Məhkəmə qərarları › İş №e-2-2(117)-1514/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1514/2022

10.10.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1514/2022 10.10.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “dövlət büdcəsinə olan 2900,38 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək məqsədilə Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AZE ********, FİN nömrəsi xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək dövlət büdcəsinə olan 2900,38 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək məqsədilə X1 (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AZE ********, FİN nömrəsi xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, ərizəçi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə ərizəçənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Maraqlı şəxs məhkəmə iclasında borcunun ödənildiyini təsdiqləyən qəbzlər təqdim edərək borcu olmadığını bildirdi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Vergi borcu haqqında məlumatdan görünür ki, Maraqlı şəxs 2605,92 manat vergi borcu mövcuddur. xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, ********** nömrəli VÖEN olan Maraqlı şəxs tərəfindən 2610 manat məbləğində pul Dövlət Vergi Xidmətinin 11 saylı ƏVİ Mingəçevir YXO-nun hesabına ödənilmişdir. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, vergi ödəyicisi tərəfindən vergi borcu ödənildiyindən və tərəflər arasında hazırkı vəziyyətdə artıq mübahisə mövcud olmadığından işə məhkəmə tərəfindən baxılmalı deyil və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilən halla bağlı qanunvericilikdə norma nəzərdə tutulmadığından məhkəmə qanunun analogiyasını tətbiq etməklə analoji münasibətləri tənzimləyən prosessual normaların tətbiq edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “dövlət büdcəsinə olan 2900,38 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək məqsədilə Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AZE ********, FİN nömrəsi xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar