Məhkəmə qərarları › İş №e-2-2(117)-1511/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1511/2022

10.10.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1511/2022 10.10.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “”Servis 500” MMC-nin İcbari Tibbi Sığorta Fonduna olan 0,40 manat, Dövlət Sosial Sığorta Fonduna olan 1,42 manat, İşsizlikdən Sığorta Fonduna olan 0,34 manat, Maraqlı şəxs dövlət büdcəsinə 2693,2 manat, "xxxx" MMC-nin İşsizlikdən Sığorta Fonduna olan 5,86 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0,08 manat, dövlət büdcəsinə olan 967,72 manat, Dövlət Sosial Sığorta Fonduna olan 0,44 manat, "xxxx" MMC-nin Dövlət Sosial Sığorta Fonduna olan 47,84 manat, İcbari Tibbi Sığorta Fonduna olan 17,44 manat, İşsizlikdən Sığorta Fonduna olan 5,73 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə həmin fiziki şəxs kimi, həm də hüquqi şəxslərin icra orqanlarının rəhbəri kimi Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AZE ********, FİN nömrəsi xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək “”Servis 500” MMC-nin İcbari Tibbi Sığorta Fonduna olan 0,40 manat, Dövlət Sosial Sığorta Fonduna olan 1,42 manat, İşsizlikdən Sığorta Fonduna olan 0,34 manat, Maraqlı şəxs dövlət büdcəsinə 2693,2 manat, "xxxx" MMC-nin İşsizlikdən Sığorta Fonduna olan 5,86 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0,08 manat, dövlət büdcəsinə olan 967,72 manat, Dövlət Sosial Sığorta Fonduna olan 0,44 manat, "xxxx" MMC-nin Dövlət Sosial Sığorta Fonduna olan 47,84 manat, İcbari Tibbi Sığorta Fonduna olan 17,44 manat, İşsizlikdən Sığorta Fonduna olan 5,73 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək məqsədilə Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AZE ********, FİN nömrəsi xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, ərizəçi və maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarından görünür ki, maraqlı şəxs xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, hazırkı tələb maraqlı şəxsin şəxsiyyəti ilə bağlı olduğundan və hazırkı vəziyyətdə hüquqi varisliyə yol verilmədiyindən şəxsin ölümü iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı ”Servis 500” MMC-nin İcbari Tibbi Sığorta Fonduna olan 0,40 manat, Dövlət Sosial Sığorta Fonduna olan 1,42 manat, İşsizlikdən Sığorta Fonduna olan 0,34 manat, Maraqlı şəxs dövlət büdcəsinə 2693,2 manat, "xxxx" MMC-nin İşsizlikdən Sığorta Fonduna olan 5,86 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0,08 manat, dövlət büdcəsinə olan 967,72 manat, Dövlət Sosial Sığorta Fonduna olan 0,44 manat, "xxxx" MMC-nin Dövlət Sosial Sığorta Fonduna olan 47,84 manat, İcbari Tibbi Sığorta Fonduna olan 17,44 manat, İşsizlikdən Sığorta Fonduna olan 5,73 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə həmin fiziki şəxs kimi, həm də hüquqi şəxslərin icra orqanlarının rəhbəri kimi Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AZE ********, FİN nömrəsi xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar