Məhkəmə qərarları › İş №e-2-2(117)-1532/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1532/2022

06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1532/2022 06.10.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli AT-15/19 AT-15/19 nömrəli alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC-yə mallar üçün ödənilmiş müvafiq olaraq 72966,10 manat və 13133,90 manat məbləğində olmaqla ümumilikdə 86100 manat real zərərin, 50000 manat əldən çıxmış faydanın və Mülki Məcəllənin 449-cu maddəsinə uyğun olaraq ödəməkdən boyun qaçırılan məbləğdən faizlərinin hesablanaraq ödənilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı MMC xx.xx.2019-cu il tarixli AT-15/19 AT-15/19 nömrəli alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC-yə mallar üçün ödənilmiş müvafiq olaraq 72966,10 manat və 13133,90 manat məbləğində olmaqla ümumilikdə 86100 manat real zərərin, 50000 manat əldən çıxmış faydanın və MM-nin 449-cu maddəsinə uyğun olaraq ödəməkdən boyun qaçırılan məbləğdən faizlərinin hesablanaraq ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa dair tələblərə riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat və ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Hazırki iş üzrə elektron qaydada verilmiş iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməmiş, cavabdehin adı, hüquqi və faktiki ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları qeyd olunmamışdır. Eyni zamanda məhkəmə onu qeyd edir ki, kağız daşıyıcıda tərtib edilmiş iddia ərizəsində cavabdeh qismində "xxxx" MMC-nin direktoru X1 adı qeyd edilsə də, sənədlərin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış alqısatqı müqaviləsi direktorla deyil, "xxxx" MMC ilə bağlanılmışdır. Bu səbəbdən həmin müqavilədən irəli gələn mübahisələr üzrə proses iştirakçısı cəmiyyət olmaqla hazırki iş üzrə cavabdeh qismində cəmiyyətin adı qeyd olunmalı və tələb ona qarşı yönəldilməlidir. Bundan əlavə iddiaçı tələbində MM-nin 449-cu maddəsinə uyğun olaraq ödəməkdən boyun qaçırılan məbləğdən faizlərinin hesablanaraq ödənilməsini xahiş etsə də, ödənilməsini istədiyi məbləği dəqiq və aydın şəkildə qeyd etməmişdir ki, bu da yuxarıda istinad olunan Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin tələblərinə ziddir. Bundan başqa Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iş üzrə qüvvədə olan Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən iddianın məhkəməyə məlum olan qiymətinə (86100 + 50000) uyğun olaraq ödənilməli olan dövlət rüsumu 426,10 manat təşkil edir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı tərəf mediasiya prosesi üçün 400 manat məbləğində dövlət rüsumu ödədiyindən məhkəməyə müraciət edərkən həmin məbləğdə dövlət rüsumunun ödənilməsindən azad edilmiş, belə olan halda ödənilməmiş 26,10 manat dövlət rüsumu ödənilməmişdir. Bundan başqa iddiaçı tələbinə Mülki Məcəllənin 449-cu maddəsi ilə ödənilməsini arzu etdiyi məbləğidə əlavə edəcəyi təqdirdə həmin məbləğə də uyğun dövlət resumunu ödəməli və bununla bağlı məhkəməyə sübut təqdim etməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli AT-15/19 AT-15/19 nömrəli alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC-yə mallar üçün ödənilmiş müvafiq olaraq 72966,10 manat və 13133,90 manat məbləğində olmaqla ümumilikdə 86100 manat real zərərin, 50000 manat əldən çıxmış faydanın və Mülki Məcəllənin 449-cu maddəsinə uyğun olaraq ödəməkdən boyun qaçırılan məbləğdən faizlərinin hesablanaraq ödənilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar