900 manat hazırki barışıq sazişinin təsdiqi barədə məhkəmə qərardadı qüvvəyə mindiyi tarixdən etibarən hər ayın 10-dək 100 manat 2023- 2024 təsərrüfat ilində əkəcəyi pambığın gəliri hesabına xx.xx.2024-cü il tarixədək tam bağlamağı öhdəsinə götürür. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “24985,56 manat borcun və 200 manat mediasiya xərcinin (164,96 manat hissəsinin dövlət rüsumuna aid edilməsi) cavabdehdən tutulması və Cavabdeh xxxx” MMC-yə qarşı 27780 manat maddi ziyanın qarşılıqlı ödənilməsinə dair qarşılıqlı” tələbinə dair işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.
Sədrlik edən: Rüfət Məcidov