Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1485/2025 10.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borc tələbinə dair işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətdən təbii qazdan istifadəyə görə yaranmış 4514.87 manat məbləğində əsas borcun və 65.55 manat manat ödənilmiş rüsum xərcləri olmaqla, 4580.42 manat borcun (pulun) məcburi, qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı xeyrinə (hesabına) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin xidməti ərazisi olan Şəki rayonunda yerləşən Cavabdeh ASC-yə məxsus olan qeyri yaşayış sahəsi (VÖEN:**********) müvafiq qaydada qazlaşdırılmaqla **********00000 saylı qaz hesabı açılmışdır. Sözügedən qeyri yaşayış sahəsinə təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə Cavabdeh ASC arasında xx.xx.2020-ci il tarxili AMX2144/2020 saylı “qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. Cavabdeh ASC-nin sahibliyindəki qeyri yaşayış sahəsində uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri qismən ödənildiyindən istehlakçının **********00000 saylı qaz hesabında 4514.87 manat həcmində olmuşdur. Belə ki, göstərilən borc Elster G-1000 RVG EK-230 markalı 83039642 nömrəli sayğacın 951081 m mexaniki və 12694100 m elektron göstəricisi ilə yaranmışdır. Borclunun qaz hesabında debitor borcun yaranması ilə bağlı qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktları ilə təsdiqlənmiş olsa da tərəf həmin borcu ödəməkdən yayınmaqdadır. Tələb olunan 4514.87 manat borc yalnız sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmışdır. Cavabdeh ASC-yə borcun könüllü ödənilməsi tələbi ilə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilsə də tələb olunan tam ödəniş edilməmişdir. Bundan əlavə Cavabdeh ASC-yə borcun könüllü ödənilməsi üçün onlayn kargüzarlıq vasitəsilə elektron pretenziya qaydasında məktublar göndərilsədə, həmin pretenziyalar rəsmi qəbul edilsə də keçən dövr ərzində tam ödəniş edilməmişdir və ona görə də iddiaçı tərəf hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, İddiaçı hazırki Cavabdeh ASC-yə qarşı borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Tərəflər arasında hazırda mübahisə predmeti olan borc məbləği 4514 manat 87 qəpik məbləğində təşkil edir. Qeyd etmək istəyir ki, tələb olunan borc məbləği yalnız sayğac göstəricisinə əsasən hesablanmış borc məbləğidir. Məhkəməyə qədər tərəfə pretenziya qaydasında müraciət olunmuş və həmin pretenziyalar rəsmi qəbul edilsə də keçən dövr ərzində tam ödəniş edilməmişdir. Ona görə də iddiaçı tərəf hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbini müdafiə edir. İddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
4. Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, iddiaçı Cavabdeh ASC-nin borcunun hansı vaxtda hansı tarixdə yarandığını əsaslandırmır. Cavabdeh ASC tərəfindən təbii qazdan istifadəyə görə yaranmış borc mütəmadi şəkildə ödənib və və həmin sənədlər məhkəmənin elektron sisteminə yerləşdirilmişdir. Mütəxəssiz rəyində 4514 manat 87 qəpik borcun Azərbaycan Respublikası Tarif Şurasının qərarlarına uyğun olaraq düzgün hesablanması göstərilmişdir. Lakin X1 Agentliyini Şəki filialı üzrə aparıcı müfəttişi kimi verdiyi rəydə borcun əmələ gəlməsi, həqiqətən borcun olub olmaması haqqında əsaslı təhlil, sübutlar təqdim etməmişdir. İddia tələbini qəbul etməyərək təmin olunmamasını məhkəmədən xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
6. İşin müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, qaz paylayıcısı İddiaçı ilə cavabdeh istehlakçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında qazın alqısatqısı ilə bağlı razılıq əldə edilmiş və cavabdehə **********00000 nömrəli abonent kodu verilmişdir. Bu razılıq əsasında qaz paylayıcısı, istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə öz növbəsində aldığı qazın dəyərini qaz sayğacı göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.
7. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, istehlakçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin iddiaçıya istehlak etdiyi qazın dəyəri olan cəmi 4514,87 manat borcu vardır.
8. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, istehlakçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin iddiaçıya istehlak etdiyi qazın dəyəri olan cəmi 10556,63 manat borcu vardır.
9. İş materiallarında olan 2018-ci il tarixi əks etdirən qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktlarından görünür ki, Cavabdeh ASC ilə (köhnə adı "xxxx" ASC) İddiaçı ilə istehlak olunan qazın alqı-satqısı barədə qarşılıqlı hesablaşmalar olmuşdur.
10. İş materiallarında olan 2018-ci il tarixi əks etdirən ödəniş tapşırığlarından görünür ki, Cavabdeh ASC tərəfindən (köhnə adı "xxxx" ASC) İddiaçınə istehlak olunmuş qazın əvəzi olaraq müəyyən məbləğdə ödəniş edilmişdir.
11. İş materiallarında olan xx.xx.2026-cı il tarixli Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məxsus **********00000 nömrəli abonentin saldosundan görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin qeyd olunan tarixə ödənilməmiş 25952,99 manat qaz borcu vardır.
12. Azərbaycan Respublikası Energetika Nazirliyi və X1 Agentliyinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Cavabdeh ASC-yə məxsus Şəki rayonunda yerləşən abonent kodu **********00000 olan qaz sayğacına təbii qazdan istifadəyə görə hesablanmış 4514,87 manat borcun məbləği Tarif Şurasının müəyyən etdiyi qərara uyğun olaraq düzgün hesablanmışdır.
V. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
15. X6 Azərbaycan Respublikasının Qanunu: 13.1. İstehlakçılara qazın satışı qaz satıcıları tərəfindən həyata keçirilir. 13.2. İstehlakçılara qazın satışının xüsusiyyətləri qazdan istifadə qaydaları ilə tənzimlənir. 13.3. İstehlakçılar bu Qanuna, qaz təchizatı sektorunu tənzimləyən digər normativ hüquqi aktlara və normativ xarakterli aktlara uyğun olaraq qazı ölkə ərazisində fəaliyyət göstərən qaz satıcısından almaq hüququna malikdirlər. 13.4. İstehlakçıların vəzifələri aşağıdakılardır: 13.4.1. bu Qanunun 24.7-ci maddəsində nəzərdə tutulan qaz təchizatı obyektlərində təhlükəsizlik qaydalarına və bu Qanunun 24.8-ci maddəsində nəzərdə tutulan qaz təchizatı obyektlərinin texniki istismar qaydalarına, həmçinin bu Qanunun 5.4-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək; 13.4.2. qaz qurğularını onların texniki pasportlarında qeyd olunmuş tələblərə uyğun istismar etmək; 13.4.3. istehlak edilən qazın dəyərini və sabit tarifi alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq qaz satıcısına ödəmək.
VI. Məhkəmənin mövqeyi:
14. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
15. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında mövcud olmuş təbii qazın alqı-satqı barədə müqavilədən irəli gəlir. Belə ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
16. İddiaçı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni Cavabdeh Açıq Səhmdar Cəmiyyətini qaz təchizatı ilə təmin etmiş, cavabdeh isə öz növbəsində istehlak etdiyi təbii qazın dəyərinin bir qismini ödəmiş, 4514,87 manat hissəsi isə ödənilməmiş qalmışdır. Bu hal iş materiallarında olan abonentin saldosu və digər sənədlərlə həmçinin Azərbaycan Respublikası Energetika Nazirliyi və X1 Agentliyinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində də öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
17. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 65,55 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
18. Beləliklə, qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən təbii qazdan istifadəyə görə yaranmış 4514,87 manat məbləğində borc və ödənilmiş 65,55 manat məbləğində dövlət rüsumuna görə pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
Vİl. Nəticə:
19. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən təbii qazdan istifadəyə görə yaranmış 4514,87 manat məbləğində borc və ödənilmiş 65,55 manat məbləğində dövlət rüsumuna görə pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova