Məhkəmə qərarları › İş №e-2-2(117)-1484/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1484/2025

29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1484/2025 29.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Zaqatala Regional Təhsil İdarəsinə qarşı borc tələbinə dair işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Zaqatala Regional Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki-Zaqatala Regional Təhsil İdarəsindən təbii qazdan istifadəyə görə yaranmış 238173.93 manat məbləğində əsas borcun, 528.17 manat ödənilmiş rüsum xərcləri, ümumilikdə 238702.10 manat borcun (pulun) məcburi qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı xeyrinə (hesabına) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin xidməti ərazisi olan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında yerləşən tabeçiliydə müəssisələrin inzibati binaları (VÖEN: **********) müvafiq qaydada qazlaşdırılmaqla müvafiq qaz hesabları açılmışdır. Sözügedən müəssisələrə təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə istehlakçı arasında “qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeçiliyindəki müəssisələrdə uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri tam ödənilmədiyindən cavabdehin ümumilikdə 105 müəssisə üzrə 241552.66 manat həcmində olmuşdur. Borclunun qaz hesabında tələb olunan borc qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktları ilə təsdiqlənmişdir. Şəki-Zaqatala Regional Təhsil İdarəsi borcun könüllü ödənilməsi tələbi ilə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilsə də, tələb olunan tam ödəniş edilməmişdir. Qeyd edir ki, təhsil müəssisələrindən Balakən rayon Qazbölük kənd tam orta məktəbinin hesabından yaranmış borcun 0.03 manat (faktiki borc 3084.57 m), Zaqatala Təhsil Şöbəsinin hesabında yaranmış borcun 54.25 manat (faktiki borc 220.97 m), Zaqatala 3 saylı uşaq baxçasının hesabında yaranmış borcun 36.66 manat (faktiki borc 730.95 m), Şəki rayonunda yerləşən Buta uşaq baxçasının hesabında yaranmış borcun 3287.77 manat (faktiki borc 3287.77 m), Oğuz Təhsil Şöbəsinin hesabında yaranmış borcun 0.02 manat (faktiki borc 0.02 m) hissəsində Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-936/2024 saylı qətnaməsi mövcud olduğundan həmin məbləğlərdə olan ümumilikdə 3378.73 manat borc hazırkı iddia tələbinin predmetini təşkil etmir. Beləliklə də İddiaçı cavabdeh Şəki-Zaqatala Regional Təhsil İdarəsinə qarşı borc tələbi 238173.93 manat təşkil edir. Bundan əlavə cavabdeh Şəki-Zaqatala Regional Təhsil İdarəsinə sonuncu dəfə borcun könüllü ödənilməsi üçün onlayn kargüzarlıq vasitəsilə elektron pretenziya qaydasında xx.xx.2025ci il tarixli **********444542 saylı məktub göndərilsədə, həmin pretenziyalar rəsmi qəbul edilsə də keçən dövr ərzində tam ödəniş edilməmişdir və ona görə də iddiaçı tərəf hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəməyə təqdim olunan materiallar abonentin saldosu, alqı-satqı müqaviləsi, pretenziya məktubu və onun tərəfə çatdırılmasına dair sənəd, iddia ərizəsi və onun tərəfə çatdırılmasına dair sənəd, üzləşmə aktı, əvvəlcədən ödənilmiş rüsum, digər sənədlər, etibarnamə. Tərəflər arasında bağlanılmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin əsas predmeti ondan ibarətdir ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.3.1-ci bəndinə əsasən “istehlakçı” qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Həmin müqavilənin 2.3.5-ci bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, hesab “istehlakçı”ya “paylayıcı” tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsilə tam ödənilməlidir.

3. İddiaçı xx.xx.2026-cı il tarixdə iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, keçən müddət ərzində ümumi borc məbləğinin bir hissəsi cavabdeh təşkilat tərəfindən ödənilmiş və bu səbəbdən iddia tələbi həmin hissədə azaldılmalıdır. Belə ki, hazırkı vəziyyətdə 2025-ci ilin dekabr ayının qaz sərfiyyatı istisna olmaqla aşağıdakı təhsil müəssisələrinin hazırkı iddia tələbini təşkil ediləcək qalıq borcları mövcuddur. Balakən rayonu üzrə Talalar kənd 1 saylı tam orta məktəbin hesabında 188.10 manat, Roçəhməd kənd tam orta məktəbin hesabında 297.54 manat, Yeni şərif kəndində yerləşən 360 şagird yerlik məktəbin hesabında 1138.29 manat, Acılıqbinə kənd orta məktəbin hesabında 455.43 manat, Gülzanbinə kənd orta məktəbin hesabında 72.96 manat, Uzuntala kənd orta məktəbin hesabında 44.18 manat, Qazbölük kənd tam orta məktəbin hesabında 433.49 manat, Poçtbinə kənd 1 nömrəli tam orta məktəbin hesabında 560.88 manat, Gərəkli kənd orta məktəbin hesabında 318.06 manat, Qaravəli kənd tam orta məktəbin hesabında 526.97 manat, Qazbinə kənd orta məktəbin hesabında 245.10 manat, Xalatala kənd tam orta məktəbin hesabında 461.13 manat, Qaysa kənd orta məktəbin hesabında 637.54 manat, Kortala kənd orta məktəbin hesabında 562.59 manat, Sarıbulaq kənd 40 şagirdlik modul tipli orta məktəbin hesabında 72.11 manat, Şərif kənd 1 nömrəli 360 şagirdlik tam orta məktəbin hesabında 844.74 manat, Şambul kənd orta məktəbin hesabında 1261.69 manat, Katex kənd 180 yerlik orta məktəbin hesabında 465.41 manat, Talalar kənd 2 saylı tam orta məktəbin hesabında 795.15 manat, Hənifə kənd orta məktəbin hesabında 623.87 manat, Qazma kənd orta məktəbin hesabında 470.17 manat, Püştətala kənd orta məktəbin hesabında 348.55 manat, Balakən rayon Təhsil şöbəsinin hesabında 517.84 manat, Qullar kənd orta məktəbin hesabında 548.91 manat, Qarhacılı kənd orta məktəbin hesabında 703.67 manat, Katex kənd 2 saylı orta məktəbin hesabında 390.74 manat, Z.Əliyeva adına 3 saylı orta məktəbin hesabında 469.68 manat, Mahamalar kənd orta məktəbin hesabında 592.23 manat, Nizami məktəbin hesabında 1889.84 manat, Humanitar və texniki təmayüllü məktəbin hesabında 835.91 manat, Balakən rayon X2 məktəbinin hesabında 17087.79 manat, Qax rayonu üzrə Tasmalı kənd orta məktəbin hesabında 817.96 manat, Qəbələ rayonu üzrə Kürd kənd orta məktəbin hesabında 318.41 manat, Aydınqışlaq kənd orta məktəbin hesabında 98.91 manat, Şərifli kənd modul tipli orta məktəbin hesabında 63.27 manat, Qəmərvan kənd tam orta məktəbin hesabında 633.84 manat, Dızaxlı kənd orta məktəbin hesabında 157.61 manat, Yemişənli kənd orta məktəbin hesabında 202.06 manat, Yengicə kənd orta məktəbin hesabında 102.60 manat, Nohurqışlaq kənd orta məktəbin hesabında 350.27 manat, Zarağan kənd orta məktəbin hesabında 213.18 manat, 1 saylı Nic kənd orta məktəbin hesabında 570.28 manat, Bum qəsəbəsi 624 şagirdlik orta məktəbin hesabında 257.92 manat, Şəki rayonu üzrə Şəki şəhər X2 məkəbinin hesabında 4187.21 manat, 7 saylı orta məktəbin hesabında 1289.19 manat, 19 saylı orta məktəbin hesabında 284.70 manat, Göybulaq kənd orta məktəbin hesabında 185.96 manat, Baş Göynük kənd orta məktəbin hesabında 395.86 manat, Zaqatala rayonu üzrə 3 saylı uşaq baxçasının hesabında 11.91 manat, Zəyəm kənd orta məktəbin hesabında 299.99 manat borc vardır. Beləliklə iddia tələbi azaldılmış vəziyyətdə 44301.69 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, iddia tələbi azaldılmaqla cavabdeh X4 Təhsil İdarəsindən təbii qazdan istifadəyə görə 44301.69 manat əsas borcun və 222.91 manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir.

II. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, İddiaçı hazırki cavabdehə qarşı Şəki Kommersiya məhkəməsinin icraatında 3 məhkəmə mübahisəsi olmuşdur. Məhkəmə icraatı zamanı isə e-2-2(117)-1628/2025 və e-2-2(117)- 1624/2025 saylı kommersiya işləri bir icraatda baxılması üçün e-2-2(117)-1484/2025 saylı işə birləşdirilmişdir. Nəticədə birləşdirilmiş işlər üzrə ümumi borc məbləği 261665 manat 73 qəpik təşkil etmişdir. Keçən müddət ərzində ümumi borc məbləğinin bir hissəsi cavabdeh təşkilat tərəfindən ödənilmişdir. Belə ki, hazırki siyahı üzrə Balakən, Qax, Qəbələ, Şəki, Zaqatala rayonları üzrə təhsil müəssisələrinin ümumilikdə borc məbləği 44301 manat 69 qəpik təşkil edir. Buna görə də iddia tələbi azaldılaraq cavabdeh X4 Təhsil İdarəsindən təbii qazdan istifadəyə görə 44301 manat 69 qəpik əsas borcun və 222 manat 91 qəpik dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

5. Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, iddiaçıya olan borc məbləğini mübahisələndirmir. İddiaçınə olan borcdan mütəmadi olaraq ödənişlər həyata keçirilir. İşin hallarına uyğun qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

7. Məhkəmə ilk öncə qeyd edir ki, İddiaçı hazırki cavabdehin tabeliyində olan təhsil idarələrinə qarşı Şəki Kommersiya Məhkəməsinin icraatında 3 iddia ərizəsi olmuşdur. Məhkəmə icraatı zamanı həmin işlər üzrə cavabdeh hüquqi şəxlərin struktur baxımından eyni təşkilata aid olması səbəbindən e-2-2(117)-1628/2025 və e-2-2(117)-1624/2025 saylı kommersiya işləri bir icraatda baxılması üçün e-2-2(117)-1484/2025 saylı işə birləşdirilmişdir.

8. İşin müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, qaz paylayıcısı İddiaçı ilə cavabdeh istehlakçı Şəki-Zaqatala Regional Təhsil İdarəsi arasında xx.xx.2022ci il tarixli AMX-2897/22 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmışdır. Müqavilənin predmentinə əsasən qaz paylayıcısı, istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə öz növbəsində aldığı qazın dəyərini qaz sayğacı göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.

9. İş materiallarında olan qaz paylayıcısı İddiaçı ilə istehlakçılar Balakən rayonu X2 Tipli Gimnaziyası və Şəki Şəhər X2 Tipli Gimnaziyası arasında bağlanmış xx.xx.2022-ci il tarixli AMX-4594/22 nömrəli və xx.xx.2022-ci il tarixli AMX-1556/22 nömrəli “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçi arasında qazın alqı-satqısı” barədə müqavilələrdən görünür ki, qaz paylayıcısı, istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə öz növbəsində aldığı qazın dəyərini qaz sayğacı göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.

10. İş materiallarında olan qaz paylayıcısı İddiaçı ilə cavabdeh istehlakçı Şəki- Zaqatala Regional Təhsil İdarəsi arasında bağlanmış xx.xx.2022-ci il tarixli AMX-2897/22 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçi arasında qazın alqı-satqısı” barədə müqaviləyə əlavə olaraq imzalanan protokolda qaz paylayıcısı İddiaçı tərəfindən müqavilə əsasında qazlaşdırılan Şəki-Zaqatala Regional Təhsil İdarəsinin balansında olan müəssisələrin (məktəb, bağçalar, gimnaziyalar və.s) adları öz əksini tapmışdır. Həmçinin protokolda həmin müəssiələrə quraşdırılan qaz sayğaclarının adları və zavod nömrələri öz əksini tapmışdır. Qeyd olunan protokol tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmışdır.

11. Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən İddiaçınə ünvanlanan xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli məktublardan görünür ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin balansına yeni daxil olmuş müəssisələrə qazın verilməsinin təmin olunmasını xahiş edilmiş, həmçinin həmin müəssiəsələrin mövcud qaz borclarının ödənnilməsini öz öhdəliklərinə götürdüklərini qeyd etmişlər.

12. İş materiallarında olan xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktında Balakən rayonu X2 Tipli Gimnaziyası və Şəki Şəhər X2 Tipli Gimnaziyasının təchizatçı müəssisəyə müqavilə əsasında yaranmış qaz borcları öz əksini tapmışdır. Həmin aktlar tərəflərin nümayəndələrinin imzaları və möhürlə təsdiq edilmişdir.

13. Azərbaycan Respublikası və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Zaqatala Regional Təhsil İdarəsinin balansında olan müəssiələrə məxus xx.xx.2026-cı il tarixli abonentin saldolarında tərəflər arasında bağlanan qazın alqı-satqısı barədə müqavilə əsasında yaranmış borc məbləğləri öz əksini tapmışdır.

V. Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

15. X6 Azərbaycan Respublikasının Qanunu: 13.1. İstehlakçılara qazın satışı qaz satıcıları tərəfindən həyata keçirilir. 13.2. İstehlakçılara qazın satışının xüsusiyyətləri qazdan istifadə qaydaları ilə tənzimlənir. 13.3. İstehlakçılar bu Qanuna, qaz təchizatı sektorunu tənzimləyən digər normativ hüquqi aktlara və normativ xarakterli aktlara uyğun olaraq qazı ölkə ərazisində fəaliyyət göstərən qaz satıcısından almaq hüququna malikdirlər. 13.4. İstehlakçıların vəzifələri aşağıdakılardır: 13.4.1. bu Qanunun 24.7-ci maddəsində nəzərdə tutulan qaz təchizatı obyektlərində təhlükəsizlik qaydalarına və bu Qanunun 24.8-ci maddəsində nəzərdə tutulan qaz təchizatı obyektlərinin texniki istismar qaydalarına, həmçinin bu Qanunun 5.4-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək; 13.4.2. qaz qurğularını onların texniki pasportlarında qeyd olunmuş tələblərə uyğun istismar etmək; 13.4.3. istehlak edilən qazın dəyərini və sabit tarifi alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq qaz satıcısına ödəmək.

VI. Məhkəmənin mövqeyi:

16. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

17. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış təbii qazın alqı-satqı müqaviləsindən irəli gəlir. Belə ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

18. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni cavabdeh Azərbaycan Respublikası və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Zaqatala Regional Təhsil İdarəsinin balansında olan müəssiəsələri (məktəb, bağçalar, gimnaziyalar və.s) qaz təchizatı ilə təmin etmiş, cavabdeh isə öz növbəsində istehlak etdiyi təbii qazın dəyərinin bir qismini ödəmiş, 44301,69 manat hissəsi isə ödənilməmiş qalmışdır. Bu hal iş materiallarında olan abonentin saldosu və digər sənədlərlə öz təsdiqini tapmış, həmçinin cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak edərək qeyd olunan borcun mövcudluğunu mübahisələndirmədiyini bildirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

19. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 222,9 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

20. Beləliklə, qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Zaqatala Regional Təhsil İdarəsindən təbii qazdan istifadəyə görə yaranmış 44301,69 manat məbləğində borc və ödənilmiş 222,9 manat məbləğində dövlət rüsumuna görə pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

Vİl. Nəticə:

21. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Zaqatala Regional Təhsil İdarəsindən təbii qazdan istifadəyə görə yaranmış 44301,69 manat məbləğində borc və ödənilmiş 222,9 manat məbləğində dövlət rüsumuna görə pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar