Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1487/2024 28.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, Ərizəçi Dövlət Vergi Xidməti 11 Saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı dövlət büdcəsinə olan 1913,8 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 253,64 manat, İcbari Tibbi Sığorta Fonduna olan 50,83 manat borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AZE********, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi Dövlət Vergi Xidməti 11 Saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı dövlət büdcəsinə olan 1913,8 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 253,64 manat, İcbari Tibbi Sığorta Fonduna olan 50,83 manat borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AZE********, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə iddia tələbi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə Nüsrəddin oğlu xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət edərək bildirmişdir ki, maraqlı şəxs tərəfindən ərizə üzrə borc məbləği ödənildiyi üçün iş üzrə ərizənin baxılmadan geri qaytarılmasını xahiş edir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixində məhkəməyə xx.xx.2024-cü il tarixli 5 ədəd müxtəlif nömrəli ödəniş qəbzlərini təqdim etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmişlər. Ərizəçi Dövlət Vergi Xidməti 11 Saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə Maraqlı şəxs məhkəməyə təqdim etdiyi qəbzləri nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, maraqlı şəxs tərəfindən vergi və sosial sığorta fondlarına olan borcun ödənildiyini təsdiq edən sənədlər təqdim edildiyindən və tərəflər arasında hazırkı vəziyyətdə artıq mübahisə mövcud olmadığından işə məhkəmə tərəfindən baxılmalı deyil və iş üzrə icraata xitam verilməlidir. Belə ki, maraqlı şəxsin təqdim etdiyi qəbzlərdən görünür ki, xx.xx.2024-cü il tarixli 5 ədəd müxtəlif nömrəli qəbzlərlə Maraqlı şəxs tərəfindən hökumət ödəniş portalı vasitəsilə ümumilikdə, 2423 manat (2090+42+68+15+208=2423) məbləğində ödəniş edilmiş və tələb edilən borc tam şəkildə ödənilmişdir. Hazırkı vəziyyətdə tərəflər arasında artıq mübahisə mövcud deyildir. Məhkəmə isə mübahisəyə baxdığından və artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməsi qanuni və əsaslıdır. Düzdür ərizəçi ərizənin və sənədlərin geri qaytarılmasını tələb etsə də, bu maraqlı şəxsin hüquqlarına və qanuni maraqlarına ziddiyyət təşkil edir. Belə ki, ərizənin geri qaytarılması və ya ərizənin baxılmamış saxlanması yenidən maraqlı şəxsə qarşı eyni ərizə və iddianın qaldırılması imkanını istisna etmir. Ona görə də maraqlı şəxs borcnu tam ödəmişdirsə, tərəflər arasında hazırkı predmetlə bağlı mübahisənin olmadığı qənaətinə gəlmək mükündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 6-cı maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Belə ki, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Məhkəmə isə mübahisəyə baxdığından və artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməsi qanuni və əsaslıdır. Qeyd edilən halla bağlı qanunvericilikdə norma nəzərdə tutulmadığından məhkəmə qanunun analogiyasını tətbiq etməklə analoji münasibətləri tənzimləyən prosessual normaların tətbiq edilməsini mümkün hesab edir. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Dövlət Vergi Xidməti 11 Saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı dövlət büdcəsinə olan 1913,8 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 253,64 manat, İcbari Tibbi Sığorta Fonduna olan 50,83 manat borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AZE********, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1487/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1487/2024
28.10.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver