Məhkəmə qərarları › İş №e-2-2(117)-1536/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1536/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1536/2022 15.11.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “11540 manat məbləğində əsas borcun, 200 manat pul vəsaitinin cavabdehdən tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “11540 manat məbləğində əsas borcun və 200 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak və bank hesabları üzərindəki pul vəsaitlərinə və depozitlərə həbs qoyulması, cavabdehin qanuni nümayəndəsinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin “cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak və bank hesabları üzərindəki pul vəsaitlərinə və depozitlərə həbs qoyulması, cavabdehin qanuni nümayəndəsinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” hissələrini icraata qəbul etməkdən imtina edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, borcunu etiraf edir. Lakin maddi imkanı olmadığına görə borcunun hissə-hissə ödənilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək iddia tələbi üzrə 11540 manat borcu etiraf etmiş və hazırda borcu ödəməyə imkanının olmadığını bildirmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01/06/1 nömrəli müqaviləyə əsasən, satıcı İddiaçı MMC ustehsal, idxal vəya digər formada ticarət predmeti olan meyvə şirə, su və alkoqollu içkiləri hazırki müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi sayılan 1 saylı Əlavədə qeyd edilən miqdarda, çeşiddə Alıcıya təqdim etməyi (satmağı), Alıcı isə müəyyən edilmiş şərtlər daxilində Malın dəyərini ödəyib, qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 577371 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, 11540 manat məbləğində məhsul İddiaçı MMC tərəfindən Cavabdeh məhsul verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 050621 nömrəli "Mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək haqqında" Müqavilədən görünür ki, həmin tarixə Cavabdeh 11540 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. Həmin müqavilənin 3-cü bəndinə əsasən, borclu tələbkara olan borc məbləğini 3 (üç) ay müddətinə bərabər hissələrlə tam ödəyəcəkdir. Həmin müqaviəlnin 3.3-cü bəndinə əsasən, müqavilədə göstərilən qaydalar pozulduğu halda tələbkar borcun hissə-hissə ödənilməsindən birtərəfli imtina etməklə qalıq borcun dərhal ödənilməsini tələb etməkdə haqlıdır. Həmin müqavilənin 4-cü bəndinə əsasən, qeyd edilən borc tam olaraq ödənilməyənədək bu Müqavilə öz qüvvəsində qalır. Tərəflər bu müqavilə üzrə götürülmüş öhdəliklərin tam həcmdə icra edilməsinə görə məsuliyyət daşıyır. Həmin müqavilənin 9-cu bəndinə əsasən, bu Müqavilə hər iki Tərəfdən imzalandıqdan sonra qüvvəyə minir və qüvvəyə minmə günü bu Müqavilə bağlandığı tarixdən hesablanır. İddiaçı tərəfindən elektron qaydada materiallar məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2021-ci il tarixli 01/06/1 nömrəli müqavilə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 567,568-ci maddələri). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında meyvə şirələri, suları və alkoqollu içkilərinin alqı-satqısı ilə bağlı münasibətlər yaranmış və müqavilə bağlanmışdır. Belə ki, MAC-TRADE” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01/06/1 nömrəli müqaviləyə əsasən, satıcı İddiaçı MMC ustehsal, idxal vəya digər formada ticarət predmeti olan meyvə şirələri, suları və alkoqollu içkiləri hazırki müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi sayılan 1 saylı Əlavədə qeyd edilən miqdarda, çeşiddə Alıcıya təqdim etməyi (satmağı), Alıcı isə müəyyən edilmiş şərtlər daxilində Malın dəyərini ödəyib, qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 577371 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, 11540 manat məbləğində məhsul İddiaçı MMC tərəfindən Cavabdeh məhsul verilmişdir. Həmin qaimə həm elektron qaydada, həmçinin Cavabdeh fiziki imzası ilə təsdiq edilir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 050621 nömrəli "Mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək haqqında" Müqavilədən də görünür ki, həmin tarixə Cavabdeh 11540 AZN məbləğində ödənilməmiş borcu yarandığı hər iki tərəfdən təsdiqlənmiş və həmin borcun 3 ay müddətində hissə-hissə ödənilməsini cavabdeh üzərinə götürmüşdür. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, Müqavilədə göstərilən qaydalar pozulduğu halda tələbkar borcun hissə-hissə ödənilməsindən birtərəfli imtina etməklə qalıq borcun dərhal ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, həmin müddətdə borc məbləği ödənilmədiyindən iddiaçı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək 11540 manat məbləğində iddiaçıya olan borcunu etiraf etmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alıb hesab edir ki, məhkəmə qətnaməsi tərəflərin iradəsinə uyğun olaraq qəbul edilməli və cavabdehin iddianı etiraf etməsi qətnamənin əsaslandırılması olaraq qəbul edilməlidir. MPM-in: 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia cavabdeh tərəfindən etiraf edildiyindən və borcun etiraf edilməsi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından iddianın etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddiaçı 200 manat məbləğində mediasiya xərci ödədiyindən və iddia tələbi təmin edildiyindən, həmin mediasiya xərci və 124,62 manat ödənilməmiş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabeh Cavabdeh 11540 (on bir min beş yüz qırx) manat məbləğində əsas borc və 200 (iki yüz) manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 124,62 (bir yüz iyirmi dörd manat altmış iki qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar