Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-152/2025 23.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Dövlət Vergi Xidmətinin 10 Saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı "Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna olan 5.83 manat, dövlət büdcəsinə olan 0.62 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İcbari Tibbi Sığorta Fonduna olan 0.8 manat, dövlət büdcəsinə olan 8334.26 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 442,29 manat, İşsizlikdən Sığorta Fonduna olan 7.14 manat borcunun ödənilməsini təmin etmək məqsədi ilə həm hüquqi şəxsin icra orqanının rəhbəri, həm də fiziki şəxs kimi Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyiciləri olan hüquqi şəxs və fiziki şəxs öhdəliklərini yerinə yetirmədiyindən Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 5.83 manat, dövlət büdcəsinə 0.62 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İcbari Tibbi Sığorta Fonduna 0.8 manat, dövlət büdcəsinə 8334.26 manat, Dövlət Sosial Müdafiə Fonduna 442,29 manat, İşsizlikdən Sığorta Fonduna 7.14 manat borcu yaranmışdır. Cəmiyyətin qeydiyyat sənədinə əsasən Maraqlı şəxs "xxxx" MMC-nin icra orqanının rəhbəridir. Borcun ödənilməsi təmin edilmədiyindən ərizəçi hazırkı tələblə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 5.83 manat, dövlət büdcəsinə 0.62 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İcbari Tibbi Sığorta Fonduna 0.8 manat, dövlət büdcəsinə 8334.26 manat, Dövlət Sosial Müdafiə Fonduna 442,29 manat, İşsizlikdən Sığorta Fonduna 7.14 manat borcu vardır. Bu səbəbdən qeyd olunan borc məbləğlərinin ödənilməsinin təmin edilməsi üçün həm fiziki şəxs, həm hüquqi şəxsin icra orqanının rəhbəri kimi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, keçən məhkəmə iclasında bildirdiyi kimi sahibkar olaraq fəaliyyət göstərir. "xxxx" MMC-nin direktorudur. Elektronika məhsullarının satışı ilə məşğul olur, lisenziya alıb və nisyə malların satışını da aparır.2023-cü ilin mənfəət vergisi hesabatını vergi orqanına təqdim etmiş və uyğunsuzluq olaraq geri bildiriş göndərilmişdir. Ümimilikdə 48 000 manatlıq geri qaytarma qəbzləri icra olunmuş, lakin vergi orqanı bu məbləği onlara mənfəət kimi hesablamışdır. Bu qəbzlər monitorinq ekassa.gov.az saytında öz əksini tapır. Bu məsələ ilə bağlı Vergi xidmətinə və Ombudsmana müraciət etmişdir. Ombudsman tərəfindən əlavə etdiyi qəbzlərin vergi orqanının uçot baza məlumatlarında olduğu bildirilmişdir. Onun vergi orqanına borcu yoxdur. Ərizənin rədd edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, ərizəçi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçi tərəfin iştirakı olmadan baxmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 2-5/2-33998/2024 nömrəli AR İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı tərəfindən Maraqlı şəxs ərizəsinə cavab olaraq ona ünvanlanmış məktubla bildirilmişdir ki, onun məktubunda qeyd etmiş olduğu texniki xəta elektron sistemdə aşkar edilməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli **********795700 nömrəli müraciətinə əlavə edilmiş çeklər vergi orqanının uçot baza məlumatlarında öz əksini tapmışdır. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli 3-21-2-16/2-1159/2025 nömrəli məktub məhkəməyə təqdim edilmişdir. Həmin məktubdan göründüyü kimi "xxxx" MMC-nin Qəbələ rayonu, Qəbələ ş, Heydər Əliyev ünvanında yerləşən elektron avadanlıqların satış mağazasının 2023-cü il üzrə Dövlət Vergi Xidmətinin elektron sistemində mövcud olan onlayn kassa aparatı məlumatları məhkəməyə təqdim edilmişdir. Ərizəçi tərəfindən elektron qaydada materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara vergi ödəyicisi olan fiziki şəxsin və hüquqi şəxsin şəxsi hesab vərəqələri, bildiriş, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək sığortaçının vəzifəsidir. 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənlərin vəzifələridir. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.2 və 6.2.3cü maddələrinə əsasən, işçilərini işsizlikdən sığorta etdirmək və “İşsizlikdən sığorta” haqqında Qanunu ilə müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-5.2.2-ci maddəsinə əsasən sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək icbari tibbi sığorta üzrə sığortalıların vəzifəsidir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə maraqlı şəxsin vergi borcunun olmaması, vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş məlumatların tam olmadığını bildirməsi ilə bağlı etirazına münasibətdə qeyd edir ki, düzdür vergi orqanına məhkəmə tərəfindən ünvanlanmış sorğu ətraflı cavablandırılmasa da, təqdim edilmiş şəxsi hesab vərəqəsindən "xxxx" MMC-nin vergi borcunun olduğu görünür. Həmçinin, məhkəmə maraqlı şəxsə vergi borcunun yanlış hesablanması ilə bağlı etirazı ilə bağlı bildirmişdir ki, onun etirazının əsasını təşkil edən mübahisə hazırkı məhkəmə icraatı çərçivəsində həll edilməsi mümkün deyil, ona görə də vergi orqanının qərarları ilə bağlı aidiyyəti inzibati məhkəməyə müraciət edə bilər. Bundan başqa hazırkı işə xüsusi icraat qaydasında baxıldığından qanunvericilikdə bu halda qarşılıqlı iddia ilə müraciət edilməsi nəzərdə tutulmadığından, həmçinin maraqlı şəxsin bununla bağlı hər hansısa tələbi məhkəməyə daxil olmadığından xüsusi icraat çərçivəsində mübahisəli məsələnin araşdırılması mümkün deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 5.83 manat, dövlət büdcəsinə 0.62 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İcbari Tibbi Sığorta Fonduna 0.8 manat, dövlət büdcəsinə 8334.26 manat, Dövlət Sosial Müdafiə Fonduna 442,29 manat, İşsizlikdən Sığorta Fonduna 7.14 manat borcu yaranmışdır. Vergi orqanının müraciətlərinə baxmayaraq borc ödənilməmişdir ki, qanunla həm fiziki şəxs kimi, həm də hüquqi şəxsin icra orqanının rəhbəri kimi Maraqlı şəxs ölkədən getmək hüququnun fiziki və hüquqi şəxsin borcların ödənilməsi məqsədi ilə məhdudlaşdırılması mümkündür. Məhkəmə hesab edir ki, vergi ödəyicilərinin üzərinə qanunla müəyyən edilmiş vergiləri və sığorta haqlarını ödəmək vəzifəsi qoyulduğundan və onlar, qeyd olunan öhdəliklərin yerinə yetirilməsi üçün cavabdeh olduğundan ərizə təmin edilməli və borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə borc ödənilənədək maraqlı şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Buna görə də ərizəçi dövlət rüsumunu ödəməkdən azad olunduğundan maraqlı şəxsdən 100 (yüz) manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququ, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna olan 5.83 manat, dövlət büdcəsinə olan 0.62 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İcbari Tibbi Sığorta Fonduna olan 0.8 manat, dövlət büdcəsinə olan 8334.26 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 442,29 manat, İşsizlikdən Sığorta Fonduna olan 7.14 manat borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Maraqlı şəxs 100 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-152/2025
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-152/2025
23.01.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver