Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1524/2022 30.11.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixli GL 174 nömrəli lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və 15687,32 manat borcun, 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixli GL 174 nömrəli lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və 15687,32 manat borcun, 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” barədə iddia iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında bildirdi ki, sənədlər hazırlanıb, lakin elektron kabinetə yerləşdirilməmiş və rüsum ödənilməmişdir. Məhkəmə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa dair tələblərə iddiaçı tərəfindən riayət edilmədiyindən, habelə iddiaçı tərəfindən iddianın qiymətinə uyğun dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Hazırki iş üzrə iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışında Cavabdeh xx.xx.2022-ci il tarixə 183.93 manat gecikdirilmiş əsas borcu və 4,05 manat cərimə borcunun olması qeyd edilməsinə baxmayaraq, iddia ərizəsi ilə cavabdehdən 15687,32 manat borcun tutulması xahiş olunur. 15687,32 manat borcun hansı qaydada hesablanması iddia ərizəsində əsaslandırılmamışdır, iddia tələbində əsas borc, faiz borcu və ya cərimə borcu olması qeyd olunmamışdır və tələb buna müvafiq fərdiləşdirilməmişdir. Bundan başqa geri qaytarılması tələb olunan əmlakların (lizinq obyektlərinin) adları iddia ərizəsinin tələb hissəsində dəqiq göstərilməmişdir. Halbuki, iddiaçı tələbini açıq və aydın ifadə etməlidir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.2-ci maddəsinə əsasən əmlakın tələb edilməsi haqqındakı iddialarda iddianın qiyməti tələb edilən əmlakın dəyəri ilə hesablanır. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın bütün tələblərin ümumi məbləği ilə hesablanır. Hazırki iddia tələbinin xx.xx.2020-ci il tarixli GL 174 nömrəli lizinq müqaviləsinə xitam verilməsi hissəsi üzrə Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.2ci maddəsinə əsasən 100 manat, lizinq predmetinin geri qaytarılması hissəsi qaytarılması tələb olunan lizinq predmetlərinin dəyəri həcmində (63551 manat), yəni 280,65 manat və 15687,32 manat borc hissəsində Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən 137,06 manat olmaqla ümumilikdə 517,71 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənildiyindən Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən ödəməli olduğu 517,71 manat dövlət rüsumunun 200 manat hissəsindən azad olunmuşdur. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli məktubla qeyd olunan nöqsanlar sadalanmaqla həmin nöqsanların məhkəmə iclasınadək aradan qaldırılması iddiaçıdan tələb edilmiş və nöqsanlar aradan qaldırılmayacağı təqdirdə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq hazırki məhkəmə iclasınadək nöqsanlar aradan qaldırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC-nin Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixli GL 174 nömrəli lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və 15687,32 manat borcun, 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1524/2022
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1524/2022
30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver