Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1542/2025 24.10.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdehnə qarşı “tərəflər arasında bağlanmış 03 mart 2023-cü il tarixli D/S-04/23 saylı alqı-satqı müqaviləsi üzrə 241 667.07 manat məbləğində qurudulmuş tütün yarpağı məhsulunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və ödənilmiş 532 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi” barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “tərəflər arasında bağlanmış 03 mart 2023-cü il tarixli D/S- 04/23 saylı alqı-satqı müqaviləsi üzrə 241 667.07 manat məbləğində qurudulmuş tütün yarpağı məhsulunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və ödənilmiş 532 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərdən keçirib hesab edir ki, hazırkı ərizəyə ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılan məlumatdan görünür ki, cavabdehin qeydiyyat ünvanı ünvan 1rkı ərizəyə sonuncunun qeydiyyat ünvanı üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsini ərazi aidiyyəti qaydalarına görə düzgün vermədiyindən və hazırkı ərizəyə cavabdehin qeydiyyat ünvanı üzrə Şəki Kommersiya Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə iddiaçı tərəfindən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə **********03 nömrəli qəbzlə ödənilmiş 532.00 manat məbləğində dövlət rüsumunun geri qaytarılmasına münasibətdə bildirir ki, MPM-in 114.1.3-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məh kəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “tərəflər arasında bağlanmış 03 mart 2023-cü il tarixli D/S- 04/23 saylı alqı-satqı müqaviləsi üzrə 241 667.07 manat məbləğində qurudulmuş tütün yarpağı məhsulunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və ödənilmiş 532 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə **********03 nömrəli qəbzlə ödənilmiş 532.00 manat dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1542/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1542/2025
24.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver