Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-154/2025 17.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, iddiaçı Firma "xxxx" QSC-nin vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Firma "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “cavabdehdən müqavilələr üzrə ödənilməyən 539 888 ABŞ dolları əsas borcun və 1313 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Firma "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı “cavabdehdən müqavilələr üzrə ödənilməyən 539 888 ABŞ dolları əsas borcun, 75 206,34 ABŞ dolları məbləğində faiz borcunun və 1313 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş və tələbin təmin edilməsini xahiş etmişdir.
2. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək 539 888 ABŞ dolları əsas borcun və 1313 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi”ni tələb etmişdir.
3. İddiaçı ərizəsində bildirmişdir ki, Rusiya Federasiyasının "Firma Avgust" Səhmdar Cəmiyyəti və "xxxx" MMC arasında 4 iyun 2020-ci il tarixli, 04564-2020 saylı, 14 sentyabr 2020-ci il tarixli 06527-2020 saylı, 20 fevral 2021-ci il tarixli 01112-2021 saylı və 25 iyun 2021-ci il tarixli 05288-2021 saylı müqavilələr bağlanmışdır;
4. 4 iyun 2020-ci il tarixli 04564-2020 saylı Müqavilənin 1.1-ci maddəsinə əsasən iddiaçı müqavilənin 1 nömrəli Əlavəsində sadalanan kimyəvi bitki mühafizə vasitələrini (bundan sonra “Mallar” adlandırılacaq) cavabdehə satmağı və təhvil verməyi və cavabdeh həmin müqavilənin 1.3-cü bəndində müəyyən edilmiş 227 362,00 ABŞ Dolları məbləğində onların qiymətini ödəməyi üzərinə götürmüşdür. Malları müşayiət edən sənədlərdən görünür ki, mallar 11 iyun 2020-ci il tarixində təyinat yerinə çatdırılmış və cavabdehə təhvil verilmişdir. İddiaçı tərəfindən malların çatdırılması və təhvil verilməsi bu CMR sənədi, eləcə də müşayiətedici sənədlərlə təsdiqlənir. Cavabdeh beynəlxalq daşımalarda standart olan CMR sənədlərini imzalamış və bununla da Malların və orada göstərilən müşayiət sənədlərinin qəbulunu təsdiq etmişdir. Malların çatdırılmasına baxmayaraq, Cavabdeh 6.1ci bənddə nəzərdə tutulmuş qaydada ödəniş öhdəliklərini yerinə yetirməmiş və bu da İddiaçı tərəfindən təqdim edilən hesab-fakturadan və üzləşmə aktından görünür. 04564- 2020 saylı Müqavilə üzrə son olaraq 30 mart 2023-cü il tarixli 13 saylı əlavə razılaşma imzalanmışdır. 04564-2020 saylı Müqavilənin 13 saylı əlavə razılaşmasına əsasən Cavabdehin əsas borcu 77 362 (yetmiş yeddi min üç yüz altmış iki) ABŞ dolları təşkil edir və son ödəmə müddəti 15 oktyabr 2023-cü il tarixi müəyyən edilmiş, lakin Cavabdeh öhdəliyini yerinə yetirməyərək bu tarixdə də ödənişi icra etməmişdir.
5. 14 sentyabr 2020-ci il tarixli 06527-2020 saylı Müqavilənin 1.1-ci maddəsinə əsasən iddiaçı Müqavilənin 1 nömrəli Əlavəsində sadalanan kimyəvi bitki mühafizə vasitələrini cavabdehə satmağı və təhvil verməyi və cavabdeh Həmin Müqavilənin 1.3-cü bəndində müəyyən edilmiş 198 696,00 ABŞ dolları məbləğində onların qiymətini ödəməyi üzərinə götürmüşdür. Malları müşayiət edən sənədlərdən görünür ki, Mallar 17 sentyabr 2020-ci il tarixində təyinat yerinə çatdırılmış və Cavabdehə təhvil verilmişdir. İddiaçı tərəfindən Malların çatdırılması və təhvil veriilməsi bu Ərizəyə əlavə edilmiş CMR sənədi, eləcə də müşayiətedici sənədlərlə təsdiqlənir. Cavabdeh beynəlxalq daşımalarda standart olan CMR sənədlərini imzalamış və bununla da Malların və orada göstərilən müşayiət sənədlərinin qəbulunu təsdiq etmişdir. Malların çatdırılmasına baxmayaraq, cavabdeh 6.1ci bənddə nəzərdə tutulmuş qaydada ödəniş öhdəliklərini yerinə yetirməmişdir və bu da iddiaçı tərəfindən təqdim edilən hesab-fakturadan və üzləşmə aktından görünür. 06527- 2020 saylı Müqavilə üzrə son olaraq 30 mart 2023-cü il tarixli 11 saylı Müqaviləyə əlavə razılaşmaya əsasən cavabdehin əsas borcu 138 696 (yüz otuz səkkiz min altı yüz doxsan altı) ABŞ dolları təşkil edir və son ödəmə müddəti 15 oktyabr 2023-cü il tarixi müəyyən edilmiş, lakin cavabdeh öhdəliyini yerinə yetirməyərək bu tarixdə də ödənişi icra etməmişdir.
6. 20 fevral 2021-ci il tarixli 01112-2021 nömrəli Müqavilənin 1.1-ci maddəinsə əsasən iddiaçı Müqavilənin 1 nömrəli Əlavəsində sadalanan kimyəvi bitki mühafizə vasitələrini cavabdehə satmağı və təhvil verməyi və cavabdeh həmin Müqavilənin 1.3-cü bəndində müəyyən edilmiş 128.015,00 ABŞ Dolları məbləğində onların qiymətini ödəməyi üzərinə götürmüşdür. Malları müşayiət edən sənədlərdən görünür ki, Mallar 10 mart 2021ci il tarixində təyinat yerinə çatdırılmış və cavabdehə təhvil verilmişdir. İddiaçı tərəfindən Malların çatdırılması və təhvil verilməsi bu Ərizəyə əlavə edilmiş CMR sənədi, eləcə də müşayiətedici sənədlərlə təsdiqlənir. Malların çatdırılmasına baxmayaraq, cavabdeh 6.1-ci bənddə nəzərdə tutulmuş qaydada ödəniş öhdəliklərini yerinə yetirməmişdir və bu da iddiaçı tərəfindən təqdim edilən hesab-fakturadan və üzləşmə aktından görünür. 01112- 2021 saylı Müqavilə üzrə son olaraq 30 mart 2023-cü il tarixli 6 saylı Müqaviləyə əlavə razılaşma imzalanmış və 01112-2021 saylı Müqavilənin 6 saylı əlavə razılaşmasına əsasən cavabdehin əsas borcu 89 610,50 (səksən doqquz min altı yüz on tam onda beş) ABŞ dolları təşkil edir və son ödəmə müddəti 1 oktyabr 2023-cü il tarixi müəyyən edilmiş, lakin cavabdeh öhdəliyini yerinə yetirməyərək bu tarixdə də ödənişi icra etməmişdir.
7. 25 iyun 2021-ci il tarixli, 05288-2021 nömrəli Müqavilənin 1.1-ci maddəsinə əsasən iddiaçı Müqavilənin 1 nömrəli Əlavəsində sadalanan kimyəvi bitki mühafizə vasitələrini (bundan sonra “Mallar” adlandırılacaq) cavabdehə satmağı və təhvil verməyi və cavabdeh həmin Müqavilənin 1.3-cü bəndində müəyyən edilmiş 356.200,00 ABŞ dolları məbləğində onların qiymətini ödəməyi üzərinə götürmüşdür. Malları müşayiət edən sənədlərdən görünür ki, Mallar 6 iyul 2021-ci il tarixində təyinat yerinə çatdırılmış və cavabdehə təhvil verilmişdir. İddiaçı tərəfindən Malların çatdırılması və təhvil veriilməsi bu Ərizəyə əlavə edilmiş CMR sənədi, eləcə də müşayiətedici sənədlərlə təsdiqlənir. 05288- 2021 saylı Müqaviləyə son olaraq 30 mart 2023-cü il tarixli 6 saylı əlavə razılaşma imzalanmış və müqavilənin əlavə razılaşmasına əsasən cavabdehin əsas borcu 234 220,00 (iki yüz otuz dörd min iki yüz iyirmi) ABŞ dolları təşkil edir və son ödəmə müddəti 1 oktyabr 2023-cü il tarixi müəyyən edilmiş, lakin Cavabdeh öhdəliyini yerinə yetirməyərək bu tarixdə də ödənişi icra etməmişdir.
8. İddiaçı tələbinin hüquqi əsası olaraq Azərbyacan Respublikası Mülki Məcəlləsinin (Mülki Məcəllə və ya MM) 386.1-ci, 389.1-ci, 425.1-ci, 442-ci, 443.1-ci və 459-cu maddələrinə əsaslanmışdır.
İİ. Tərəflərin mövqeləri:
1. İddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış 4 müqavilə və həmin müqavilələrə əlavələrin tələblərinə uyğun olaraq müqavilədə müəyyən edilən bitki mühafizə vasitələri olan dərmanlar cavadehə təhvil verilmiş, lakin cavabdeh həmin mallara görə ödənilməli olan vəsaiti ödəməmişdir. Hazırkı müqavilədən əlavə tərəflər arasında hər hansı bir müqavilə imzalanmamış, cavabdeh iddiaçının Azərbaycan Respublikası ərazisində distributoru və ya agenti olmasına dair arayış müqavilə tələbləri ilə uyğunluq təşkil etmir və iddiaçı həmin sənədi qəbul etmir. İddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş edir.
2. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında bildirmişdir ki, tərəflər arasında bağlanmış 4 ədəd müqavilə bitki mühafizə vasitələrinin satılması barədə olmuş, hər 4 müqavilə üzrə malları qəbul etmiş və onun nəticəsində borc yaranmışdır. Lakin tərəflər arasında olan münasibətlər alqı-satqı münasibətlərindən deyil, distributorluq münasibətlərindən yaranmışdır. Belə ki, qeyd edilən müqavilələr üzrə alınmış mallar satılmadığı təqdirdə ödəniş olmazsa və ya yararlılıq müddəti ötərsə iddiaçı tərəfindən geri qaytarılmalı və bu hal cavabdehin borcunun yaranmasına əsas olmamalıdır. Cavabdehin nümayəndəsi bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" MMC-nin onun Azərbaycan Respublikası ərazisində rəsmi distributoru olmasına dair xx.xx.2020-ci il tarixli arayış təqdim edərək bildirmişdir ki, xaricdən gətirilən bütün mallar istisnasız olaraq alqısatqı müqaviləsi ilə rəsmiləşdirilməklə ölkə ərazisinə daxil olur. Bu gömrük qanunvericiliyinin tələbidir. Buna baxamaraq, iddiaçı hüquqi şəxs onun təmsil etdiyi hüquqi şəxsə münasibətdə vicdanlı davranış nümayiş etdirməmiş, ona malları verdikdən sonra yeni göndərdiyi malları Azərbaycan şirkəti olan "xxxx" MMC-yə göndərmiş, sonuncu şəxs iddiaçının bütün mallarını Azərbaycanda satışını daha aşağı qiymətlə aparmış, bu səbəbdən onda olan mallar satılmamış qalmış və yararlılıq müddəti ötürülmüşdür. Beynəlxalq ticarət qaydalarına uyğun olaraq qeyd edilən dərman vasitələri satılmamışdırsa və ya yararlılıq müddəti ötürülmüşdürsə, bununla bağlı xüsusi tənzimləmələr mövcuddur ki, həmin mallar məhv edilməlidir. İddiaçının bununla bağlı vəzifələri vardır, hətta o qeyd edilən dərmanların məhv edilməsi ilə bağlı vəsait də ayırmalıdır.Cavabdehin nümayəndəsi yekunda bildirmişdir ki, qeyd edilən dərman vasitələri üçün yaranmış borc cavabdeh tərəfindən ödənilməli deyil, həmin dərman vasitələri iddiaçı tərəfindən geri qaytarılmalıdır.
İİİ. Məhkəmə baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Konstitusiyası
M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı - İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 397.1. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. - 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. - 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. - 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 571.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. - 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. - 586.1. Qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğısatqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. - 586.2. Əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. - 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. - 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. - 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. - 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
17. Rusiya Federasiyasının Mülki Məcəlləsinin:
Maddə 454. Alqı-satqı müqaviləsinə əsasən bir tərəf (satıcı) əşyanı (malı) digər tərəfin (alıcının) mülkiyyətinə verməyi, alıcı isə bu malı qəbul etməyi və onlar üçün müəyyən məbləğdə pul (qiymət) ödəməyi öhdəsinə götürür.
Maddə 483
1. Alıcı qanunda, digər hüquqi aktlarda və ya müqavilədə nəzərdə tutulmuş müddətdə, əgər belə müddət müəyyən edilməmişdirsə, müqavilənin məqsədinin pozulmasına əsaslandıqdan sonra ağlabatan müddətdə malın miqdarı, çeşidi, keyfiyyəti, tamlığı, qabı və (və ya) qablaşdırılması ilə bağlı alqı-satqı müqaviləsinin şərtlərinin pozulması barədə satıcıya məlumat verməyə borcludur.
Maddə 486
1. Əgər bu Məcəllədə, başqa qanunda, digər qanunvericilik aktlarında və ya alqısatqı müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən irəli gəlmirsə, alıcı malın haqqını satıcının malı ona təhvil verməzdən əvvəl və ya ondan dərhal sonra ödəməyə borcludur.
2. Alqı-satqı müqaviləsində malın hissə-hissə ödənilməsi nəzərdə tutulmadıqda, alıcı təhvil verilmiş malın qiymətini tam şəkildə satıcıya ödəməyə borcludur.
3. Alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq təhvil verilmiş malın haqqını vaxtında ödəmədikdə, satıcı bu Məcəllənin 395-ci maddəsinə uyğun olaraq malın haqqının ödənilməsini və faizlərin ödənilməsini tələb etmək hüququna malikdir.
4. Alıcı alqı-satqı müqaviləsini pozaraq malı qəbul etməkdən və haqqını ödəməkdən imtina etdikdə, satıcı öz mülahizəsinə görə malın haqqının ödənilməsini tələb etmək və ya müqaviləni yerinə yetirməkdən imtina etmək hüququna malikdir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (bundan sonra mətndə MPM):
- 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
V. Sübutların tədqiqi:
19. İşə əlavə edilmiş Rusiya Federasiyası Moskva X1 X2 Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında 212/52 nömrəli şəhadətnaməyə əsasən Firma "xxxx" Qapalı Səhmdar Cəmiyyəti olaraq 1993-cü ilin fevralın 19-da qeydiyyata alınmış, 50:54:745 nömrə altında reyestrə daxil edilmiş və xx.xx.1993-cü il tarixli, xx.xx.1995-ci il tarixli, xx.xx.1995-ci il tarixli, xx.xx.1998ci il tarixli və xx.xx.2998-ci il tarixli dəyişikliklər də dövlət qeydiyyatına alınmışdır.
20. Firma "xxxx" QSC-nin MDB üzrə satış rəhbərinin imzalayaraq möhürlədiyi qeyrimüəyyən şəxslərin dairəsinə ünvanlanmış arayışından görünür ki, Cavabdeh MMC Azərbaycan Respublikası ərazisində Firma "xxxx" SC-nin rəsmi distribütorudur. 21.Tərəflər arasında bağlanmış 4 iyun 2020-ci il tarixli 04564-2020 saylı Müqavilənin 1.1-ci maddəsinə əsasən "xxxx" ASC (Satıcı olaraq) Müqavilənin əlavəsində sadalanan kimyəvi bitki mühafizə vasitələrini (bundan sonra “Məhsul” adlandırılacaq) "xxxx" MMC-yə (Alıcı olaraq) satmağı, təhvil verməyi həmin Müqavilənin 1.3-cü bənddə müəyyən edilmiş 227 362,00 ABŞ dolları məbləğində onların qiymətini ödəməyi üzərinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən məhsulun keyfiyyəti istehsalçısının standart keyfiyyətinə uyğun olmalıdır. Müqavilənin 5.1-ci bəndinə əsasən təchizat müddəti ən geci xx.xx.2020-ci il müəyyən edilmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən yükün çatdırılma yeri Balakən rayonu, Gərəkli kəndi, yük alan "xxxx"xxxx"xxxx" ASC, yük göndərmə yeri Rusiya Federasiyası Çuvaşiya Respublikası, Vurnar qəsəbəsi, Zavodskaya küçəsi. Müqavilənin 6.1-ci bəndinə əsasən ödəniş ABŞ dolları ilə həyata keçirilir. Alıcı məhsul göndərilmədən əvvəl 10000 ABŞ dolları, məhsulun alıcıya təhvil verildiyi andan 14 gün ərzində 20000 ABŞ dolları, məhsulun UTD (universal təqdimat) tarixindən 30 gün ərzində 126680 ABŞ dolları, 70682 ABŞ dolları xx.xx.2020-ci il tarixinədək Satıcıya ödəməlidir. Müqavilənin 7.1-ci bəndinə əsasən Məhsulun təyinat məntəqəsinə çatdırldıqdan sonra keyfiyyət yoxlaması zamanı məhsulun keyfiyyətinin müqaviləyə uyğun olmaması aşkar edilərsə, satıcı (alıcının seçiminə uyğun olaraq) ya qiymətə tərəflər arasında razılaşdırılmış endirim etməli, ya da keyfiyyətsiz məhsulu müqavildə nəzərədə tutulmuş keyfiyyətli məhsulla əvəz etməlidir. Müqavilənin 8.1-ci bəndinə əsasən tərəflər bu müqavilənin şərtlərinin pozulmasına görə Rusiya federasiyasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. Müqavilənin 10-cu bəndinə əsasən tərəflər iddiaçının seçiminə əsasən alternative yurisdiksiya müəyyən etmişdir. Bu müqavilədədən (sazişdən) irəli gələn və onunla əlaqəli olan, o cümlədən onun qüvvəyə minməsi, bağlanması, dəyişdirilməsi, icrası, pozulması, ləğvi və ya etibarlığı ilə bağlı bütün mübahisələr, fikir ayrılıqları və ya tələblər aşağıdakı yollarla həll edilir: a) ya cavabdehin yerləşdiyi yerdəki dövlət məhkəməsində, tətbiq olunan müvafiq qanunvericiliyə uyğun olaraq: b) ya da Rusiya Federasiyasının Ticarət-Sənaye Palatası nəzdindəki Beynəlxalq Ticarət Arbitraj Məhkəməsində, tətbiq edilən qaydalar və tənzimləmələr əsasında. Dövlət məhkəməsinə arbitraj məhkəməsinin səlahiyyətlərinin olmadığı barədə qərar çıxarılması üçün müraciət edilməsi, əgər arbitraj məhkəməsi öz səlahiyyətinin mövcudluğu haqqında ayrıca qərar qəbul edibsə, istisna edilir. Müqavilənin 10.3-cü bəndinə əsasən Bu müqavilə Rusiya Federasiyasının maddi hüquq normaları ilə tənzimlənir. Müqavilənin 12.1-ci bəndinə əsasən müqavilənin xx.xx.2020-ci il tarixədək qüvvədə olduğu qeyd edilir.
22. Tərəflər arasında imzalanmış 04564-2020 saylı Müqaviləyə 30 mart 2023-cü il tarixli 13 saylı əlavə razılaşmaya əsasən cavabdehin əsas borcu 77 362 (yetmiş yeddi min üç yüz altmış iki) ABŞ dolları təşkil edir və son ödəmə müddəti 15 oktyabr 2023-cü il tarixi müəyyən edilmiş, müqavilənin xx.xx.2023-cü il tarixədək qüvvədə olduğu qeyd edilir.
23. Tərəflər arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli, 06527-2020 saylı Müqavilənin 1.1-ci maddəsinə əsasən "xxxx" ASC (Satıcı olaraq) Müqavilənin 1 nömrəli Əlavəsində sadalanan kimyəvi bitki mühafizə vasitələrini (bundan sonra “Məhsul” adlandırılacaq) "xxxx" MMC-yə (Alıcı olaraq) satmağı və təhvil verməyi və cavabdeh həmin müqavilənin 1.3-cü bəndində müəyyən edilmiş 198 696,00 ABŞ dolları məbləğində onların qiymətini ödəməyi üzərinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən məhsulun keyfiyyəti istehsalçısının standart keyfiyyətinə uyğun olmalıdır. Müqavilənin 5.1ci bəndinə əsasən təchizat müddəti ən geci xx.xx.2020-ci il müəyyən edilmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən yükün çatdırılma yeri Balakən rayonu, Gərəkli kəndi, yük alan "xxxx"xxxx"xxxx" ASC, yük göndərmə yeri Rusiya Federasiyası Çuvaşiya Respublikası, Vurnar qəsəbəsi, Zavodskaya küçəsi. Müqavilənin 6.1-ci bəndinə əsasən ödəniş ABŞ dolları ilə həyata keçirilir. Alıcı, məhsul göndərilmədən əvvəl 20000 ABŞ dolları, xx.xx.2020-ci il tarixədək 40000 ABŞ dolları, xx.xx.2020-ci il tarixədək 138696 ABŞ dolları Satıcıya ödəməlidir. Müqavilənin 7.1-ci bəndinə əsasən Məhsulun təyinat məntəqəsinə çatdırıldıqdan sonra keyfiyyət yoxlaması zamanı məhsulun keyfiyyətinin müqaviləyə uyğun olmaması aşkar edilərsə, satıcı (alıcının seçiminə uyğun olaraq) ya qiymətə tərəflər arasında razılaşdırılmış endirim etməli, ya da keyfiyyətsiz məhsulu müqavilədə nəzərdə tutulmuş keyfiyyətli məhsulla əvəz etməlidir. Müqavilənin 8.1-ci bəndinə əsasən tərəflər bu müqavilənin şərtlərinin pozulmasına görə Rusiya federasiyasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. Müqavilənin 10-cu bəndinə əsasən bu Müqavilənin icrası və ya izahı zamanı, eləcə də onun pozulması, ləğv edilməsi və ya etibarsızlığı ilə bağlı mübahisələr yarandıqda, tərəflər ilk növbədə onları danışıqlar yolu ilə həll etməyə çalışmalıdırlar. Bu müqavilədən irəli gələn və ya onunla bağlı olan, o cümlədən onun icrası, pozulması, dayaandırılması və ya etibarsızlığı, müqavilənin izahı və təminat tədbirlərinin tətbiqi ilə bağlı bütün mübahisələr, fikir ayrılıqları və ya iddialar Azərbaycan Respublikasının müvafiq məhkəməsində həll edilir. Mübahisənin həlli zamanı tətbiq edilən hüquq Azərbaycan Respublikasının hüququdur. Müqavilənin 12.1-ci bəndinə əsasən müqavilənin xx.xx.2020-ci il tarixədək qüvvədə olduğu qeyd edilir.
24. Tərəflərin 06527-2020 saylı Müqavilə üzrə imzaladıqları 30 mart 2023-cü il tarixli 11 saylı Əlavə razılaşmasına əsasən cavabdehin əsas borcu 138 696 (yüz otuz səkkiz min altı yüz doxsan altı) ABŞ dolları təşkil edir və son ödəmə müddəti 15 oktyabr 2023-cü il tarixi müəyyən edilmiş, müqavilənin müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir.
25. Tərəflər arasında bağlanmış 20 fevral 2021-ci il tarixli 01112-2021 saylı Müqavilənin 1.1-ci maddəsinə əsasən "xxxx" ASC (Satıcı olaraq) Müqavilənin 1 nömrəli Əlavəsində sadalanan kimyəvi bitki mühafizə vasitələrini (bundan sonra “Məhsul” adlandırılacaq) "xxxx" MMC-yə (Alıcı olaraq) satmağı və təhvil verməyi və cavabdeh Həmin Müqavilənin 1.3-cü bəndində müəyyən edilmiş 128.000 ABŞ Dolları məbləğində onların qiymətini ödəməyi üzərinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən məhsulun keyfiyyəti istehsalçısının standart keyfiyyətinə uyğun olmalıdır. Müqavilənin 5.1ci bəndinə əsasən təchizat müddəti ən geci xx.xx.2021-ci il müəyyən edilmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən yükün çatdırılma yeri Balakən rayonu, Gərəkli kəndi, yük alan "xxxx"xxxx"xxxx" ASC, yük göndərmə yeri Rusiya Federasiyası Çuvaşiya Respublikası, Vurnar qəsəbəsi, Zavodskaya küçəsi. Müqavilənin 6.1-ci bəndinə əsasən ödəniş ABŞ dolları ilə həyata keçirilir. Alıcı məhsul göndərilmədən əvvəl 38000 ABŞ dolları, 90015 ABŞ dollarını xx.xx.2021-ci il tarixinədək Satıcıya ödəməlidir. Müqavilənin 7.1-ci bəndinə əsaəsn Məhsulun təyinat məntəqəsinə çatdırldıqdan sonra keyfiyyət yoxlaması zamanı məhsulun keyfiyyətinin müqaviləyə uyğun olmaması aşkar edilərsə, satıcı (alıcının seçiminə uyğun olaraq) ya qiymətə tərəflər arasında razılaşdırılmış endirim etməli, ya da keyfiyyətsiz məhsulu müqavildə nəzərədə tutulmuş keyfiyyətli məhsulla əvəz etməlidir. Müqavilənin 8.1-ci bəndinə əsasən tərəflər bu müqavilənin şərtlərinin pozulmasına görə Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. Müqavilənin 10-cu bəndinə əsasən tərəflər iddiaçının seçiminə əsasən alternativ yurisdiksiya müəyyən etmişdir. Bu müqavilədən irəli gələn və onunla əlaqəli olan, o cümlədən onun qüvvəyə minməsi, bağlanması, dəyişdirilməsi, icrası, pozulması, ləğvi və ya etibarlığı ilə bağlı bütün mübahisələr, fikir ayrılıqları və ya tələblər aşağıdakı yollarla həll edilir: a) ya cavabdehin yerləşdiyi yerdəki dövlət məhkəməsində, tətbiq olunan müvafiq qanunvericiliyə uyğun olaraq: b) ya da Rusiya Federasiyasının Ticarət-Sənaye Palatası nəzdindəki Beynəlxalq Ticarət Arbitraj Məhkəməsində, tətbiq edilən qaydalar və tənzimləmələr əsasında. Dövlət məhkəməsinə arbitraj məhkəməsinin səlahiyyətlərinin olmadığı barədə qərar çıxarılması üçün müraciət edilməsi, əgər arbitraj məhkəməsi öz səlahiyyətinin mövcudluğu haqqında ayrıca qərar qəbul edibsə, istisna edilir. Müqavilənin 10.3-cü bəndinə əsasən Bu müqavilə Rusiya Federasiyasının maddi hüquq normaları ilə tənzimlənir. Müqavilənin 12.1-ci bəndinə əsasən müqavilənin xx.xx.2021-ci il tarixədək qüvvədə olduğu qeyd edilir.
26. Tərəflər arasında bağlanmış 01112-2021 saylı Müqavilə üzrə 30 mart 2023-cü il tarixli 6 saylı Müqaviləyə əlavə razılaşmadan görünür ki, cavabdehin əsas borcu 89610,50 (səksən doqquz min altı yüz on tam onda beş) ABŞ dolları təşkil edir və son ödəmə müddəti 1 oktyabr 2023-cü il tarixi müəyyən edilmişdir. Müqavilənin müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir.
27. Tərəflər arasında bağlanmış 25 iyun 2021-ci il tarixli 05288-2021 saylı Müqavilənin 1.1-ci maddəsinə əsasən "xxxx" ASC (Satıcı olaraq) Müqavilənin 1 nömrəli Əlavəsində sadalanan kimyəvi bitki mühafizə vasitələrini (bundan sonra “Məhsul” adlandırılacaq) "xxxx" MMC-yə (Alıcı olaraq) satmağı və təhvil verməyi və Alıcı həmin Müqavilənin 1.3-cü bəndində müəyyən edilmiş 356.200,00 ABŞ Dolları məbləğində onların qiymətini ödəməyi üzərinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən məhsulun keyfiyyəti istehsalçısının standart keyfiyyətinə uyğun olmalıdır. Müqavilənin 5.1-ci bəndinə əsasən təchizat müddəti ən geci xx.xx.2021-ci il müəyyən edilmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən yükün çatdırılma yeri Balakən rayonu, Gərəkli kəndi, yük alan "xxxx"xxxx"xxxx" ASC, yük göndərmə yeri Rusiya Federasiyası Çuvaşiya Respublikası, Vurnar qəsəbəsi, Zavodskaya küçəsi. Müqavilənin 6.1-ci bəndinə əsasən ödəniş ABŞ dolları ilə həyata keçirilir. Alıcı məhsul göndərilmədən əvvəl hesab təqdim edildikdən 10 bank günü ərzində 21600 ABŞ dolları, 100380 ABŞ dollarını məhsul göndərmədən əvvəl, qalan 234220 ABŞ dollarını xx.xx.2021-ci il tarixinədək Satıcıya ödəməlidir. Müqavilənin 7.1-ci bəndinə əsasən Məhsulun təyinat məntəqəsinə çatdırldıqdan sonra keyfiyyət yoxlaması zamanı məhsulun keyfiyyətinin müqaviləyə uyğun olmaması aşkar edilərsə, satıcı (alıcının seçiminə uyğun olaraq) ya qiymətə tərəflər arasında razılaşdırılmış endirim etməli, ya da keyfiyyətsiz məhsulu müqavildə nəzərədə tutulmuş keyfiyyətli məhsulla əvəz etməlidir. Müqavilənin 8.1-ci bəndinə əsasən tərəflər bu müqavilənin şərtlərinin pozulmasına görə Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. Müqavilənin 10-cu bəndinə əsasən tərəflər iddiaçının seçiminə əsasən alternativ yurisdiksiya müəyyən etmişdir. Bu müqavilədən irəli gələn və onunla əlaqəli olan, o cümlədən onun qüvvəyə minməsi, bağlanması, dəyişdirilməsi, icrası, pozulması, ləğvi və ya etibarlığı ilə bağlı bütün mübahisələr, fikir ayrılıqları və ya tələblər aşağıdakı yollarla həll edilir: a) ya cavabdehin yerləşdiyi yerdəki dövlət məhkəməsində, tətbiq olunan müvafiq qanunvericiliyə uyğun olaraq: b) ya da Rusiya Federasiyasının Ticarət-Sənaye Palatası nəzdindəki Beynəlxalq Ticarət Arbitraj Məhkəməsində, tətbiq edilən qaydalar və tənzimləmələr əsasında. Dövlət məhkəməsinə arbitraj məhkəməsinin səlahiyyətlərinin olmadığı barədə qərar çıxarılması üçün müraciət edilməsi, əgər arbitraj məhkəməsi öz səlahiyyətinin mövcudluğu haqqında ayrıca qərar qəbul edibsə, istisna edilir. Müqavilənin 10.3-cü bəndinə əsasən Bu müqavilə Rusiya Federasiyasının maddi hüquq normaları ilə tənzimlənir. Müqavilənin 12.1-ci bəndinə əsasən müqavilənin xx.xx.2021-ci il tarixədək qüvvədə olduğu qeyd edilir.
28. Tərəflər arasında bağlanmış 05288-2021 saylı Müqaviləyə 30 mart 2023-cü il tarixli 6 saylı əlavə razılaşmaya əsasən cavabdehin əsas borcu 234 220,00 ABŞ (iki yüz otuz dörd min iki yüz iyirmi) dolları təşkil edir və son ödəmə müddəti 01 oktyabr 2023-cü il tarixi müəyyən edilmişdir. Müqavilənin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilir.
29. İddiaçı tərəfindən təqdim edilmiş CMR (beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin (CMR) rəsmiləşdirilməsi) sənədləri ilə müəyyən edilir ki, 4 iyun 2020-ci il tarixli 04564-2020 saylı Müqavilə üzrə 227 362,00 ABŞ dolları məbləğində məhsullar 17 sentyabr 2020-ci il tarixində, 20 fevral 2021-ci il tarixli 01112-2021 saylı Müqavilə üzrə 128.015,00 ABŞ dolları məbləğində olan məhsullar 10 mart 2021-ci il tarixində, 25 iyun 2021-ci il tarixli, 05288-2021 nömrəli müqavilə üzrə 356.200,00 ABŞ dolları məbləğində məhsullar 6 iyul 2021-ci il tarixində təyinat yerinə çatdırılmış və Cavabdehə təhvil verilmişdir. CMR sənədi, eləcə də müşayiətedici sənədlərlə təsdiqlənmiş, beynəlxalq daşımalarda standart olan CMR sənədlərini imzalamış və bununla da Malların və orada göstərilən müşayiət sənədlərinin qəbulunu təsdiq etmişdir.
30. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/2510-9/2570 nömrəli məhkəmə-əmtəəşünaslıq eskpertizasının rəyindən müəyyən edilir ki, tədqiqat təqdim edilmiş məhsulların üzərinə baxış keçirən zaman həmin bitki dərman vasitələrinin yararlılıq müddəti 2-5 il aralığında olmuş, istehsal tarixi 2017-2020-ci illər aralığında olmuş, 16 adda məhsulların yararlılıq müddəti keçmişdir. Yararlılıq müddəti bitməyən 300 litr Rusiya istehsalı olan "xxxx" firmasına məxsus “Reqqi” markalı bitki mühafizə vasitəsi və 22 kq Rusiya istehsalı olan "xxxx" firmasına məxsus”Maqnum” markalı bitki mühafizə vasitəsi olduğu müəyyən olunmuşdur. Qeyd edilən məhsullardan Rusiya istehsalı olan "xxxx" firmasına məxsus “Ordan” markalı bitki mühafizə vasitələrinin 1 kq olduğu və həmin məhsulun üzərinə istehsal və yararlılıq müddətinin olmadığı müəyyən olunmuşdur. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı sahəsində xüsusi bilik olmamaqla məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qiymətləndirmə fəaliyyəti qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü olaraq müəyyən edildiyindən materialların və xidmətlərin dəyərinin müəyyən edilməsi mümkün olmamışdır.
31. Cavabdeh tərəfindən təqdim edilən "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli ƏQ- 012/2025 nömrəli “Bitki mühafizə vasitələrinin qiymətləndirilməsi” barədə mütəxəssis rəyindən müəyyən edilir ki, Cavabdeh MMC-nin rəhbəri Nümayəndə2 təqdim etdiyi sənədlərə əsasən 24 adda bitki mühafizə vasitəsinin xx.xx.2025-ci il tarixə real bazar dəyəri 922538,70 maant təşkil edir.
Vİ. Məhkəmənin mövqeyi:
32. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin qanuni, obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
33. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
34. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
35. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış 4 iyun 2020-ci il tarixli 04564-2020 saylı Müqavilənin, 20 fevral 2021-ci il tarixli 01112-2021 saylı Müqavilənin və 25 iyun 2021-ci il tarixli 05288-2021 saylı Müqavilənin 10-cu bəndinə əsasən tərəflər iddiaçının seçiminə əsasən alternativ yurisdiksiya müəyyən etmişdir. Bu müqavilədən irəli gələn və onunla əlaqəli olan, o cümlədən onun qüvvəyə minməsi, bağlanması, dəyişdirilməsi, icrası, pozulması, ləğvi və ya etibarlığı ilə bağlı bütün mübahisələr, fikir ayrılıqları və ya tələblər aşağıdakı yollarla həll edilir: a) ya cavabdehin yerləşdiyi yerdəki dövlət məhkəməsində, tətbiq olunan müvafiq qanunvericiliyə uyğun olaraq: b) ya da Rusiya Federasiyasının Ticarət-Sənaye Palatası nəzdindəki Beynəlxalq Ticarət Arbitraj Məhkəməsində, tətbiq edilən qaydalar və tənzimləmələr əsasında. Dövlət məhkəməsinə arbitraj məhkəməsinin səlahiyyətlərinin olmadığı barədə qərar çıxarılması üçün müraciət edilməsi, əgər arbitraj məhkəməsi öz səlahiyyətinin mövcudluğu haqqında ayrıca qərar qəbul edibsə, istisna edilir. Müqavilənin 10.3-cü bəndinə əsasən Bu müqavilə Rusiya Federasiyasının maddi hüquq normaları ilə tənzimənir.
36. Tərəflər arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli, 06527-2020 saylı Müqavilənin 10-cu bəndinə əsasən bu Müqavilənin icrası və ya izahı zamanı, eləcə də onun pozulması, ləğv edilməsi və ya etibarsızlığı ilə bağlı mübahisələr yarandıqda, tərəflər ilk növbədə onları danışıqlar yolu ilə həll etməyə çalışmalıdırlar. Bu müqavilədən irəli gələn və ya onunla bağlı olan, o cümlədən onun icrası, pozulması, dayandırılması və ya etibarsızlığı, müqavilənin izahı və təminat tədbirlərinin tətbiqi ilə bağlı bütün mübahisələr, fikir ayrılıqları və ya iddialar Azərbaycan Respublikasının müvafiq məhkəməsində həll edilir. Mübahisənin həlli zamanı tətbiq edilən hüquq Azərbaycan Respublikasının hüququdur.
37. Yuxarıda qeyd edilən bütün müqavilələrin 10.3-cü bəndinə əsasən Bu müqavilə Rusiya Federasiyasının maddi hüquq normaları ilə tənzimənir. Bu hal 14 sentyabr 2020-ci il tarixli, 06527-2020 saylı Müqaviləsində mübahisənin həlli zamanı tətbiq edilən hüquq Azərbaycan Respublikasının hüququdur.
38. Məhkəmə qeyd edir ki, tərəflər müqavilədə alternativ məhkəmə aidiyyəti seçdiklərindən, yəni həm dövlət məhkəməsində, eyni zamanda müvafiq Arbitrajda mübahisələrə baxılması ilə bağlı tərəflərin seçim imkanları müəyyən edildiyindən, həmçinin iddiaçı hazırkı iddia üzrə cavabdehin yerləşdiyi yerin, yəni Azərbaycan Respublikasının məhkəməsinə müraciət etdiyindən hazırkı məhkəmə tərəfindən işə baxılması qanunidir. Bundan əlavə məhkəmədə prosessual qanun olaraq hazırkı mübahisə üzrə Azərbaycan Respublikasının qanunları, maddi qanun olaraq 1 müqavilə üzrə Azərbaycan Respublikasının qanununun, eyni zamanda Rusiya Federasiyasının qanunlarının tətbiq edilməsini tərəflər müqavilədə nəzərdə tutmuşlar.
39. MPM-in: 440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; 443.0.2. xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda; 443.0.3. cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda;……….
40. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1. Müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. 24.2. Müqavilə tərəfləri həm bütövlükdə müqavilə üçün, həm da onun ayrı-ayrı hissələri üçün tətbiq olunmalı hüququ seçə bilərlər. 24.4. Müqavilə ilə bağlı ölkənin imperativ normalarının tətbiq edilməməsinə səbəb olan hüququn seçilməsi etibarsızdır. 25.1. Müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.1. alqı-satqı müqaviləsində - satıcının;…
41. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə tərəflərin razılaşmasında və müvafiq qanunvericilikdə Azərbaycan Respublikası məhkəməsi tərəfindən hazırkı mübahisəyə baxılması razılaşma və hüquq baxımından qanuna uyğundur.
42. Məhkəmədə işin müəyyən olunmuş mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında 04 iyun 2020-ci il tarixli, 04564-2020 saylı, 14 sentyabr 2020ci il tarixli 06527-2020 saylı, 20 fevral 2021-ci il tarixli 01112-2021 saylı və 25 iyun 2021-ci il tarixli 05288-2021 saylı müqavilələr bağlanmış, qeyd edilən müqavilələr üzrə müvafiq bitki mühafizə vasitələri razılaşdırılmış ölçüdə və ya çəkidə cavabdehə təhvil verilmiş, beynəlxalq yükdaşıma və yükün qəbuluna dair sənədlər (CMR) cavabdeh tərəfindən imzalanaraq qəbul edilmiş, tərəflər arasında imzalanmış 04564-2020 saylı müqavilənin 13 nömrəli əlavə razılaşmasına əsasən əsas borc 77 362 ABŞ dolları, 2) 06527-2020 saylı müqavilənin 11 nömrəli əlavəsinə əsasən əsas borc 138696 ABŞ dolları, 3) 01112-2021 saylı müqavilənin 6 nömrəli əlavəsinə əsasən əsas borc 89 610,50 ABŞ dolları, 4) 05288- 2021 saylı müqavilənin 6 nömrəli əlavəsinə əsasən əsas borc 234 220,00 ABŞ dolları cavabdehin iddiaçıya borcu vardır. Cavabdeh qeyd edilən müvafiq məhsulları qəbul etdiyini, həmin məhsulların dəyərinin iddia tələbində olan məbləğlə eyni olduğunu bütün məhkəmə iclaslarında bildirmişdir. Cavabdehin əsas arqumenti ondan ibarətdir ki, cavabdeh iddiaçının Azərbaycanda təmsilçi nümayəndəsi (distribütoru) olmuş və satılmayan məhsullara görə cavabdehə borcun hesblanması qanuni olmamışdır. Belə ki, borcun əvəzində onun anbarında olan mallar iddiaçıya verilməlidir.
43. Məhkəmədə cavabdeh tərəfin israrlı tələbinə əsasən iddiaçıdan alınmış malların onun anbarında saxlanması və yararlılıq müddətinin ötürülməsi ilə bağlı arqumentlərinin yoxlanılması, həmçinin tərəflər arasında digər müqavilə münasibətlərinin mövcud olmasının yoxlanılması, cavabdehə bununla bağlı hüquqlarının məhkəmədə müdafiəsinə şərait yaratmaq üçün dəlilləri yoxlanması üçün ekspertiza təyin edilmiş, ekspert rəyi cavabdeh tərəfin arqumentlərinin müvafiq məhsullara aid hissəsini təsdiq etmişdir. Buna baxmayaraq məhkəməyə tərəflər arasında Azərbaycan və Rusiya qanunvericiliyində və ya digər beynəlxalq ticarət qaydalarında nəzərdə tutulan təmsilçilik, agent, kommersiya konsesiyası və digər məzmunlu müqavilələrin bağlanması faktları ilə bağlı hər hansı sənəd təqdim edilməmişdir. Məhkəmə tərəfindən tərəflər arasıda bağlanmış müqavilələrin məzmununa və müvafiq maddi hüquq normalarına əsasən mübahisəyə alqı-satqı münasibətlərindən yaranan mübahisə olaraq hüquqi qiymət verilmişdir.
44. Belə ki, həm Azərbaycan Respublikasının, eyni zamanda Rusiya Federasiyasının mülki qanunvericiliyində müqavilənin təfsiri ilə bağlı normalar mövcuddur. Belə ki, məhkəmə müqavilənin şərtlərini şərh edərkən orada olan sözlərin və ifadələrin hərfi mənasını nəzərə alır, müqavilə müddətinin hərfi mənası, aydın deyilsə, digər şərtlərlə və bütövlükdə müqavilənin mənası ilə müqayisə edilməklə müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən qaydalar müqavilənin məzmununu müəyyən etməyə imkan vermədikdə, müqavilənin məqsədi nəzərə alınmaqla tərəflərin faktiki ümumi iradəsi müəyyən edilməlidir. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqavilədən əvvəlki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində formalaşmış təcrübə, adətənənələr, tərəflərin sonrakı davranışları nəzərə alınır. Məhkəmə tərəfindən tərəflər arasında bağlanmış müqavilələrin məzmunu aydın, mətni anlaşıqlı olmaqla tərəflərin hüquq və vəzifələrini konkret olaraq özündə əks etdirmişdir.
45. Məhkəmədə müəyyən edilən işin cavabdehin nümayəndəsi tərəfindən mübahisələndirilən halı ondan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilə alqı-satqı müqaviləsi deyil, distribütorluq müqaviləsi olmuş və həmin dərman vasitələrinin satılmaması, bununla yararlılıq müddətinin ötürülməsi və nəticədə cavabdehin borcu olaraq qeyd edilməsi ilə cavabdeh razılaşmır. Cavabdehin arqqumenti odur ki, həmin dərman vasitələri satılmadığı təqdirdə iddiaçı tərəfindən geri qaytarılmalı idi və o isə bu borca görə məsuliyyət daşımamalıdır.
46. Məhkəmə bu nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış müqavilələrin xarakteri, şərtləri, məhsulun çatdırılması, dəyərinin ödənilməsi, öhdəliyin icra edilməməsinə görə müəyyən edilən məsuliyyət, digər hüquq və vəzifələr baxımından hüququn tələbləri baxımından tərəflər arasında alqı-satqı müqavilələri bağlanmışdır. Cavabdehin qeyd etdiyi kimi, tərəflər arasında ticarət agenti, kommersiya konsesiyası, komissiya və digər məzmunlu müqavilənin bağlanması ilə bağlı hər hansı bir razılaşma olmamış, təqdim edilən müqavilələrin məzmunu və öhdəliyin xarakteri baxımından müqavilələr alqı-satqı müqaviləsi olmuşdur. Məhkəmə maddi hüquq olaraq həm Azərbaycan Respublikasının, həm də Rusiya Federasiyanın qanunvericiliyində alqı-satqı müqaviləsindən yaranmış öhdəliklər zamanı malların tərəflər arasında razılaşdırılmış şərtlər daxilində satıcı tərəfindən alıcıya təhvil verilmədən əvvəl və təhvil verildikdən sonra həmin malların dəyərinin ödənilməsi vəzifəsi müəyyənləşdirilir. Bu hallar tərəflər arasında bağlanmış müqavilələrdə, həmçinin həmin müqaviləyə edilən Əlavələrdə razılaşdırılmış, borcla bağlı üzləşmə aktlarında konkret ifadə olunmuş və cavabdeh tərəf bu faktları məhkəmədə təsdiq etmişdir.
47. Məhkəmə tərəfindən tərəflər arasında bağlanmış müqavilələr və həmin müqavilələrə imzalanmış əlavələr əsasında müəyyən edildi ki, cavabdehin iddiaçıya 539 888 ABŞ dolları borcu yaranmışdır.
Vİİ. Məhkəmə məsrəfləri:
48. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ümumilikdə ödənilmiş 1314 manat dövlət rüsumunun (iddia tələbi azaldılmış hissə olduğundan artıq ödənilmişdir) 1207,81 manatı cavabdehdən tutulub iddiaçıya ödənilməli, 106,19 manatı iddiaçıya aid edilməli, manat məbləğində ekspertiza tədqiqatının dəyəri olan 300 manat tərəflərdən bərabər məbləğdə alınıb müvafiq hesaba ödənilməlidir.
Vİİİ Nəticə:
49. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 539 888 ABŞ dolları əsas borc (ödəniş gününə müvafiq məzənnə ilə) və 1207.81 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Firma"xxxx" QSC-yə ödənilsin. Aparılmış tədqiqatın dəyəri olan 300 manat pulun 150 manatı iddiaçı Firma"xxxx" QSC-dən, 150 manatı Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X3, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, sfift bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, Vöen: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov